К основному контенту

UŞAQLARINIZ PSİXOLOJİ OLARAQ MƏKTƏBƏ HAZIRDIRLARMI?




Məktəb həyatına yenicə başlayacaq kiçikyaşlı uşaqların bəziləri məktəb anlarını həvəslə, bəziləri isə qorxu ilə gözləyir. Bəs uşaqları məktəb qorxusundan, dərs həyəcanından necə xilas etmək olar? Ya da, daha doğrusu, onları məktəbə hazırlamaq üçün nə etmək lazımdır?  

Məlumdur ki, məktəb uşağın zehni, fiziki inkişafında əsas rol oynayan əhəmiyyətli mərhələlərdən biridir.
Uşaq bu yolla ictimai mühitlə ünsiyyət qurur və bir fərd kimi cəmiyyətdə iştirak edir. Digər tərəfdən, məktəb uşağın dünyagörüşünün artmasında da mühüm rol oynayır. Mütəxəssislərin fikrincə, məktəbə alışma dövrü təqribən iki-üç həftə çəkir. Bu dövrün sağlam şəkildə keçməsi isə uşağın məktəbə hazırlıqlı olması ilə bağlıdır. Əgər o, məktəb həyatına başlayarkən fiziki, zehni, ruhi və ictimai yetkinliyə çatıbsa, artıq o qədər də problem yaşamayacaq. Başqa sözlə, uşaq valideynlərindən ayrılıb məktəbə uyğunlaşacaq qədər yetkinlik səviyyəsinə çatmalı və öz yaşına uyğun öyrənmə və ya qavrama qabiliyyətinə sahib olmalıdır. Əks halda, uşaq məktəbə çox çətin uyğunlaşır. Digər tərəfdən, həmişə məktəb qorxusu yaşayan və ya həmişə evi haqqında düşünən uşaq dərs öyrənməkdə də çətinlik çəkir.
Məktəbə getmək üçün “ təxirə salınan ” hər saat problemin daha da böyüməsinə yol açır. Buna görə də uşağın məktəbə davamlı olaraq getməsi üçün onunla xoş rəftar edilməli və əgər imkan varsa, uşaq ilk günlər dərsə valideynin iştirakı ilə başlamalıdır. Məktəbə hazır olmaq və ya uyğunlaşmaq üçün bir faktor da uşağın müstəqil öyrənmə vərdişini reallaşdıra bilməsi və gözlənilən performansı göstərə bilməsidir. Əgər bu nöqtədə valideynlərin və müəllimlərin şübhəsi varsa, mütəxəssisə müraciət olunmalıdır. Çünki “uşaq yavaş-yavaş məktəbə alışar” prinsipi həmişə özünü doğrultmur.
Uşağı əvvəlcədən məktəbə hazırlamaq daha yaxşıdır. Bunun üçün o, “müstəqil” olmalıdır. Məsələn, yeməyini özü yeməli, təmizliyini özü təmin etməli, əşyalarını özü səliqəyə salmalıdır. Uşağın zehni inkişafını artırmaq üçün isə müəyyən saatlarda müxtəlif oyunlar təşkil edilməli, ona çoxlu kitablar oxunmalı, həmçinin vizual bacarıqlarını inkişaf etdirmək üçün baş verən hadisələr haqqında məlumat verilməlidir.

Digər tərəfdən, uşağınızın məktəblə bağlı hiss və düşüncələrini ifadə etməsinə şərait yaradın. Həmçinin məktəblə bağlı suallarına düzgün və ətraflı cavab verin. Əgər spesifik bir qorxusu varsa, onunla birlikdə məktəbə gedin. Ona qarşı sakit və səbirli olmağa çalışın. Unutmayın ki, məktəb uşaq üçün yeni bir təcrübədir və onun bəzi problemlər yaşaması son dərəcə təbiidir



Комментарии

Популярные сообщения из этого блога

İnsanın psixotipini necə ayırd etmək olar ?

Hər kəs  psixologiya baxımından insanlara onun psixotipi nöqteyi-nəzərindən yanaşır. Müsahibinin psixotipini bilərək, dediyiniz sözlərə münasibətini və gələcək davranışı haqda onun reaksiyasını proqnozlaşdıra bilərsiniz. Bu münasibət sizi əhatə edən ətrafınıza daha sürətlə uyğunlaşmağa imkan yaradacaq. Psixoloji tiplərinin sayı təxminən 20-dən çox olsa da, ancaq 5-nə daha tez-tez rast gəlinir:   Şizoid, isteroid, epileptoid, hipertim və astenik  Təlimat : ŞİZOİD TİP-  insanlar yüksək məsuliyyət və daimiliyi ilə fərqlənir. Onlar öz illüziyaları ilə dünyada yaşayır, öz həyatını yaxşılığa doğru dəyişmək tərəfindən ümidlər bəsləyirlər. Onlar ünsiyyətdə yüngülcə qurutəhər və formaldırlar, özləri haqda həvəssiz danışar və məsafə saxlamağa üstünlük verirlər. Onlar modanı təqib etmirlər - sərfəli, rahat geyimlərə üstünlük verirlər. Şizoidlər, yeknəsəq səsləri və rabitəsiz nitqində kobud hərəkətlərini görə bilmək olar. Adətən, mimika onlarda demək olar ki, yoxdur...

TEST: "MƏNDƏ DİSLEKSİYA PROBLEMİ VARMI?"

Tədqiqatlar göstərir ki, 10 şəxsdən birində disleksiya tapılmayıb, bunlardan əksəriyyətində  hətta düzgün fikir bildirmək mümkün olmayıb. Bütün fikirlərdə bu o deməkdir ki, bu adamlar vaxtında ixtisaslı dəstək almayıb. Üstəlik, onların bəziləri üçün diaqnoz qoyulmayanlarda "gizli əlillik" var ki, hansı ki, bu da tədris mühitinin korlanmasına gətirib çıxararaq iş və zehni fəaliyyətdə özünüqiymətləndirməni aşağı salır. Hətta müasir diaqnostik üsullarla yoxlananlarda da müxtəlif aspektlərdə həyat fəaliyyətində oxu və yazı çətinlikləri ola bilər.  Aydındır ki, disleksiya yazı və oxu funksiyasının spesifik pozulması deməkdir ki, bu da intellektin aşağı və ya zəif dərəcədə olduğunu göstərmir.  Disleksiyalı çox parlaq, yaradıcı istedadlı insanlar var, amma onlar öz intellekt səviyyəsindən yuxarı oxuya və ya yaza bilməyəcəklər. Siz necə düşünürsünüz, sizdə disleksiya əlamətləri varmı? Gəlin yoxlayaq. Zəhmət olmasa, cədvəli doldurun. BÖYÜKLƏRDƏ DİSLEKSİYA ÜÇÜN...

PSİXOLOQLAR ÜÇÜN: VALİDEYNLƏR ÜÇÜN ANKET SORĞU

                      VALİDEYNLƏR ÜÇÜN ANKET      ( UŞAĞINIZIN EMOSİONAL VƏZİYYƏTİ NECƏDİR? )  Valideynlər üçün anket “Uşağınızın emosional vəziyyəti nədir?” (Soyadı, adı, yaşı __________________________________________) 1.      Uşağınız necə yatır? Sürətlə ; Asta ; Sizinlə oturmağı tələb edir ; Tələb edir ki, yatarkən işığı söndürməyəsiniz; 2.      Necə yatır? Möhkəm, sakit; Narahat;   Qışqırır ; Ağlayır ; Yuxuda ağlayır; 3.      Yuxudan necə oyanır ? O saat ; Dərhal yox; 4.      Hansı əhval-ruhiyyədə oyanır? Şad, sakit ; Gərgin; Kədərli, üzgün ; Göz yaşları ilə .               5  .   Uşağınız necə yemək yeyir? Həvəslə, müstəqil, tez, yemək seçmir; Könülsüz, böyüklərin köməyi ilə...