К основному контенту

Musiqi ilə rahatlıq

İnsanlar müxtəlif xarakterlidir. Elə bu müxtəliflik də bəzən onların həyatlarına, daha çox səhhətlərinə öz təsirini göstərir. Belə ki, xəstəliklərin əksəriyyəti insanın xarakterinə görə ondan necə derələr əl çəkmir. Hipertoniya, stenokardiya, mədə yarası, nevroz, neyrodermit və bir çox digər xəstəliklər – çox vaxt  fiziki zəiflikdən və ya irsən keçən əlamətlərdən əmələ gəlmir, insanın xarakterinin bəzi çalarlarından  törəyir. Belə ki, bəzi insanlar onları əhatə edən başqalarının hərəkətlərinə biganə yanaşa bilmirlər.

         Səbrsizlik, qibtə, nifrət hissi – yalnız xarakterin mənfi cəhətləri deyil, eyni zamanda , beyin ritmlərini pozan vacib amillərdəndir. Məhz buna görə də mədə və onikibarmaq  bağırsaqda əmələ gələn yara, həmçinin qan təzyiqi başqalarının           “ düzgün olmayan ”  rəftar və davranışlarına qarşı dözümsüz olan adamlarda aşkarlanır. Psixosomatik xəstəliklərdən qaçmaq və ya bu xəstəliklərdən müalicə olunmaq üçün insan gərək həyata baxışlarını, sonra isə öz problemlərinə və nəhayət başqalarının davranışlarına  qarşı münasibətini dəyişməlidir. Bunun üçün ilkin addım musiqiyə həssaslıqdan başlayır.  Lakin söhbət bu zaman hər cür musiqiyə qulaq asmaqdan getmir təbii ki. Harmonik musiqi yalnız düşüncələrə rahatlıq gətirməklə kifayətlənmir, o, həm də səhhəti qaydaya salır. Baxaq hansı musiqilər hansı xəstəliklərin müalicəsində istifadə oluna bilər.




Xroniki  yorğunluq
Bu yoğrunluğu  Bramsın musiqisi aradan qaldırmağa qadirdir. Ən yaxşı təyinatlar – üçüncü simfoniyanın  üçüncü hissəsi, Dördüncü simfoniyanın birinci hissəsi, skripka ilə konsert və əlbəttə, “ Macar rəqsləri ”dir. Bu musiqilər xüsusilə bazar ertəsi səhər dinlənilərkən, orqanizmi bütün həftə boyu enerji ilə təmin edir.
Emosional stressin götürülməsi
Musorqskinin “ Sərgidən lövhələr ” əsəri sakitləşdirici effekt verir. Bu fortepiano suitası musiqili qalereyanın müxtəlif xarakterli səhnə və obrazlarını xatırladır. Onların hər birində, eynən güzügdə olduğu kimi, sanki hirslənən və ya qəzəblənən  adamın xarakteri əks olunub. “Gəzinti ” isə insanın qəzəbini unutmağa və gərginliyini yüngülləşdirməyə qadirdir.
Nevroz və əsəbilikdən qurtulma
Bu halda, Çaykovskinin istənilən musiqisi imdada çatır. Lakin bu zaman diqqəti xüsusən, “ Romeo və Culyetta ” baletindəki üvertura – fantaziyasına fikir vermək lazımdır.
Miqrendən qurtuluş
Yapon həkimləri adətən, bu ağrıdan əziyyət çəkənlərə Mendelsonun “ Bahar nəğməsi ” Dvorjakın “ Yumoreska ”, Qerşvinin “Amerikalı Parisdə ” əsərlərini təklif edirlər. Baş ağrılarını, həmçinin Ohinskinin “  Polonez  “ və Ştrausun valsları da götürür.
Yuxunun normallaşdırılması 
Bir çox əsərlər yaxşı yuxu gətirmək qabiliyyətinə malikdirlər. Bu baxımdan, Qriqin “ Per Qunt ”,  Massnın  “ Meditasiya ”, Offenbaxın “ Barkarola ”, Mendelsonun  “ Sözsüz mahnı ” əsərləri çox təsirlidir. Yuxusuzluqdan qurtulmanın yaxşı üsullarından biri də Nyu Eycin “ Yeni əsr ” əsərini dinləməkdir. Bu musiqi orqanizmin musiqi toxumalarını  quş cəhcəhi, yağış səsi, ləpədöyən səsi ilə “ doydurur ”.
Qan təzyiqinin sabitləşməsi
Mendelsonun “ Toy marşı ”, Dübüssinin, Ravelin əsərləri, həmçinin klassik hind musiqiləri qan təzyiqi və ürəyin fəaliyyətini normallaşdırır.
Sakit əhval-ruhiyyənin yaranması
XVII-XVIII əsr musiqiçiləri olmuş Bax, Bokkerini, Teleman, Vivaldi,  Qaydın və Hendelin musiqiləri gözəl əhval-ruhiyyə yaradır. Belə musiqi əsərləri alfa-dalğalarını yata bilməmə ilə bağlı və narahtlıq keçirərkən, baş beyinin pozulmuş ritmini stimullaşdırır.

Комментарии

Популярные сообщения из этого блога

Nağıl terapiyası

Uşaqlar  nağılları  niyə  sevir ? Və ya valideyn, nənə - baba  uşaqlara  niyə nağıl danışmalıdır ?  Bu  çox  bəsit, adi  bir  şey  kimi  gələ  bilər, amma  mahiyyətinə  vardıqda  bir  çox  açıqlama ilə  nağıl  danışmağın nə  qədər  faydalı  olmasını  izah  etmək  olar.  Nağıl bir  terapiya  üsuludur. Nitq  inkişafı,  diqqətin  toplanması, təfəkkür , təxəyyül  formalaşır, mədəni ünsiyyət qurmasını  şərait  yaradır, müqayisələr  etməyi  bacarır, xeyir  və şər anlamlarını qavrayır. Təbii  nağılların  məzmunu  da məqsədəuyğun  şəkildə  xüsusi  olaraq  seçilməlidir. Məsələn  şiddət  üslublu  nağıllar uşağın  psixoloji ovqatına mənfi təsir edir, qorxular, aqressiya, şiddət  göstərmə  istəyi, ünsiyyət  pozğunluğu, yoldaşları  ilə  yola  gedə bilməmə, ailəsindən  uzaqlaşma  və  hətta  iştah  pozuntusu belə yaradır. Təhlükə yaradan nağıllar siyahısına   " samizdat nağıllar "  deyilir. Bəzi nağıllar da var ki, orda cəzalandırma üslubunu  görmək  olur.  Hər bir  aild

İnsanın psixotipini necə ayırd etmək olar ?

Hər kəs  psixologiya baxımından insanlara onun psixotipi nöqteyi-nəzərindən yanaşır. Müsahibinin psixotipini bilərək, dediyiniz sözlərə münasibətini və gələcək davranışı haqda onun reaksiyasını proqnozlaşdıra bilərsiniz. Bu münasibət sizi əhatə edən ətrafınıza daha sürətlə uyğunlaşmağa imkan yaradacaq. Psixoloji tiplərinin sayı təxminən 20-dən çox olsa da, ancaq 5-nə daha tez-tez rast gəlinir:   Şizoid, isteroid, epileptoid, hipertim və astenik  Təlimat : ŞİZOİD TİP-  insanlar yüksək məsuliyyət və daimiliyi ilə fərqlənir. Onlar öz illüziyaları ilə dünyada yaşayır, öz həyatını yaxşılığa doğru dəyişmək tərəfindən ümidlər bəsləyirlər. Onlar ünsiyyətdə yüngülcə qurutəhər və formaldırlar, özləri haqda həvəssiz danışar və məsafə saxlamağa üstünlük verirlər. Onlar modanı təqib etmirlər - sərfəli, rahat geyimlərə üstünlük verirlər. Şizoidlər, yeknəsəq səsləri və rabitəsiz nitqində kobud hərəkətlərini görə bilmək olar. Adətən, mimika onlarda demək olar ki, yoxdur. Dostlar dairəsi o

PSİXOLOQLAR ÜÇÜN: VALİDEYNLƏR ÜÇÜN ANKET SORĞU

                      VALİDEYNLƏR ÜÇÜN ANKET      ( UŞAĞINIZIN EMOSİONAL VƏZİYYƏTİ NECƏDİR? )  Valideynlər üçün anket “Uşağınızın emosional vəziyyəti nədir?” (Soyadı, adı, yaşı __________________________________________) 1.      Uşağınız necə yatır? Sürətlə ; Asta ; Sizinlə oturmağı tələb edir ; Tələb edir ki, yatarkən işığı söndürməyəsiniz; 2.      Necə yatır? Möhkəm, sakit; Narahat;   Qışqırır ; Ağlayır ; Yuxuda ağlayır; 3.      Yuxudan necə oyanır ? O saat ; Dərhal yox; 4.      Hansı əhval-ruhiyyədə oyanır? Şad, sakit ; Gərgin; Kədərli, üzgün ; Göz yaşları ilə .               5  .   Uşağınız necə yemək yeyir? Həvəslə, müstəqil, tez, yemək seçmir; Könülsüz, böyüklərin köməyi ilə, yavaş-yavaş, yemək seçir.          6.      Uşağınızda qorxuya meyilli hərəkətlərini görürüsünüzmü?   Bəli ; Bəzən ; Xeyr . 7.   Əgər varsa, hansı şəraitdə hiss edirsiniz? ·         Qaranlıq otaqda; ·         Cəzalandıran zaman, qış