К основному контенту

Məktəbəqədər uşaqlarda “ sevgi ”



Məktəbəqədər  yaşda uşağınız  varmı ? O sizə  kimisə  sevdiyini  və  ya  evlənmək  istədiyini  deyibmi? Məktəbəqədər  dövrdə  qarşı  cinslərin  bir – birinə  maraq  göstərmələri  təbiidir. Ancaq  bu  proses  nə  qədər  təbii  olsa  da,  valideynin mövqeyindən  asılı  olaraq,  müəyyən  bir  müddətdən  sonra  keçib  gedə   ya  da  təhlükəli  həddə  çata  bilər.
Bəs  bu  yaşdakı  uşaqların  qarşı  cinsə  maraq  göstərmələrinin  səbəbi  nədir ? 5 yaşına  qədər  uşaqlarda  “ qız – oğlan ” məfhumları sözdən  başqa  bir  şey  deyil. Uşaq  bu  sözləri  bilsə  də, tam  mənası  ilə  dərk  edə bilmir.  5 yaşından  başlayaraq,  uşaqlar  cins  məhfumunu  anlamağa  başlayırlar. Məsələn, özlərinin  oğlan,  qarşı  tərəfdəkilərin  isə  qız olduğunu  başa  düşürlər. Hətta  zaman  keçdikcə  iki  cins  arasındakı  fərqləri  də  görə  bilirlər. Qarşı  cinslər  arasındakı  “ sevgi ” də  məhz  bu  dövrdə  başlayır. Ancaq  bu  sevgi  təqliddən  başqa  bir  şey  deyil. Uşağın  buradakı  şüuraltı  məqsədi  öz  cinsini  kəşf  etməkdir. Digər  tərəfdən, qarşı  cins  tərəfindən  bəyənilmək  də  uşaqda  özünəinamın  formalaşmasına  səbəb  olan  bir  amildir. Valideynlər  belə  bir  vəziyyətlə  qarşılaşdıqda  uşaqlarını ciddi  qəbul  etməli,  ancaq  lazımsız  suallar  verməməlidirlər. Bundan  başqa,  tez-tez  uşağa  “ sevdiyi ” yoldaşını  xatırladıb  bu  “ hissləri ” dərinləşdirmək  də  doğru  deyil. Digər  tərəfdən,  belə  vəziyyətlərdə  uşağa  “ sən  hələ  balacasan ”, “ belə  şeylər  danışmaq  ayıbdır ” demək  də  təhlükəlidir. Hər  bir  yaşda  sevgi  gözəldir. Sevginin  dəyərini  də  kiçik  yaşlardan  bilməsi  onun  gələcəkdə  mənəvi  saflıq  cəhətdən  yetişən  bir  insan  kimi  böyüməsinə  səbəb  olacaq.

Psixoloq  Teymurova  Esmira


Комментарии

Популярные сообщения из этого блога

İnsanın psixotipini necə ayırd etmək olar ?

Hər kəs  psixologiya baxımından insanlara onun psixotipi nöqteyi-nəzərindən yanaşır. Müsahibinin psixotipini bilərək, dediyiniz sözlərə münasibətini və gələcək davranışı haqda onun reaksiyasını proqnozlaşdıra bilərsiniz. Bu münasibət sizi əhatə edən ətrafınıza daha sürətlə uyğunlaşmağa imkan yaradacaq. Psixoloji tiplərinin sayı təxminən 20-dən çox olsa da, ancaq 5-nə daha tez-tez rast gəlinir:   Şizoid, isteroid, epileptoid, hipertim və astenik  Təlimat : ŞİZOİD TİP-  insanlar yüksək məsuliyyət və daimiliyi ilə fərqlənir. Onlar öz illüziyaları ilə dünyada yaşayır, öz həyatını yaxşılığa doğru dəyişmək tərəfindən ümidlər bəsləyirlər. Onlar ünsiyyətdə yüngülcə qurutəhər və formaldırlar, özləri haqda həvəssiz danışar və məsafə saxlamağa üstünlük verirlər. Onlar modanı təqib etmirlər - sərfəli, rahat geyimlərə üstünlük verirlər. Şizoidlər, yeknəsəq səsləri və rabitəsiz nitqində kobud hərəkətlərini görə bilmək olar. Adətən, mimika onlarda demək olar ki, yoxdur...

TEST: "MƏNDƏ DİSLEKSİYA PROBLEMİ VARMI?"

Tədqiqatlar göstərir ki, 10 şəxsdən birində disleksiya tapılmayıb, bunlardan əksəriyyətində  hətta düzgün fikir bildirmək mümkün olmayıb. Bütün fikirlərdə bu o deməkdir ki, bu adamlar vaxtında ixtisaslı dəstək almayıb. Üstəlik, onların bəziləri üçün diaqnoz qoyulmayanlarda "gizli əlillik" var ki, hansı ki, bu da tədris mühitinin korlanmasına gətirib çıxararaq iş və zehni fəaliyyətdə özünüqiymətləndirməni aşağı salır. Hətta müasir diaqnostik üsullarla yoxlananlarda da müxtəlif aspektlərdə həyat fəaliyyətində oxu və yazı çətinlikləri ola bilər.  Aydındır ki, disleksiya yazı və oxu funksiyasının spesifik pozulması deməkdir ki, bu da intellektin aşağı və ya zəif dərəcədə olduğunu göstərmir.  Disleksiyalı çox parlaq, yaradıcı istedadlı insanlar var, amma onlar öz intellekt səviyyəsindən yuxarı oxuya və ya yaza bilməyəcəklər. Siz necə düşünürsünüz, sizdə disleksiya əlamətləri varmı? Gəlin yoxlayaq. Zəhmət olmasa, cədvəli doldurun. BÖYÜKLƏRDƏ DİSLEKSİYA ÜÇÜN...

PSİXOLOQLAR ÜÇÜN: VALİDEYNLƏR ÜÇÜN ANKET SORĞU

                      VALİDEYNLƏR ÜÇÜN ANKET      ( UŞAĞINIZIN EMOSİONAL VƏZİYYƏTİ NECƏDİR? )  Valideynlər üçün anket “Uşağınızın emosional vəziyyəti nədir?” (Soyadı, adı, yaşı __________________________________________) 1.      Uşağınız necə yatır? Sürətlə ; Asta ; Sizinlə oturmağı tələb edir ; Tələb edir ki, yatarkən işığı söndürməyəsiniz; 2.      Necə yatır? Möhkəm, sakit; Narahat;   Qışqırır ; Ağlayır ; Yuxuda ağlayır; 3.      Yuxudan necə oyanır ? O saat ; Dərhal yox; 4.      Hansı əhval-ruhiyyədə oyanır? Şad, sakit ; Gərgin; Kədərli, üzgün ; Göz yaşları ilə .               5  .   Uşağınız necə yemək yeyir? Həvəslə, müstəqil, tez, yemək seçmir; Könülsüz, böyüklərin köməyi ilə...