К основному контенту

Uşağım söyüş söyür !



Bəzən  uşağımızın  pis  sözlər  danışdığını, ətrafındakıları  təhqir  etdiyini,  söyüş  söydüyünü  görürük. Elə isə  nə  etməli ?  Bunun  qarşısını  almaq  üçün  hansı  addımları  atmalı ?...
Bu  məsələdə  yol  verdiyiniz  ən  böyük  səhvlərdən  biri  də  uşağın  ağzından  pis  söz  eşidən  kimi  sərt   reaksiya  verməyimizdir : “ Bir daha  bu  sözü  səndən  eşitməyim, yoxsa  pis  olar  ”, “Ağzına  bibər  sürtərəm ”, “ Bu  sözləri  həyətdə  öyrənirsən, bir  də  məndən  icazəsiz  həyətə  düşməyəcəksən ”, “ Sən bu bu sözləri  bağçada  öyrənmisən ? ”və s. Bu  sözlər, bəlkə  də  problemin  müvəqqəti  həll etməyə  kömək  edə  bilər. Ancaq  uşaq  valideynin yanında  söyüş  söyməsə  də, buna  mane  olmayan  hər  hansı  bir  mühitə  düşdükdə  yenə   söyüş  söyməkdə  davam  edəcək.Yəni, burada  əsas  məsələ  uşağın  söyüş  söyməyi  ata- anasından  qorxduğu  üçün yox,  pis  hərəkət  olduğunu  başa  düşdüyü  üçün  tərgitməsidir. İndi  isə  bu problemin  qarşısını almaq  üçün  lazım  olan  tədbirləri  nəzərdən  keçirək. Hər  şeydən  əvvəl  uşağı  söyüş  söyməyə  və   ya  ümumiyyətlə  pis  söz  danışmağa  sövq  edən  səbəblər  araşdırımalıdır. Buna  səbəb  dostlardırmı ? Yoxsa, diqqəti  cəlb  etmək  üçün  belə  edir ? Bəlkə  bu  şəkildə  daha  güclü  olacağını  düşünür ? Yoxsa  sadəcə  olaraq  ona  maraqlı  olduğu  üçün  söyür ?... Əgər  səbəbin uşağınızın  dostları olduğunu  düşünürsünüzsə, onun  dostları  ilə əlaqələrini  tamamilə  kəsməyin. Əvəzində  alternativ  “ dostlar ” təklif  edin və ya  uşağınızın  vaxt  keçirmək  imkanlarını  artıraraq  “ mühitini ” dəyişdirin. Beləliklə,  uşaq  dostlarını uzun  müddət  görə  bilmədiyi  üçün tədricən  bu  sözləri  unudacaq. Səbəbin  diqqəti  cəlb  etmək  üçün olduğunu  düşünürsünüzsə,  uşağınız  söyüş  söyərkən  sərt  reaksiya  verməyin. Əks  halda  uşaq  bununla diqqəti  özünə  cəlb  etdiyini düşünəcək  və  söyüşlərinin  sayını  artıracaq. Ən  yaxşısı, məsələni  böyütməyin  və   uşağınız  söyüş  söydükdə  mümkün  qədər  rahat  davranmağa  çalışın. Bununla  yanaşı  uşağınızın  söyüş  söydükdə  mümkün  qədər  rahat  dav ranmağa  çalışın. Bununla  bərabər  uşağınızın  söyüş  söymədiyi  vaxtları  müəyyənləşdirin  və  bu  vaxtlarda  ona  diqqətinizi  artırın.Hər  dəfə  nəsihət  vermək  əvəzinə  onunla  söyüşə  bağlı  keçmişdə  yaşadığınız  hadisələri  bölüşün. Əgər  uşağınızın  söyüş  söyməsinin  səbəblərini  bilmirsinizsə,  və  ya  müəyyən etdiyiniz  səbəbin  qarşısını  almaqda  çətinlik  çəkirsinizsə, bir  mütəxəssislə  məsləhətləşin.

Psixoloq  Esmira Teymurova





Комментарии

Популярные сообщения из этого блога

İnsanın psixotipini necə ayırd etmək olar ?

Hər kəs  psixologiya baxımından insanlara onun psixotipi nöqteyi-nəzərindən yanaşır. Müsahibinin psixotipini bilərək, dediyiniz sözlərə münasibətini və gələcək davranışı haqda onun reaksiyasını proqnozlaşdıra bilərsiniz. Bu münasibət sizi əhatə edən ətrafınıza daha sürətlə uyğunlaşmağa imkan yaradacaq. Psixoloji tiplərinin sayı təxminən 20-dən çox olsa da, ancaq 5-nə daha tez-tez rast gəlinir:   Şizoid, isteroid, epileptoid, hipertim və astenik  Təlimat : ŞİZOİD TİP-  insanlar yüksək məsuliyyət və daimiliyi ilə fərqlənir. Onlar öz illüziyaları ilə dünyada yaşayır, öz həyatını yaxşılığa doğru dəyişmək tərəfindən ümidlər bəsləyirlər. Onlar ünsiyyətdə yüngülcə qurutəhər və formaldırlar, özləri haqda həvəssiz danışar və məsafə saxlamağa üstünlük verirlər. Onlar modanı təqib etmirlər - sərfəli, rahat geyimlərə üstünlük verirlər. Şizoidlər, yeknəsəq səsləri və rabitəsiz nitqində kobud hərəkətlərini görə bilmək olar. Adətən, mimika onlarda demək olar ki, yoxdur...

TEST: "MƏNDƏ DİSLEKSİYA PROBLEMİ VARMI?"

Tədqiqatlar göstərir ki, 10 şəxsdən birində disleksiya tapılmayıb, bunlardan əksəriyyətində  hətta düzgün fikir bildirmək mümkün olmayıb. Bütün fikirlərdə bu o deməkdir ki, bu adamlar vaxtında ixtisaslı dəstək almayıb. Üstəlik, onların bəziləri üçün diaqnoz qoyulmayanlarda "gizli əlillik" var ki, hansı ki, bu da tədris mühitinin korlanmasına gətirib çıxararaq iş və zehni fəaliyyətdə özünüqiymətləndirməni aşağı salır. Hətta müasir diaqnostik üsullarla yoxlananlarda da müxtəlif aspektlərdə həyat fəaliyyətində oxu və yazı çətinlikləri ola bilər.  Aydındır ki, disleksiya yazı və oxu funksiyasının spesifik pozulması deməkdir ki, bu da intellektin aşağı və ya zəif dərəcədə olduğunu göstərmir.  Disleksiyalı çox parlaq, yaradıcı istedadlı insanlar var, amma onlar öz intellekt səviyyəsindən yuxarı oxuya və ya yaza bilməyəcəklər. Siz necə düşünürsünüz, sizdə disleksiya əlamətləri varmı? Gəlin yoxlayaq. Zəhmət olmasa, cədvəli doldurun. BÖYÜKLƏRDƏ DİSLEKSİYA ÜÇÜN...

PSİXOLOQLAR ÜÇÜN: VALİDEYNLƏR ÜÇÜN ANKET SORĞU

                      VALİDEYNLƏR ÜÇÜN ANKET      ( UŞAĞINIZIN EMOSİONAL VƏZİYYƏTİ NECƏDİR? )  Valideynlər üçün anket “Uşağınızın emosional vəziyyəti nədir?” (Soyadı, adı, yaşı __________________________________________) 1.      Uşağınız necə yatır? Sürətlə ; Asta ; Sizinlə oturmağı tələb edir ; Tələb edir ki, yatarkən işığı söndürməyəsiniz; 2.      Necə yatır? Möhkəm, sakit; Narahat;   Qışqırır ; Ağlayır ; Yuxuda ağlayır; 3.      Yuxudan necə oyanır ? O saat ; Dərhal yox; 4.      Hansı əhval-ruhiyyədə oyanır? Şad, sakit ; Gərgin; Kədərli, üzgün ; Göz yaşları ilə .               5  .   Uşağınız necə yemək yeyir? Həvəslə, müstəqil, tez, yemək seçmir; Könülsüz, böyüklərin köməyi ilə...