К основному контенту

Сообщения

Сообщения за октябрь, 2015

Əsəbi yoxsa hirsli ?

Əsəbi  olmaqla  hirsli  olmağı  bir – birinə  qarışdırmaq  olmaz. Hirs  adətən müəyyən  bir  maneə  olduqda  ortaya  çıxır  və  səbəb  ortadan  qalxdıqda  o da ortadan qalxır. Əsəbilik  isə  ümumi  haldır  və  belə  hallarda  daha  çox  mütəxəssis  köməyinə  ehtiyac  var. Elə  isə  gəlin, əsəbi  uşağı  birlikdə  tanımağa  çalışaq : Əsasən  arıq  olurlar. Həddindən  artıq  həssasdırlar. Yüngül  qaşınmalar  belə  dərilərində  iz  qalmasına səbəb  olur. Həmişə  “ sayıqdırlar ”. Güclü  görünsələr də əslində  zəifdirlər. Hər  dediklərini  etməyə  çalışırlar. Tez-tez  və  dərin  nəfəs  alırlar. Tez  küsürlər. Tez  yorulurlar. Yuxu  rejimləri  yoxdur. Yemək  problemləri  var. Bəzən  ən  adi  hadislərə  də  sərt  reaksiya göstərirlər. İnsanlarla  ünsiyyətdə  çətinlik  çəkirlər. Əgər  sizin  uşağınızda  da  bu  xüsusiyyətlər  varsa  o  əsəbi  uşaqdır. Belə  uşaqlar  üçün  isə  mütləq  mütəxəssis  köməyindən  istifadə  edin. Yeri  gəlmişkən  deyək  ki, yuxarıda  göstərilən  xü

Sünnət tibbin gözü ilə ...

Sünnət  və  faydaları - Sünnət  olan  uşaqlarda  xəstəliklər, o cümlədən  yoluxucu  xəstəliklər  daha  az  müşahidə  olunur. - Sünnət  olan  uşaqlarda  sidik  yolu  infeksiyaları  ehtimalı  20 faiz  daha  azdır. - Uşaq  2  yaşına  qədər  və ya 6 yaşından  sonra  sünnət  olunmalıdır. Ancaq  tibbbi  bir  zərurət  varsa, sünnət  bütün  yaşlarda  həyata  keçirilə  bilər. - Sünnət  həkimlər,  xüsusilə  də , uşaq  cərrahları və ya uroloqlar  tərəfindən  aparılmalıdır. - Sünnət  mümkün  qədər  10-12 yaşı  keçməməlidir. - Uşağın  ağrı  hiss etməməsi  üçün  lokal  anesteziya  şərtdir. - Sünnət  gigiyenik  qaydalara  uyğun  aparılmalıdır. - Uşağa  proses  haqqında  məlumat  verilməli  və təbii ki,  “ bu  işi “  qəbul  edib etməmək  hüququna  malik  olmalıdır. - Uşağın  sünnət  prosesinə  psixoloji  hazır  olub  olmadığını  müəyyənləşdirmək  lazımdır. Bu işdə  yalan  danışmaq  xüsusilə  təhlükəlidir. - Çoxları sünnətin  sadə  əməliyyat  olduğunu  düşünürlər. Halbuki  sünnət 

Linkolnun müəllimə məktubu

Amerika Birləşmiş Ştatlarının 16-cı prezidenti Avraam Linkolun oğlunu ilk dəfə məktəbə göndərən zaman müəlliminə məktubla bu cür müraciət etmişdir. Hörmətli müəllim ! Oğlumum sizə əmanət edəcəyimə görə bu məktubu sizə yazmağı vacib bildim. Ona öyrədin ki, hamı dürüst və ədalətli deyil. Ona öyrədin ki, qazanılan bir dollar tapılan beş dollardan daha dəyərlidir. İtirməyi, həm də qazanmaqdan həzz almağı öyrədin ona. Onu qısqanclıqdan uzağa yönəldin. Ona səssiz gülüşün sirlərini öyrədin. Əgər bacara bilsəniz, ona kitabların möcüzəli bir nemət olduğunu öyrədin. Ona səssizlikdə göydəki quşların, günəşdəki arıların, çəmənlikdəki güllərin daxili sehrinə enməyi öyrədin. Öyrənsin ki, məktəbdə səhv etmək hiylə gəlməkdən daha şərəflidir. Hamı onun səhv olduğunu desə də, öz fikirlərinə inanmağı, nəzakətli insanlara qarşı nəzakətli, kobudlara qarşı kobud olmağı öyrədin. Hamı bir-birinə yapışıb gedəndə kütləyə qoşulmayıb öz yolu ilə getmə gücü verin oğluma. Bütün insanlara qulaq asmağı, qula