К основному контенту

Nağıl terapiyası

Uşaqlar  nağılları  niyə  sevir ? Və ya valideyn, nənə - baba  uşaqlara  niyə nağıl danışmalıdır ?  Bu  çox  bəsit, adi  bir  şey  kimi  gələ  bilər, amma  mahiyyətinə  vardıqda  bir  çox  açıqlama ilə  nağıl  danışmağın nə  qədər  faydalı  olmasını  izah  etmək  olar.  Nağıl bir  terapiya  üsuludur. Nitq  inkişafı,  diqqətin  toplanması, təfəkkür , təxəyyül  formalaşır, mədəni ünsiyyət qurmasını  şərait  yaradır, müqayisələr  etməyi  bacarır, xeyir  və şər anlamlarını qavrayır. Təbii  nağılların  məzmunu  da məqsədəuyğun  şəkildə  xüsusi  olaraq  seçilməlidir. Məsələn  şiddət  üslublu  nağıllar uşağın  psixoloji ovqatına mənfi təsir edir, qorxular, aqressiya, şiddət  göstərmə  istəyi, ünsiyyət  pozğunluğu, yoldaşları  ilə  yola  gedə bilməmə, ailəsindən  uzaqlaşma  və  hətta  iştah  pozuntusu belə yaradır. Təhlükə yaradan nağıllar siyahısına   " samizdat nağıllar "  deyilir. Bəzi nağıllar da var ki, orda cəzalandırma üslubunu  görmək  olur.  Hər bir  aildə isterika yaradan, ərköyün böyüdülən, sözə baxmayan uşaq ola bilər. Həmin cəzalandırma  nağıllarında da şiddət  olmadan  hansı  formada  cəzalandırıb  onu mənfi  əməllərdən  çəkindirmək olar kimi  suallarına  cavab tapmaq olar. Yəni hər bir uşaq mükafatlandırıldığı kimi, nöqsanlarına görə  cəzlandırılmalıdır  da. Bəzən uşaqlar  məsləhəti  sevmir , amma nağıllara qulaq  asarkən hansısa mənfi  əməlini mütləq o nağılda tapa biləcək. Özünü o nağıldakı qəhrəman və ya obrazın yerində hiss edəcək. Əməllərini götür - qoy edə biləcək.
Bundan  başqa, müxtəlif  duyğuları qavrayacaq, qarşısına çıxan məsələlər  və  ya  çətinliklər  zamanı  həmin  dinlədiyi nağıllar köməyinə gələcək. Hansı əməllərin  zərərli, hansı  əməllərin  faydalı olduğunu öyərənəcək.
Terapiya - bildiyiniz  kimi  müalicə deməkdir. Nağıl terapiyası ilə aqressiv , qorxuları və ya fobiyaları olan, ünsiyyət  çatışmazlığı sözə baxmayan - isterika çıxaran, həmçinin  davranışında nöqsanlar, yaramazlıq  edən  uşaqlar üçün çox əhəmiyyətli  vasitədir. Nağılda  dinlədiyi nəticə istənilən nöqsanına  səmərə  verəcəkdir.
    Ən sonda  isə  nağılı  kimlərin danışmasının  vacibliyi  vardır  ki, bunu  da  bilmək  çox  vacibdir.
Nənə - babalar  artıq  bəlli yaşında  təcrübəli  valideyn  kimi , həmçinin  xüsusi səbrə, nitqə və mülayim , asta, intonasiyalı  səsə malik insanlar  olduğu  üçün  əgər  ailədə  nənə  - baba  varsa, onların  danışması  daha  təsiredici  olar. Amma yalnız valideyn və övladlardan  ibarət  ailədirsə, hər  iki valideyn növbə  ilə nağıl  danışması  çox lazımlıdır. Nə üçün ?. Təbii ki, ilk  növbədə  valideynlər ev  işləri, qazanc  işləri  ilə  məğul  olarkən bütün  günlərini işə  həsr  edilər  və  uşaqla  çox  az  ünsiyyət qurub, onlarla  maraqlanırlar. Ən  azı  axşam  vaxtı  zamanınızı  onlara,  yəni  uşaqlara  ayıraraq  onları  özünüz  yatızdırıb, nağıllar  danışın. Nağılı  sizin  dilinizdən  eşitməklə  bərabər,  sizi  öz yanında  görmək,  sizə  yaxın  olmaq  istəyinin  olduğunu unutmayın !  Çünki nağıl danışmaqla  bərabər, siz onlarla yaxın  təmasda  olacaqsınız. Nağıldakı qəhrəmanların simasını  sizin  simanızla  canlandırmağa  başlayacaq. Çünki  siz  onlar  üçün  qəhrəmansınız, sizə  olan  sevgisi, sizi  incitdiyi  anları  xatırlayıb davranış  qaydalarını  düzəltməyə  çalışacaqlar.
Öz  yoldaşları  ilə  oynayarkən, oturarkən  nağılı  sərbəst  olaraq  danışmaq  həvəsi  yaranacaq, dünyagörüşünün  formalaşmasına , gələcəkdə  dərslərini  daha  yaxşı  öyrənmə  qabiliyyətinə  müsbət  təsir  göstərəcəkdir. Digər  saylarımızda  buna  nümunə  olaraq  siz  valideynlərə  nağıllar  təqdim  edəcəyik  ki,  bu  nağıllardan  istifadə  edib  övladlarınızın  davranışını,  ünsiyyət  qurmasını, yoldaşlığı, çətin şəraitə  uyğunlaşmaq kimi məsələləri öyrənməsini  formalaşdıra  bilərsiniz.
Hazırladı : Psixoloq
Teymurova  Esmira





Комментарии

Популярные сообщения из этого блога

İnsanın psixotipini necə ayırd etmək olar ?

Hər kəs  psixologiya baxımından insanlara onun psixotipi nöqteyi-nəzərindən yanaşır. Müsahibinin psixotipini bilərək, dediyiniz sözlərə münasibətini və gələcək davranışı haqda onun reaksiyasını proqnozlaşdıra bilərsiniz. Bu münasibət sizi əhatə edən ətrafınıza daha sürətlə uyğunlaşmağa imkan yaradacaq. Psixoloji tiplərinin sayı təxminən 20-dən çox olsa da, ancaq 5-nə daha tez-tez rast gəlinir:   Şizoid, isteroid, epileptoid, hipertim və astenik  Təlimat : ŞİZOİD TİP-  insanlar yüksək məsuliyyət və daimiliyi ilə fərqlənir. Onlar öz illüziyaları ilə dünyada yaşayır, öz həyatını yaxşılığa doğru dəyişmək tərəfindən ümidlər bəsləyirlər. Onlar ünsiyyətdə yüngülcə qurutəhər və formaldırlar, özləri haqda həvəssiz danışar və məsafə saxlamağa üstünlük verirlər. Onlar modanı təqib etmirlər - sərfəli, rahat geyimlərə üstünlük verirlər. Şizoidlər, yeknəsəq səsləri və rabitəsiz nitqində kobud hərəkətlərini görə bilmək olar. Adətən, mimika onlarda demək olar ki, yoxdur. Dostlar dairəsi o

PSİXOLOQLAR ÜÇÜN: VALİDEYNLƏR ÜÇÜN ANKET SORĞU

                      VALİDEYNLƏR ÜÇÜN ANKET      ( UŞAĞINIZIN EMOSİONAL VƏZİYYƏTİ NECƏDİR? )  Valideynlər üçün anket “Uşağınızın emosional vəziyyəti nədir?” (Soyadı, adı, yaşı __________________________________________) 1.      Uşağınız necə yatır? Sürətlə ; Asta ; Sizinlə oturmağı tələb edir ; Tələb edir ki, yatarkən işığı söndürməyəsiniz; 2.      Necə yatır? Möhkəm, sakit; Narahat;   Qışqırır ; Ağlayır ; Yuxuda ağlayır; 3.      Yuxudan necə oyanır ? O saat ; Dərhal yox; 4.      Hansı əhval-ruhiyyədə oyanır? Şad, sakit ; Gərgin; Kədərli, üzgün ; Göz yaşları ilə .               5  .   Uşağınız necə yemək yeyir? Həvəslə, müstəqil, tez, yemək seçmir; Könülsüz, böyüklərin köməyi ilə, yavaş-yavaş, yemək seçir.          6.      Uşağınızda qorxuya meyilli hərəkətlərini görürüsünüzmü?   Bəli ; Bəzən ; Xeyr . 7.   Əgər varsa, hansı şəraitdə hiss edirsiniz? ·         Qaranlıq otaqda; ·         Cəzalandıran zaman, qış