К основному контенту

Televizora meyilli uşaqlar

   
Hər  şeydən  əvvəl  bir  uşağın  nə  üçün  saatlarla  televizor  qarşısından  qalxmadığını  düşünək. Uşaqların  məntiqləri  və  istəkləri  əsasən  eyni  istiqamətdə  formalaşır. Bir  işi  görmək  istəyirlərsə,  o  işin xeyirli  və  ya  ziyanlı  olduğunu  dərk  edə  bilmirlər. Əgər  uşaq  televizor  qarşısından  qalxmaq  istəmirsə,  deməli, onları  maraqlandıran  başqa  alternativ  yoxdur. Uşaqlar  əsasən  onları  maraqlandıran  şeylərə   üstünlük  verirlər.  Buna  görə  də, hər  bir  valideyn  evindəki  şəraiti  nəzərdən  keçirməli  və  uşaqlarına  bu  alternativləri  təqdim  etməlidirlər. Unutmayın  ki, burada  əsas  rolu  uşağın  hissləri  oynamalıdır. Yoxsa,  sizin üçün  maraqlı  olan bir  şey  uşağınız  üçün  maraqlı  olmaya  bilər.                                                
     Bundan  başqa, televizor  uşaqlar  üçün  passiv  ünsiyyət  vasitəsidir. Televizordakılarla  birbaşa  ünsiyyətdə  olmasalar  da,  uşaqlar  burada  müxtəlif  modellərinə  şahid  olurlar. Bu  da  uşağın  ünsiyyətə  ehtiyacı  olduğunu  göstərir. Yəni  uşaq  valideyni  ilə  kifayət  qədər  ünsiyyətdə  olsa,  televizora  daha  az  ehtiyac hiss edər. Buna  görə  də, sizin  də  televizora  meyilli  uşağınız  televizora  meyilli  uşağınız  varsa, ona  daha  çox  vaxt ayırmağa  çalışın. Vaxt  keçdikcə  uşağınızın  televizora  marağının  azalacağını  görəcəksiniz.

Hazırladı : Psixoloq Teymurova  Esmira 



Комментарии

Популярные сообщения из этого блога

İnsanın psixotipini necə ayırd etmək olar ?

Hər kəs  psixologiya baxımından insanlara onun psixotipi nöqteyi-nəzərindən yanaşır. Müsahibinin psixotipini bilərək, dediyiniz sözlərə münasibətini və gələcək davranışı haqda onun reaksiyasını proqnozlaşdıra bilərsiniz. Bu münasibət sizi əhatə edən ətrafınıza daha sürətlə uyğunlaşmağa imkan yaradacaq. Psixoloji tiplərinin sayı təxminən 20-dən çox olsa da, ancaq 5-nə daha tez-tez rast gəlinir:   Şizoid, isteroid, epileptoid, hipertim və astenik  Təlimat : ŞİZOİD TİP-  insanlar yüksək məsuliyyət və daimiliyi ilə fərqlənir. Onlar öz illüziyaları ilə dünyada yaşayır, öz həyatını yaxşılığa doğru dəyişmək tərəfindən ümidlər bəsləyirlər. Onlar ünsiyyətdə yüngülcə qurutəhər və formaldırlar, özləri haqda həvəssiz danışar və məsafə saxlamağa üstünlük verirlər. Onlar modanı təqib etmirlər - sərfəli, rahat geyimlərə üstünlük verirlər. Şizoidlər, yeknəsəq səsləri və rabitəsiz nitqində kobud hərəkətlərini görə bilmək olar. Adətən, mimika onlarda demək olar ki, yoxdur...

TEST: "MƏNDƏ DİSLEKSİYA PROBLEMİ VARMI?"

Tədqiqatlar göstərir ki, 10 şəxsdən birində disleksiya tapılmayıb, bunlardan əksəriyyətində  hətta düzgün fikir bildirmək mümkün olmayıb. Bütün fikirlərdə bu o deməkdir ki, bu adamlar vaxtında ixtisaslı dəstək almayıb. Üstəlik, onların bəziləri üçün diaqnoz qoyulmayanlarda "gizli əlillik" var ki, hansı ki, bu da tədris mühitinin korlanmasına gətirib çıxararaq iş və zehni fəaliyyətdə özünüqiymətləndirməni aşağı salır. Hətta müasir diaqnostik üsullarla yoxlananlarda da müxtəlif aspektlərdə həyat fəaliyyətində oxu və yazı çətinlikləri ola bilər.  Aydındır ki, disleksiya yazı və oxu funksiyasının spesifik pozulması deməkdir ki, bu da intellektin aşağı və ya zəif dərəcədə olduğunu göstərmir.  Disleksiyalı çox parlaq, yaradıcı istedadlı insanlar var, amma onlar öz intellekt səviyyəsindən yuxarı oxuya və ya yaza bilməyəcəklər. Siz necə düşünürsünüz, sizdə disleksiya əlamətləri varmı? Gəlin yoxlayaq. Zəhmət olmasa, cədvəli doldurun. BÖYÜKLƏRDƏ DİSLEKSİYA ÜÇÜN...

PSİXOLOQLAR ÜÇÜN: VALİDEYNLƏR ÜÇÜN ANKET SORĞU

                      VALİDEYNLƏR ÜÇÜN ANKET      ( UŞAĞINIZIN EMOSİONAL VƏZİYYƏTİ NECƏDİR? )  Valideynlər üçün anket “Uşağınızın emosional vəziyyəti nədir?” (Soyadı, adı, yaşı __________________________________________) 1.      Uşağınız necə yatır? Sürətlə ; Asta ; Sizinlə oturmağı tələb edir ; Tələb edir ki, yatarkən işığı söndürməyəsiniz; 2.      Necə yatır? Möhkəm, sakit; Narahat;   Qışqırır ; Ağlayır ; Yuxuda ağlayır; 3.      Yuxudan necə oyanır ? O saat ; Dərhal yox; 4.      Hansı əhval-ruhiyyədə oyanır? Şad, sakit ; Gərgin; Kədərli, üzgün ; Göz yaşları ilə .               5  .   Uşağınız necə yemək yeyir? Həvəslə, müstəqil, tez, yemək seçmir; Könülsüz, böyüklərin köməyi ilə...