К основному контенту

21 mart Beynəlxalq Daun sindromu günüdür.


Bugün - 21 mart Daun sindromu günüdür. Bu sindrom 1862-ci ildə ingilis həkimi Con Lenqton Daun tərəfindən aşkarlanıb. O, bir qiz uşağını müayinə edərkən bu sindromun xarakter xüsusiyyətlərini müşahidə edib və ona "monqolizm" diaqnozu qoyub. Asiyali alimlərin tənqidindən sonra bu sindroma onu kəşf edən alimin adi Daun adi verilib.
Daun Sindromu nədir?
   Daun sindromlu uşaq sahibi olan ailələrin ən böyük uğursuzluğu məlumat əskikliyidir. Buna görə bugünkü məqaləmizdə  "Daun sindromu nədir ? ” sualını cavablandırmağa çalışacağıq.
Daun sindromu 21- ci xromosomlarda baş verən anomaliya zamanı trisomiyanın əmələ gəlməsidir. Belə ki, hər insan hüceyrəsində 46 ədəd yəni 23 cüt xromosom olur. Daun sindromlu insanlarda isə 47 ədəd yəni 21- ci cütlükdə  2 xromosom yerinə 3 xromosom olur ki, bu anomaliya tibb elmində trisomiya adlanır. Bu da onu göstərir ki, daun sindromu bir xəstəlik deyil, genetik bir fərqlilikdir. Ümumiyyətlə, insanların heç olmasa bu gün Daun sindromunun nə olduğu haqqında düşünməsi çox vacibdir. Bu genetik bir təsadüfdür, anomaliyadır. Bu cür uşaq hər bir ailədə doğula bilər.
Valideynlərin daun sindromlu uşaqların doğulmasında heç bir günahı yoxdur. Daun sindromlu oğlanlar və qızlar eyni əlamətlərlə doğulur. Onların səhhətində bir sıra problemlər - eşitmə və görmə zəifliyi, mədə - bağırsaq sistemində pozuntular, ürək qusurları, əqli inkişaf geriliyi müşahidə olunur. Daun sindromlu uşaqlar üçün əsas təhlükəni yaradan onların sağlamlığındakı problemlər deyil, əsas onlar haqqında cəmiyyətdə mövcud olan mənfi rəylərdir. Məhz cəmiyyətin münasibəti baryer yaradır, uşaqlara lazımi dəstəyi almağa mane olur. Lakin bir artıq xromosomlu insanların da inkişaf etməyə və yaratmağa haqqı var. Onlara yalnız ailə və cəmiyyət tərəfindən daha çox kömək, diqqət və qayğı lazımdır.
Daun sindromu ilə bağlı iki şeyi dəqiq bilməlisiniz:
Birincisi: Daun sindromlu uşağın doğulma səbəbi ana-ata deyil - genlərdir. Həmçinin hamiləlikdən əvvəl və ya hamiləlik zamanı olan heç bir şey uşağın daun sindromlu doğulmasına gətirib çıxarmaz.
İkincisi: Digər uşaqlar kimi daun sindromlu uşaqların da özlərinə xas şəxsiyyətləri, qabiliyyətləri və düşüncələri var. Digər uşaqlar kimi onlar da fərqli şəxsiyyətə sahib bir fərd olaraq böyüyəcəklər.
Daun sindromu xromosom fərqliliyindən başqa digər səbəbləri necə meydana gəlir?
Daun sindromu genetik xəstəlikdir. Buna səbəb olan təsir edici faktorlar - ananın yaşı, radiasiya, troit antibodies, narkotik və spirt istifadəsi kimi müxtəlif səbəblər göstərilsə də bunların içində qətilik qazanmış olan səbəb hələ ki yoxdur. Son araşdırmalar göstərir ki, sindromun yaranma səbəbləri kimi spermatazoidin də tərkib hissəsi önəmlidir.
  • Qeyd : Bir ananın təcrübəsi
“ Üçüncü uşağımızın doğumuna yaxşı hazırlanmışdıq və iki uşaqdan sonra bu körpəmizin baxımıyla əlaqədar heç bir problem yaşamayacağımızı düşünmüşdük. Lakin hər şey çox fərqli inkişaf etdi. Doğumdan yarım saat sonra oğlumun daun sindromlu olduğunu öyrəndik. Bu bizim üçün bir şok idi. İki sağlam uşaqdan sonra belə bir problemlə qarşı-qarşıya qala biləcəyimiz ağılımızın ucundan belə keçməmişdi”, - deyə ana etiraf edir ki, digər uşaqları əmizdirdiyi üçün oğlunu əmizdirmək qədər onun üçün təbii bir şey yox idi. Lakin xəstəxanada həkimlər belə bir uşağın əmizdirilməsinin son dərəcə çətin olduğunu düşünürdülər. Lakin ana südü onun həyatı üçün çox əhəmiyyətli idi. Beləliklə, südümü süni yolla sağıb uşağımı ana südü ilə bəsləməyə başladım. Xüsusilə onu qəbul edə bilmədiyim üçün hiss etdiyim günahkarlıq duyğusundan sonra uşağımın böyüməsinə kömək etmək mənim üçün çox gözəl bir hiss idi. Sinədən əmməyi oğlum ancaq 4 həftə sonra bacara bilmişdi. İnfeksiyalara qarşı ana südünün köməyi ilə qorunmuşdu. Ağız və çənə əzələləri ana sinəsini əmdiyindən qüvvətlənmişdi. Əmizdirmə zamanı mənimlə yaxın əlaqə nəticəsində bizi çox yaxın zamanda qəbul etdi və 10 həftədən sonra bizə gülməyə başladı. Indi mənim oğlumun 6 yaşı var. Düzdü o başqa usaqlardan fərqlidir, amma xəstə deyil. Sadəcə başqalarından fərqlənir…”, - deyə ana öz hissləri ilə bölüşür.
Əmizdirmək, bütün körpələr üçün olduğu kimi daun sindromlu uşaqlar üçün də son dərəcə əhəmiyyətlidir. Bu uşaqların ana südü ilə bəslənmələri, çənə aparatının qüvvətlənməsini təmin edir. Qüvvətli şəkildə əmmək, normal bir ağız quruluşunun meydana gəlməsinin ən yaxşı yoludur. Əmizdirmə ilə alt çənənin inkişafı və dil hərəkəti nəticəsində ağızın bağlanılmasının öyrənilməsi daha asandır. Çünki daun sindromlu uşaqlarda ağızın tam olaraq bağlı saxlanması çətin olur.
Daun sindromlu uşaqlar necə inkişaf edər?
Daun sindromlu usaqların xarici görünüşündəki ən önəmli dəyişiklik gözlərinin çəkik olmalarıdır.Onlar hər zaman gülərüz olurlar. İlk gösdərici zəka geriliyinin olmasıdır. Onların boyu nisbətən alçaq olur. Normal uşağın 3 - 4 ilə göstərdiyi inkişafı onlar 9 -10 ilə göstərirlər. Belə uşaqların əzələləri və oynaqları zəif inkişaf etmiş olur. Dişlərinə gəldikdə, Daun sindromu ilə doğulan uşaqlarda dişlər ə
yri olur və normal ardıcıllığa uyğun çıxmır. Onlarda ağız boşluğu normada olduğundan nisbətən kiçik, dil isə böyükdür. Bu sindromla doğulan uşaqların ovucları enli, barmaqları qısa, çeçələ barmaq bir az içəriyə doğru bükülmüş olur. Bir çox uşaqlarda göstərici barmaqla baş barmaq arasındakı məsafənin çox böyük olmasındadır. Daun sindromu ilə doğulan uşaqlarla bağlı verilən məlumatlarda qeyd olunur ki, belə uşaqlarda məhdud anlama bacarığı, böyük və kiçik motor problemləri var. Onların yadda saxlama qabiliyyəti azdır, diqqətləri dağınıqdır, nitqləri təmiz deyil, amma güclü təqlid bacarıqları var. Çox xromosom uşağın inkişafına mənfi təsir edir. Bu vəziyyət çox təəssüf ki, belə olacaq. Çünki xromosomu dəyişmək mümkün deyil. Lakin unutmamalıyıq ki, bir uşağın inkişafı yalnız genetik faktorlara bağlı deyil. Ətraf və öyrənmə faktorları da uşağın inkişafına çox təsir edir. Evdə yaxşı təlim keçən daunlar özləri geyinib soyuna bilər, yemək və su içə bilər, öz gigiyenik ehtiyaclarını təmin edə bilərlər. Bəzi daunlar hətta məktəbə və universitetə gedir, təlimə yiyələnə bilirlər. Daun sindromlu uşaqların ehtiyacları digər uşaqların ehtiyaclarından fərqli deyil. Onlar da ana, ata və qardaşlarıyla birlikdə olduqda xoşbəxt olurlar. Ətraflarını kəşf etmək, oynamaq, öyrənmək, gülmək istəyirlər. Daun sindromlu bir uşağın mümkün olduğu qədər ictimai mühitdə böyüdülməsi inkişafı üçün son dərəcə faydalıdır.
     Unutmayın ki, bəzi uşaqların sarı saçlı, bəzilərinin mavi gözlü olması kimi sizin uşağınızın da daun sindromlu olması bir genetik fərqlilikdir.
Müəllif : Psixoloq
Teymurova Esmira






Комментарии

Популярные сообщения из этого блога

Nağıl terapiyası

Uşaqlar  nağılları  niyə  sevir ? Və ya valideyn, nənə - baba  uşaqlara  niyə nağıl danışmalıdır ?  Bu  çox  bəsit, adi  bir  şey  kimi  gələ  bilər, amma  mahiyyətinə  vardıqda  bir  çox  açıqlama ilə  nağıl  danışmağın nə  qədər  faydalı  olmasını  izah  etmək  olar.  Nağıl bir  terapiya  üsuludur. Nitq  inkişafı,  diqqətin  toplanması, təfəkkür , təxəyyül  formalaşır, mədəni ünsiyyət qurmasını  şərait  yaradır, müqayisələr  etməyi  bacarır, xeyir  və şər anlamlarını qavrayır. Təbii  nağılların  məzmunu  da məqsədəuyğun  şəkildə  xüsusi  olaraq  seçilməlidir. Məsələn  şiddət  üslublu  nağıllar uşağın  psixoloji ovqatına mənfi təsir edir, qorxular, aqressiya, şiddət  göstərmə  istəyi, ünsiyyət  pozğunluğu, yoldaşları  ilə  yola  gedə bilməmə, ailəsindən  uzaqlaşma  və  hətta  iştah  pozuntusu belə yaradır. Təhlükə yaradan nağıllar siyahısına   " samizdat nağıllar "  deyilir. Bəzi nağıllar da var ki, orda cəzalandırma üslubunu  görmək  olur.  Hər bir  aild

İnsanın psixotipini necə ayırd etmək olar ?

Hər kəs  psixologiya baxımından insanlara onun psixotipi nöqteyi-nəzərindən yanaşır. Müsahibinin psixotipini bilərək, dediyiniz sözlərə münasibətini və gələcək davranışı haqda onun reaksiyasını proqnozlaşdıra bilərsiniz. Bu münasibət sizi əhatə edən ətrafınıza daha sürətlə uyğunlaşmağa imkan yaradacaq. Psixoloji tiplərinin sayı təxminən 20-dən çox olsa da, ancaq 5-nə daha tez-tez rast gəlinir:   Şizoid, isteroid, epileptoid, hipertim və astenik  Təlimat : ŞİZOİD TİP-  insanlar yüksək məsuliyyət və daimiliyi ilə fərqlənir. Onlar öz illüziyaları ilə dünyada yaşayır, öz həyatını yaxşılığa doğru dəyişmək tərəfindən ümidlər bəsləyirlər. Onlar ünsiyyətdə yüngülcə qurutəhər və formaldırlar, özləri haqda həvəssiz danışar və məsafə saxlamağa üstünlük verirlər. Onlar modanı təqib etmirlər - sərfəli, rahat geyimlərə üstünlük verirlər. Şizoidlər, yeknəsəq səsləri və rabitəsiz nitqində kobud hərəkətlərini görə bilmək olar. Adətən, mimika onlarda demək olar ki, yoxdur. Dostlar dairəsi o

PSİXOLOQLAR ÜÇÜN: VALİDEYNLƏR ÜÇÜN ANKET SORĞU

                      VALİDEYNLƏR ÜÇÜN ANKET      ( UŞAĞINIZIN EMOSİONAL VƏZİYYƏTİ NECƏDİR? )  Valideynlər üçün anket “Uşağınızın emosional vəziyyəti nədir?” (Soyadı, adı, yaşı __________________________________________) 1.      Uşağınız necə yatır? Sürətlə ; Asta ; Sizinlə oturmağı tələb edir ; Tələb edir ki, yatarkən işığı söndürməyəsiniz; 2.      Necə yatır? Möhkəm, sakit; Narahat;   Qışqırır ; Ağlayır ; Yuxuda ağlayır; 3.      Yuxudan necə oyanır ? O saat ; Dərhal yox; 4.      Hansı əhval-ruhiyyədə oyanır? Şad, sakit ; Gərgin; Kədərli, üzgün ; Göz yaşları ilə .               5  .   Uşağınız necə yemək yeyir? Həvəslə, müstəqil, tez, yemək seçmir; Könülsüz, böyüklərin köməyi ilə, yavaş-yavaş, yemək seçir.          6.      Uşağınızda qorxuya meyilli hərəkətlərini görürüsünüzmü?   Bəli ; Bəzən ; Xeyr . 7.   Əgər varsa, hansı şəraitdə hiss edirsiniz? ·         Qaranlıq otaqda; ·         Cəzalandıran zaman, qış