К основному контенту

Сообщения

Сообщения за ноябрь, 2016

UŞAQLARINIZ PSİXOLOJİ OLARAQ MƏKTƏBƏ HAZIRDIRLARMI?

Məktəb həyatına yenicə başlayacaq kiçikyaşlı uşaqların bəziləri məktəb anlarını həvəslə, bəziləri isə qorxu ilə gözləyir. Bəs uşaqları məktəb qorxusundan, dərs həyəcanından necə xilas etmək olar? Ya da, daha doğrusu, onları məktəbə hazırlamaq üçün nə etmək lazımdır?   Məlumdur ki, məktəb uşağın zehni, fiziki inkişafında əsas rol oynayan əhəmiyyətli mərhələlərdən biridir. Uşaq bu yolla ictimai mühitlə ünsiyyət qurur və bir fərd kimi cəmiyyətdə iştirak edir. Digər tərəfdən, məktəb uşağın dünyagörüşünün artmasında da mühüm rol oynayır. Mütəxəssislərin fikrincə, məktəbə alışma dövrü təqribən iki-üç həftə çəkir. Bu dövrün sağlam şəkildə keçməsi isə uşağın məktəbə hazırlıqlı olması ilə bağlıdır. Əgər o, məktəb həyatına başlayarkən fiziki, zehni, ruhi və ictimai yetkinliyə çatıbsa, artıq o qədər də problem yaşamayacaq. Başqa sözlə, uşaq valideynlərindən ayrılıb məktəbə uyğunlaşacaq qədər yetkinlik səviyyəsinə çatmalı və öz yaşına uyğun öyrənmə və ya qavrama qabiliyyətinə sahib

YAPONLARIN TƏHSİLDƏ DİGƏR ÖLKƏLƏRDƏN ÜSTÜNLÜYÜ İLƏ FƏRQLƏNDİRƏN ÖZƏLLİKLƏRİ

Yapon deyilincə ağlımıza zəka, sağlıq, nəzakət və rahat məkan  gelir. Bəs bu millət dünyadakı digər ölkələrdən nədən bu qədər fərqli?  Cavabı inanılmaz dərəcədə əla bir təhsil  sistemi desək nə deyərsiniz?  Bəli Yaponların bütün  dünyada fərq gətirən təhsil  sisteminin özəlliklərinə baxaq.     1. Yapon şagirdləri 4-cü sinifə (yəni 10 yaşına) gəlmədən hazırlıqda  olmurlar. Uşaqlara  insanlara, təbiətə, ətraf mühitə və heyvanlara sayqılı olmaları öyrədilir.   2. Dünyadakı bir çox məktəblər Sentyabr və ya Oktyabr ayında başlayarkən, Yaponiyada akademik il 1 Apreldə başlayır.   3. Bir çox Yapon məktəbində xadimə yoxdur. Təmizliyi şagirdlər özləri edir.   4. Şagirdlər üçün günorta yeməyi sadəcə xüsusi şeflər tərəfindən hazırlanmır eyni zamanda sağlıq peşəkarları tərəfindən də hazırlanır. Şagirdlər və müəllimlər yeməklərini sinifdə bərabər yeyirlər.   5.Yaxşı bir liseyə girmək üçün şagirdlər məktəb sonrası hazırlığa( atölye) qalırlar. 6. Şagirdlər ayrı