К основному контенту

Oyun Oynamaq Ciddi Bir İşdir



 
Oyun, uşaqlar üçün təbiidir. Onlar doğulduqları gündən etibarən hər şeylə oyun oynaya bilirlər; əlləri və ayaqları ilə, səslərlə, geyimləri ilə və oyuncaqlarla, hətta içəri girən günəş şüaları ilə  belə. Yetişkinlər də vaxt keçirmək üçün, işdən qaçmaq üçün, sosiallaşmaq üçün, ya da sadəcə əylənmək üçün oyun oynayarlar. Amma uşaqlar vaxt keçirmək üçün oyun oynamazlar.
Oyun oynamaq uşağın işidir və çox önəmli bir işləmə mexanizmi vardır. Oyun, uşağın ehtiyac duyduğu bacarıqları öyrənməsini və həyatı boyunca girəcəyi rolları təmsil edər. Oyun, uşağın fiziki, sosial, zehinli və duyğusal baxımdan inkişafına yardımçı olur. Bu sahələrin hər birini motivasiya edər və inkişafına imkan verər.
Sərbəstcəsinə oynama imkanı verilən uşaq, fiziki baxımdan limitlərini sınayar. "Nə qədər yüksəyə dırmaşa bilərəm, nə qədər sürətli qaça bilərəm, əlimdəkini nə qədər uzağa ata bilərəm"in cavabını axtarmağa çalışır. Bu sayədə cəsarətini də test edər və özünə güvəni artırar.
Sosial baxımdan, iş birliyinə girməyi, paylaşmağı, liderliyi, uzlaşmağı, dostluq qurmağı və öz  çıxarlarını qorumağı öyrənir.
Zehni baxımdan, oyun oynarkən yaradıcılıq, məntiq (səbəb-nəticə münasibəti qurma) və problem çözmə bacarıqları inkişaf edir. Oyun, uşağın araşdırmasını, təcrübələr aparıb  yeni şeylər kəşf etməsini yaradar.
 Duyğusal tərəfdən də keyf alma, bərabər olma və başarma duyğusunu yaşayan uşaq özü ilə bağlı müsbət qüvvə alır. Oyun, uşağa dəyişən və çətinliklərlə dolu olan dünyada, yaşama coşqusu verir.
Oyun ilə inkişaf arasındakı bağın fərqinə varan bir çox ana-ata uşaqları üçün oyun qrupları düzəltməyə çalışarlar. Uşaqların öncədən bəlirlənmiş bir zaman və yerdə bir araya gələrək oyun oynamalarını yarada bilirlər. Ancaq yetişkinlər çox zaman qaydalı oyunları (gizlənpaç,
top oyunları, stula kim tez hakim oldu və.s kimi) ya da sərhədli oyunları (puzzle, şahmat, hafizə kartları kimi) məsləhət görürlər. Bu tərz oyunların uşağın inkişafına qatqısı olduğu qətidir amma "yaradıcı oyun"un yerini tutmazlar.
Yaradıcı oyunda, məqsədi və istifadə olunacaq oyuncaqlara tamamilə uşaq qərar verər. Bəzən də uşaqlar heç bir məqsəd olmadan sadəcə oynayarlar. Öz qaydalarını qoyarlar ya da qayda qoymamağı seçə bilərlər. İstifadə olunan oyuncaqların çox zaman vəziyyətə görə dəyişən fərqli işləmə qaydaları olur. Buna misal, qazan, bəzən baraban, bazen stul üzərində, bəzən də masa ola bilr. Masaların altı çadır ya da mağara, oxlov isə bir at ola bilir. Uşaq ikən parçalardan çadır qurduğunu ya da jileti başınıza keçirib uzun saç etdiyini bəlkə xatırlaya bilirsiniz.
Uşaqların inkişafı üçün çox qiymətli olan yaradıcı oyun, yetişkinlərə dərd ola bilər. Çoxlu oyuncağı durarkən qazanlarla oynamaq istəyən uşaq ana-atalarını təəccübləndirə bilir. Nəsnələri ətrafa fırladan uşağın anası, ortalığı dağıtdığı üçün uşağına hirslənə bilir. Araşdırmalar, uşaqların "ətrafı dağıdarkən" ya da eyni anlamsız davranışı "təkrar təkrar" edərkən çox şey öyrəndiklərini göstərməktədir. Yaradıcı oyunda heç bir sərhəd yoxdur, onsuzda uşaqlar üçün hər yer oyun sahəsi, hər şey oyuncaqdır. Yaradıcı oyun, uşağın böyüyüb özünə güvənən, yaşamağı sevən, uğurlu bir insan olması üçün ilk və təməl addımdır.
Uşağınızın yaradıcı oyun oynamasına mütləq fürsət verin. Sizin xoşunuza getməyən durumlar üçün zaman ve məkan sərhədləşməsi qoyaraq "qazan-qazan" çözümləri tapa bilərsiniz. Örnəyin, uyğun bir saatda sadəcə otağında qazanlarla  musiqi çalmasına ya da həftədə bir dəfə 1-2 saat müddətinə salonda çadır qurmasına izn verə bilərsiniz. Yaradıcı oyunun ən gözəl örnəyi evcilik oyunudur. Bu oyun təkcə qız uşaqlarına deyil, həm də oğlanlar üçün faydalıdır. Evcilik, həkimlik, müəllimlik kimi xəyali oyunlarda "mış kimi ", yəni belə imiş kimi, ya da "guya" yöntəmi ilə hər şey hər şeyə dönə bilər.
Uşağın öz başına oyunu qura bilmədiyinin fərqinə varırsınızsa, yardım edə bilərsiniz. "Bura məktəbdir, sən də müəllimsən,gəl indi  gəlinciklərin və digər oyuncaqlarınla ,ya da maşınlarına dərs izah et." - deyərək yaradıcı oyunu başladıb uşağınızın özzünə davam etməsinə şərait yarada bilərsiniz. Uşağınızın üzgün ya da təhlükədə (xəstə, narahatedici vəziyyət və.s) olduğunu fərq etdiyiniz vəziyyətlər xaricində oyuna müdaxilə etmənizə gərək yoxdur. Amma zaman - zaman uşağınızın yaradıcı oyununa qatılmanız əminəm ki, uşağınızın çox, həm də lap çox xoşuna gedəcəkdir.

Mənbələr: 

Early Years Play & Learning/   Pat Broadhead
Çocuklarımızı Büyütürken Nerede Yanlış Yapıyoruz?/  Erdal Atabek
 Uşaq Yetiştirmədə Oyunun Önəmi/   Stevanne Auerbach
Nature and Young Children/   Ruth Wilson
#oyun #oyunlar #oyunoynamaq   #oyunoynamaginpsixolojiterefleri #oyunpsixologiyasI

Комментарии

Отправить комментарий

Популярные сообщения из этого блога

Nağıl terapiyası

Uşaqlar  nağılları  niyə  sevir ? Və ya valideyn, nənə - baba  uşaqlara  niyə nağıl danışmalıdır ?  Bu  çox  bəsit, adi  bir  şey  kimi  gələ  bilər, amma  mahiyyətinə  vardıqda  bir  çox  açıqlama ilə  nağıl  danışmağın nə  qədər  faydalı  olmasını  izah  etmək  olar.  Nağıl bir  terapiya  üsuludur. Nitq  inkişafı,  diqqətin  toplanması, təfəkkür , təxəyyül  formalaşır, mədəni ünsiyyət qurmasını  şərait  yaradır, müqayisələr  etməyi  bacarır, xeyir  və şər anlamlarını qavrayır. Təbii  nağılların  məzmunu  da məqsədəuyğun  şəkildə  xüsusi  olaraq  seçilməlidir. Məsələn  şiddət  üslublu  nağıllar uşağın  psixoloji ovqatına mənfi təsir edir, qorxular, aqressiya, şiddət  göstərmə  istəyi, ünsiyyət  pozğunluğu, yoldaşları  ilə  yola  gedə bilməmə, ailəsindən  uzaqlaşma  və  hətta  iştah  pozuntusu belə yaradır. Təhlükə yaradan nağıllar siyahısına   " samizdat nağıllar "  deyilir. Bəzi nağıllar da var ki, orda cəzalandırma üslubunu  görmək  olur.  Hər bir  aild

İnsanın psixotipini necə ayırd etmək olar ?

Hər kəs  psixologiya baxımından insanlara onun psixotipi nöqteyi-nəzərindən yanaşır. Müsahibinin psixotipini bilərək, dediyiniz sözlərə münasibətini və gələcək davranışı haqda onun reaksiyasını proqnozlaşdıra bilərsiniz. Bu münasibət sizi əhatə edən ətrafınıza daha sürətlə uyğunlaşmağa imkan yaradacaq. Psixoloji tiplərinin sayı təxminən 20-dən çox olsa da, ancaq 5-nə daha tez-tez rast gəlinir:   Şizoid, isteroid, epileptoid, hipertim və astenik  Təlimat : ŞİZOİD TİP-  insanlar yüksək məsuliyyət və daimiliyi ilə fərqlənir. Onlar öz illüziyaları ilə dünyada yaşayır, öz həyatını yaxşılığa doğru dəyişmək tərəfindən ümidlər bəsləyirlər. Onlar ünsiyyətdə yüngülcə qurutəhər və formaldırlar, özləri haqda həvəssiz danışar və məsafə saxlamağa üstünlük verirlər. Onlar modanı təqib etmirlər - sərfəli, rahat geyimlərə üstünlük verirlər. Şizoidlər, yeknəsəq səsləri və rabitəsiz nitqində kobud hərəkətlərini görə bilmək olar. Adətən, mimika onlarda demək olar ki, yoxdur. Dostlar dairəsi o

PSİXOLOQLAR ÜÇÜN: VALİDEYNLƏR ÜÇÜN ANKET SORĞU

                      VALİDEYNLƏR ÜÇÜN ANKET      ( UŞAĞINIZIN EMOSİONAL VƏZİYYƏTİ NECƏDİR? )  Valideynlər üçün anket “Uşağınızın emosional vəziyyəti nədir?” (Soyadı, adı, yaşı __________________________________________) 1.      Uşağınız necə yatır? Sürətlə ; Asta ; Sizinlə oturmağı tələb edir ; Tələb edir ki, yatarkən işığı söndürməyəsiniz; 2.      Necə yatır? Möhkəm, sakit; Narahat;   Qışqırır ; Ağlayır ; Yuxuda ağlayır; 3.      Yuxudan necə oyanır ? O saat ; Dərhal yox; 4.      Hansı əhval-ruhiyyədə oyanır? Şad, sakit ; Gərgin; Kədərli, üzgün ; Göz yaşları ilə .               5  .   Uşağınız necə yemək yeyir? Həvəslə, müstəqil, tez, yemək seçmir; Könülsüz, böyüklərin köməyi ilə, yavaş-yavaş, yemək seçir.          6.      Uşağınızda qorxuya meyilli hərəkətlərini görürüsünüzmü?   Bəli ; Bəzən ; Xeyr . 7.   Əgər varsa, hansı şəraitdə hiss edirsiniz? ·         Qaranlıq otaqda; ·         Cəzalandıran zaman, qış