К основному контенту

Uşaqların Yazı Qabiliyyətini İnkişafı Üçün Yazılı Rəngləmə İşi



Yazını davam etdir- ağ-qara xətlərin olan konturların köməyi ilə şəkillərin çəkilməsi balaca oğlan və qızlarda hətta ən kiçik əllərin əzələlərini işlədir, həm də barmaqlarını yazarkən düzgün koordinasiya etməsinə kömək edir. Yazı rəngləmə rəsm bacarıqlarını və yazı qabiliyyətini çox gözəl inkişaf etdirir , eləcə də uşaq təxəyyülünü, o cümlədən fantaziya və məntiqi təfəkkürün inkişafına kömək edir.
Bu şəkilləri uşaqlar üçün çap edərkən və ya yükləyərkən uşaqlarınızla münasibətdə diqqətli olun ki, uşağınız rəngli qələmlərini və ya flomasteri alarkən hansı duruş vəziyyətini aldığını müşahidə edə biləsiniz. Uşağın onurğa sütununun təhlükəsizliyi üçün birbaşa masada düz əyləşməli və ətrafdakı əşyaları arxasında qoyaraq oturmalıdır ki, blogumuzdan əldə etdiyiniz belə faydalı dərs uşağın diqqətini dağıtmasın.
Şəkilli yazı bir sıra əyləncəli tapşırıqların yerinə yetirilməsini təşkil edir, yerinə yetiriləcək tapşırıqlar  müxtəlif xətlərinin və fiqurların kontur xətləri üzərində çəkilməsi işidir. Nümunələrin sadə və rahatlıqla yerinə yetirilməsi üçün tapşırıqları onların köməyi ilə qız və ya oğlan hər bir hərəkətləri  tapşırığı əvvəlində necə yerinə yetirilməsi barədə məlumat alacaqdır. 
Həmçinin, tapşırığı yerinə yetirməzdən əvvəl, həmin nümunə göstərilərək bütün punktları və texnikası haqda uşağı məlumatlandırmaq lazımdır. Öz sözlərinizlə, barmağınızla göstərək tapşırıqdakı hərəkətləri davam etdirməsini izah edə bilərsiniz.
 Müşahidə edin ki, uşaq tapşırığı icra etdikdə özü də çəkərək izah etsin, danışsın, bu onun fikir yürütmə bacarığını da inkişaf etdirəcəkdir
















 

Комментарии

Популярные сообщения из этого блога

Nağıl terapiyası

Uşaqlar  nağılları  niyə  sevir ? Və ya valideyn, nənə - baba  uşaqlara  niyə nağıl danışmalıdır ?  Bu  çox  bəsit, adi  bir  şey  kimi  gələ  bilər, amma  mahiyyətinə  vardıqda  bir  çox  açıqlama ilə  nağıl  danışmağın nə  qədər  faydalı  olmasını  izah  etmək  olar.  Nağıl bir  terapiya  üsuludur. Nitq  inkişafı,  diqqətin  toplanması, təfəkkür , təxəyyül  formalaşır, mədəni ünsiyyət qurmasını  şərait  yaradır, müqayisələr  etməyi  bacarır, xeyir  və şər anlamlarını qavrayır. Təbii  nağılların  məzmunu  da məqsədəuyğun  şəkildə  xüsusi  olaraq  seçilməlidir. Məsələn  şiddət  üslublu  nağıllar uşağın  psixoloji ovqatına mənfi təsir edir, qorxular, aqressiya, şiddət  göstərmə  istəyi, ünsiyyət  pozğunluğu, yoldaşları  ilə  yola  gedə bilməmə, ailəsindən  uzaqlaşma  və  hətta  iştah  pozuntusu belə yaradır. Təhlükə yaradan nağıllar siyahısına   " samizdat nağıllar "  deyilir. Bəzi nağıllar da var ki, orda cəzalandırma üslubunu  görmək  olur.  Hər bir  aild

İnsanın psixotipini necə ayırd etmək olar ?

Hər kəs  psixologiya baxımından insanlara onun psixotipi nöqteyi-nəzərindən yanaşır. Müsahibinin psixotipini bilərək, dediyiniz sözlərə münasibətini və gələcək davranışı haqda onun reaksiyasını proqnozlaşdıra bilərsiniz. Bu münasibət sizi əhatə edən ətrafınıza daha sürətlə uyğunlaşmağa imkan yaradacaq. Psixoloji tiplərinin sayı təxminən 20-dən çox olsa da, ancaq 5-nə daha tez-tez rast gəlinir:   Şizoid, isteroid, epileptoid, hipertim və astenik  Təlimat : ŞİZOİD TİP-  insanlar yüksək məsuliyyət və daimiliyi ilə fərqlənir. Onlar öz illüziyaları ilə dünyada yaşayır, öz həyatını yaxşılığa doğru dəyişmək tərəfindən ümidlər bəsləyirlər. Onlar ünsiyyətdə yüngülcə qurutəhər və formaldırlar, özləri haqda həvəssiz danışar və məsafə saxlamağa üstünlük verirlər. Onlar modanı təqib etmirlər - sərfəli, rahat geyimlərə üstünlük verirlər. Şizoidlər, yeknəsəq səsləri və rabitəsiz nitqində kobud hərəkətlərini görə bilmək olar. Adətən, mimika onlarda demək olar ki, yoxdur. Dostlar dairəsi o

PSİXOLOQLAR ÜÇÜN: VALİDEYNLƏR ÜÇÜN ANKET SORĞU

                      VALİDEYNLƏR ÜÇÜN ANKET      ( UŞAĞINIZIN EMOSİONAL VƏZİYYƏTİ NECƏDİR? )  Valideynlər üçün anket “Uşağınızın emosional vəziyyəti nədir?” (Soyadı, adı, yaşı __________________________________________) 1.      Uşağınız necə yatır? Sürətlə ; Asta ; Sizinlə oturmağı tələb edir ; Tələb edir ki, yatarkən işığı söndürməyəsiniz; 2.      Necə yatır? Möhkəm, sakit; Narahat;   Qışqırır ; Ağlayır ; Yuxuda ağlayır; 3.      Yuxudan necə oyanır ? O saat ; Dərhal yox; 4.      Hansı əhval-ruhiyyədə oyanır? Şad, sakit ; Gərgin; Kədərli, üzgün ; Göz yaşları ilə .               5  .   Uşağınız necə yemək yeyir? Həvəslə, müstəqil, tez, yemək seçmir; Könülsüz, böyüklərin köməyi ilə, yavaş-yavaş, yemək seçir.          6.      Uşağınızda qorxuya meyilli hərəkətlərini görürüsünüzmü?   Bəli ; Bəzən ; Xeyr . 7.   Əgər varsa, hansı şəraitdə hiss edirsiniz? ·         Qaranlıq otaqda; ·         Cəzalandıran zaman, qış