К основному контенту

Sünnət tibbin gözü ilə ...

Sünnət  və  faydaları
- Sünnət  olan  uşaqlarda  xəstəliklər, o cümlədən  yoluxucu  xəstəliklər  daha  az  müşahidə  olunur.
- Sünnət  olan  uşaqlarda  sidik  yolu  infeksiyaları  ehtimalı  20 faiz  daha  azdır.
- Uşaq  2  yaşına  qədər  və ya 6 yaşından  sonra  sünnət  olunmalıdır. Ancaq  tibbbi  bir  zərurət  varsa, sünnət  bütün  yaşlarda  həyata  keçirilə  bilər.
- Sünnət  həkimlər,  xüsusilə  də , uşaq  cərrahları və ya uroloqlar  tərəfindən  aparılmalıdır.
- Sünnət  mümkün  qədər  10-12 yaşı  keçməməlidir.
- Uşağın  ağrı  hiss etməməsi  üçün  lokal  anesteziya  şərtdir.
- Sünnət  gigiyenik  qaydalara  uyğun  aparılmalıdır.
- Uşağa  proses  haqqında  məlumat  verilməli  və təbii ki,  “ bu  işi “  qəbul  edib etməmək  hüququna  malik  olmalıdır.
- Uşağın  sünnət  prosesinə  psixoloji  hazır  olub  olmadığını  müəyyənləşdirmək  lazımdır. Bu işdə  yalan  danışmaq  xüsusilə  təhlükəlidir.
- Çoxları sünnətin  sadə  əməliyyat  olduğunu  düşünürlər. Halbuki  sünnət  tibbdə  ən  çətin  əməliyyat  sayılır.
- Uşağın  yanında bu  zaman  yaxınlarından  başqa , kənar  şəxslər  olmamalıdır.
- Sünnətdən  qabaq uşaq  ac  olmamalıdır ( ən azı 4 saat ).
- Sünnətdə  uşağa  yanaşma  tərzindən  çox  şey  asılıdır. Hətta  zarafatla  deyilən  sözlər  psixoloji  təsir  edə  bilər.
- Sünnətin  tibbi  faydasından  əlavə,  sosial  faydaları  da  çoxdur. Bunlardan  biri  də uşağın  cəmiyyətdə  və  yoldaşları  arasında  “ öz  yerini  tutmasıdır ”dır.
- Sünnətdən  sonra  yanmaların  olması  təbiidir.
- Sünnət  edilən  uşaqlar  ilk  gününü  yataqda  keçirməlidir.
Sünnət  prosesində ortaya  çıxan  problemlər
Qanaxma  : Ən  çox  rast  gəlinən  bir  problemdir. Xüsusilə  yeni  doğulmuş  uşaqlarda  qan  gec  laxtalandığı  üçün  qanaxma  halları  daha  çox  rast gəlinir.
Nekroz  ( çürümə ): Elektrik  alətləri  ilə  edilən  sünnətlərdən  sonra  yaranın  sağalması  gecikə  və  ya  dəridə  nekroz  ola  bilər.
Sarığın  çox  sıxılması : Sarığın  sıxlığı  sidik  yığılmasına ,  sidik  yolu  infeksiyalarına ,  hətta  böyrək  xəstəliklərinə  səbəb  ola  bilər.
Sünnət  dərisinin  az  və  ya  çox  kəsilməsi : Bu hallarda  sünnət  prosesində  ortaya  çıxan  əsas  problemlərdəndir. Hər  iki  halda  növbəti  cərrahi  müdaxiləyə  ehtiyac  ola  bilər.
İnfeksiya : Belə  halların  baş  verməsinə  səbəb  steril  mühitin  olamamasıdır.
Anesteziya  : Bu  problem  daha  çox  anestezik  dərmanların  təsiri  ilə  bağlıdır.

Комментарии

Популярные сообщения из этого блога

Nağıl terapiyası

Uşaqlar  nağılları  niyə  sevir ? Və ya valideyn, nənə - baba  uşaqlara  niyə nağıl danışmalıdır ?  Bu  çox  bəsit, adi  bir  şey  kimi  gələ  bilər, amma  mahiyyətinə  vardıqda  bir  çox  açıqlama ilə  nağıl  danışmağın nə  qədər  faydalı  olmasını  izah  etmək  olar.  Nağıl bir  terapiya  üsuludur. Nitq  inkişafı,  diqqətin  toplanması, təfəkkür , təxəyyül  formalaşır, mədəni ünsiyyət qurmasını  şərait  yaradır, müqayisələr  etməyi  bacarır, xeyir  və şər anlamlarını qavrayır. Təbii  nağılların  məzmunu  da məqsədəuyğun  şəkildə  xüsusi  olaraq  seçilməlidir. Məsələn  şiddət  üslublu  nağıllar uşağın  psixoloji ovqatına mənfi təsir edir, qorxular, aqressiya, şiddət  göstərmə  istəyi, ünsiyyət  pozğunluğu, yoldaşları  ilə  yola  gedə bilməmə, ailəsindən  uzaqlaşma  və  hətta  iştah  pozuntusu belə yaradır. Təhlükə yaradan nağıllar siyahısına   " samizdat nağıllar "  deyilir. Bəzi nağıllar da var ki, orda cəzalandırma üslubunu  görmək  olur.  Hər bir  aild

İnsanın psixotipini necə ayırd etmək olar ?

Hər kəs  psixologiya baxımından insanlara onun psixotipi nöqteyi-nəzərindən yanaşır. Müsahibinin psixotipini bilərək, dediyiniz sözlərə münasibətini və gələcək davranışı haqda onun reaksiyasını proqnozlaşdıra bilərsiniz. Bu münasibət sizi əhatə edən ətrafınıza daha sürətlə uyğunlaşmağa imkan yaradacaq. Psixoloji tiplərinin sayı təxminən 20-dən çox olsa da, ancaq 5-nə daha tez-tez rast gəlinir:   Şizoid, isteroid, epileptoid, hipertim və astenik  Təlimat : ŞİZOİD TİP-  insanlar yüksək məsuliyyət və daimiliyi ilə fərqlənir. Onlar öz illüziyaları ilə dünyada yaşayır, öz həyatını yaxşılığa doğru dəyişmək tərəfindən ümidlər bəsləyirlər. Onlar ünsiyyətdə yüngülcə qurutəhər və formaldırlar, özləri haqda həvəssiz danışar və məsafə saxlamağa üstünlük verirlər. Onlar modanı təqib etmirlər - sərfəli, rahat geyimlərə üstünlük verirlər. Şizoidlər, yeknəsəq səsləri və rabitəsiz nitqində kobud hərəkətlərini görə bilmək olar. Adətən, mimika onlarda demək olar ki, yoxdur. Dostlar dairəsi o

PSİXOLOQLAR ÜÇÜN: VALİDEYNLƏR ÜÇÜN ANKET SORĞU

                      VALİDEYNLƏR ÜÇÜN ANKET      ( UŞAĞINIZIN EMOSİONAL VƏZİYYƏTİ NECƏDİR? )  Valideynlər üçün anket “Uşağınızın emosional vəziyyəti nədir?” (Soyadı, adı, yaşı __________________________________________) 1.      Uşağınız necə yatır? Sürətlə ; Asta ; Sizinlə oturmağı tələb edir ; Tələb edir ki, yatarkən işığı söndürməyəsiniz; 2.      Necə yatır? Möhkəm, sakit; Narahat;   Qışqırır ; Ağlayır ; Yuxuda ağlayır; 3.      Yuxudan necə oyanır ? O saat ; Dərhal yox; 4.      Hansı əhval-ruhiyyədə oyanır? Şad, sakit ; Gərgin; Kədərli, üzgün ; Göz yaşları ilə .               5  .   Uşağınız necə yemək yeyir? Həvəslə, müstəqil, tez, yemək seçmir; Könülsüz, böyüklərin köməyi ilə, yavaş-yavaş, yemək seçir.          6.      Uşağınızda qorxuya meyilli hərəkətlərini görürüsünüzmü?   Bəli ; Bəzən ; Xeyr . 7.   Əgər varsa, hansı şəraitdə hiss edirsiniz? ·         Qaranlıq otaqda; ·         Cəzalandıran zaman, qış