К основному контенту

Linkolnun müəllimə məktubu

Amerika Birləşmiş Ştatlarının 16-cı prezidenti Avraam Linkolun oğlunu ilk dəfə məktəbə göndərən zaman müəlliminə məktubla bu cür müraciət etmişdir.
Hörmətli müəllim ! Oğlumum sizə əmanət edəcəyimə görə bu məktubu sizə yazmağı vacib bildim. Ona öyrədin ki, hamı dürüst və ədalətli deyil. Ona öyrədin ki, qazanılan bir dollar tapılan beş dollardan daha dəyərlidir. İtirməyi, həm də qazanmaqdan həzz almağı öyrədin ona. Onu qısqanclıqdan uzağa yönəldin. Ona səssiz gülüşün sirlərini öyrədin. Əgər bacara bilsəniz, ona kitabların möcüzəli bir nemət olduğunu öyrədin. Ona səssizlikdə göydəki quşların, günəşdəki arıların, çəmənlikdəki güllərin daxili sehrinə enməyi öyrədin. Öyrənsin ki, məktəbdə səhv etmək hiylə gəlməkdən daha şərəflidir. Hamı onun səhv olduğunu desə də, öz fikirlərinə inanmağı, nəzakətli insanlara qarşı nəzakətli, kobudlara qarşı kobud olmağı öyrədin. Hamı bir-birinə yapışıb gedəndə kütləyə qoşulmayıb öz yolu ilə getmə gücü verin oğluma.
Bütün insanlara qulaq asmağı, qulaq asdıqlarını həqiqət ələyindən keçirib ancaq yaşıları özünə götürməyi öyrət. Bacarsanız, kədərləndiyi zaman belə necə gülə biləcəyini öyrədin ona. Ağlamağın utandırıcı bir şey olmadığını, gücünü və beynini ən yüksək qiymət təklif edənə satmağı, ancaq ürəyinə və ruhuna qiymət etiketi qoymamağı, uluyan insan kütləsinə qulaqlarını tıxamasını və əgər özünün haqlı olduğuna inanırsa, dimdik ayaqda qalıb mübarizə aparmağı öyrədin ona.
Ona qarşı mehriban olun, amma qucaqlamayın, çünki ancaq odun qığılcımı poladı saflaşdırır. Qoyun səbrsiz olacaq qədər cəsarətə sahib olsun və qoyun cəsur olacaq qədər səbrli olsun. Ona həmişə özünə inanmağı öyrədin, bu yolla onun bəşəriyyətə inamı daimi olacaq. Bütün bu sadaladıqlarım bəlkə də çox böyük tələbdir. Lakin özünüz baxın, nə qədərini bacarırsınız.

Комментарии

Популярные сообщения из этого блога

İnsanın psixotipini necə ayırd etmək olar ?

Hər kəs  psixologiya baxımından insanlara onun psixotipi nöqteyi-nəzərindən yanaşır. Müsahibinin psixotipini bilərək, dediyiniz sözlərə münasibətini və gələcək davranışı haqda onun reaksiyasını proqnozlaşdıra bilərsiniz. Bu münasibət sizi əhatə edən ətrafınıza daha sürətlə uyğunlaşmağa imkan yaradacaq. Psixoloji tiplərinin sayı təxminən 20-dən çox olsa da, ancaq 5-nə daha tez-tez rast gəlinir:   Şizoid, isteroid, epileptoid, hipertim və astenik  Təlimat : ŞİZOİD TİP-  insanlar yüksək məsuliyyət və daimiliyi ilə fərqlənir. Onlar öz illüziyaları ilə dünyada yaşayır, öz həyatını yaxşılığa doğru dəyişmək tərəfindən ümidlər bəsləyirlər. Onlar ünsiyyətdə yüngülcə qurutəhər və formaldırlar, özləri haqda həvəssiz danışar və məsafə saxlamağa üstünlük verirlər. Onlar modanı təqib etmirlər - sərfəli, rahat geyimlərə üstünlük verirlər. Şizoidlər, yeknəsəq səsləri və rabitəsiz nitqində kobud hərəkətlərini görə bilmək olar. Adətən, mimika onlarda demək olar ki, yoxdur...

TEST: "MƏNDƏ DİSLEKSİYA PROBLEMİ VARMI?"

Tədqiqatlar göstərir ki, 10 şəxsdən birində disleksiya tapılmayıb, bunlardan əksəriyyətində  hətta düzgün fikir bildirmək mümkün olmayıb. Bütün fikirlərdə bu o deməkdir ki, bu adamlar vaxtında ixtisaslı dəstək almayıb. Üstəlik, onların bəziləri üçün diaqnoz qoyulmayanlarda "gizli əlillik" var ki, hansı ki, bu da tədris mühitinin korlanmasına gətirib çıxararaq iş və zehni fəaliyyətdə özünüqiymətləndirməni aşağı salır. Hətta müasir diaqnostik üsullarla yoxlananlarda da müxtəlif aspektlərdə həyat fəaliyyətində oxu və yazı çətinlikləri ola bilər.  Aydındır ki, disleksiya yazı və oxu funksiyasının spesifik pozulması deməkdir ki, bu da intellektin aşağı və ya zəif dərəcədə olduğunu göstərmir.  Disleksiyalı çox parlaq, yaradıcı istedadlı insanlar var, amma onlar öz intellekt səviyyəsindən yuxarı oxuya və ya yaza bilməyəcəklər. Siz necə düşünürsünüz, sizdə disleksiya əlamətləri varmı? Gəlin yoxlayaq. Zəhmət olmasa, cədvəli doldurun. BÖYÜKLƏRDƏ DİSLEKSİYA ÜÇÜN...

PSİXOLOQLAR ÜÇÜN: VALİDEYNLƏR ÜÇÜN ANKET SORĞU

                      VALİDEYNLƏR ÜÇÜN ANKET      ( UŞAĞINIZIN EMOSİONAL VƏZİYYƏTİ NECƏDİR? )  Valideynlər üçün anket “Uşağınızın emosional vəziyyəti nədir?” (Soyadı, adı, yaşı __________________________________________) 1.      Uşağınız necə yatır? Sürətlə ; Asta ; Sizinlə oturmağı tələb edir ; Tələb edir ki, yatarkən işığı söndürməyəsiniz; 2.      Necə yatır? Möhkəm, sakit; Narahat;   Qışqırır ; Ağlayır ; Yuxuda ağlayır; 3.      Yuxudan necə oyanır ? O saat ; Dərhal yox; 4.      Hansı əhval-ruhiyyədə oyanır? Şad, sakit ; Gərgin; Kədərli, üzgün ; Göz yaşları ilə .               5  .   Uşağınız necə yemək yeyir? Həvəslə, müstəqil, tez, yemək seçmir; Könülsüz, böyüklərin köməyi ilə...