К основному контенту

Yas tutan birinə necə yardım etməlisiniz?


Sevdiyimiz biri vəfat etdiyində sıxlıqla geri qalan həyatımızı bir daha onu görmədən, ona toxunmadan, birlikdə vaxt keçirmədən necə keçirə biləcəyimizi düşünürük. Bir nöqtədə, vəfat edən insanın varlığının həyatımızı qalın bir sis təbəqəsi kimi sardığını, ancaq bu sis təbəqəsinin bir müddət sonra dağılacağını fərq edərik. Bir zamanlar çox qəti xatırladığımız detallar artıq qəmgin anılara dönüşəcəkdir. Qəmzələri var idimi? Əlləri necə idi? Hər zaman söylediyi şey nə idi?

Sevdiyimiz biri vəfat etdiyində sıxlıqla geri qalan həyatımızı bir daha onu görmədən, ona toxunmadan, birlikdə vaxt keçirmədən necə keçirə biləcəyimizi düşünürük.
Atam bir yarım il öncə vəfat etdiyindən bəri yavaş bir yaxşılaşma müddətindəyəm. Bu müddət əslində yaxşılaşmadan ziyadə boşluğun ortasında bir həyatda qalma mücadələsidir.
Atam vəfat edərkən geridə təxminən 40 ildir evli olduğu bir həyat yoldaşı, ikisi qız, biri oğlan üç övlad, bir gəlin, bir köpək və bir pişik buraxdı. Həyatımızın bu ən acı itkisini göz yaşı tökərək yaşarkən, hamımız ayrı - ayrı və fərqli şəkillərdə yas tutduq. Hər zaman qəhramanım olan anam, bu müddətdə yavaş -yavaş ümidini itirdi. Evə ən son getdiyimdə, mənimlə sürəkli əgər ona bir şey olursa deyə vəsiyyətinin harada olduğunu, pul hesab bilgilərini və buna bənzər şeyləri paylaşmasından, artıq ölümü gözlədiyini anladım.
Özünə sadəcə 67 yaşında olduğunu, hələ dolu- dolu,canlı bir həyat yaşayacaq, hətta bəlkə aşiq olacaq qədər gənc olduğunu söylədiyimdə; dediyim şeylərin gülünc olduğunu və bunların heç birini istəmədiyini söylədi. Anam həytına davam etmək istəmirdi. Həyatdan ikinci bir şans gözləntisi yoxdu. Dünya ilə tək başına üzləşmək istəmirdi. Artıq sadəcə uşaqları və nəvələri üçün yaşamağa davam edəcəkdi. Təəssüf ki, ikimizin də qəbul etməsi vacib olan acı bir gerçəkdi bu. Yaşadığı müstəqil evi satıb bir bina dairəsinə köçməyi belə düşündü; ki bu, onun aylar öncə tamamilə rədd etdiyi bir fikirdi. Bunun həqiqətən bir seçənək olmadığını əslində ikimiz də bilirdik; çünki bir bina dairəsində yaşamaq anam üçün xalısı olan bir tabutdan, yəni ölümdən fərqsizdir.
Nədən anidən köçmək istədiyini soruşduğumda artıq evin baxımı ilə əlləşmək istəmədiyini söylədi. Evin problemləri arasında köhnə olması və tez-tez tadilat məsrəfləri çıxarması vardı. Bunlar isə atamın əlləşdiyi problemlərdi.
Anam, keçmişdən bəri yalnız yaşaya bilməyəcəyini söyləmişdir. Dolayısı ilə əgər bəhs etdiyi budursa, təkrar onun yanına köçməyi ya da mənim evimə köçməsini təklif etsəm deyə düşündüm.
Hiss etdiyim şey empati deyil, hüzündü. Nədən özünü toparlayıb müstəqilliyinə qovuşmurdu? Nədən həyatına davam edə bilmirdi? Nədən artıq özbaşına heç bir şey edə bilmirdi ?
Sonra nə qədər pis bir övlad olduğumu düşündüm. Nə ona yeni bir ev ala bilir, nə birlikdə yaşamağı istəyir, nə də bu çətin zamanında ona necə yardımçı ola biləcəyimi bilirdim.Hər şeydən önəmlisi də həyatlarımızdakı bu acı səhifələri necə ola bildiyincə sürətli şəkildə bağlaya biləcəyimi bilmirdim. Anam ya da hər hansı birimiz nə zaman gerçəkdən həyatımıza davam etməyə başlayacaqdıq?

“Həyata davam edə bilmək, əslində insanların o olduğunu sandığı şey deyil.”
Travmatik itkilər barəsində uzman olan terapist Jennifer Soos, bununla yükümlü olmadığımızı söyləyir:  “Həyata davam edə bilmək, əslinda insanların o olduğunu sandığı şey deyil. Belə bir şeyin var olduğuna inanıb yas tutmanın sonunda buna varılacağına inanmaq, insanlara yardımçı olmur.”
Soos, 10 ildən artıqdır ki, davam etdirdiyi yas dəstək qrupuna, həyata davam etmə fikrini buraxmalarını söyləyir. Ona görə, xəstələrinin yaşadıqları acı təcrübəni mənlikləri ilə bütünləşdirməyə çalışmaları daha doğru.
Soos’un özü də 2004 ilində oğlunun ölümü ilə bu acı müddəti sınaqdan keçirmişdir. “Onun gedişinin ailəmizdə buradıığı böyük boşluqla necə başa çıxa biləcəyimi bilmirdim.” deyir. Fəqət daha sonra həyata davam edə bilmənin ve oğlunun ölümünü unutmağın imkansız olduğunu fərq etmiş. Bu nöqtədə edə biləcəyi tək şeyin onun yoxluğunu həyat ilə bütünləşdirmək olduğunu söyləyir. Beləcə oğluna valideynlik etmək və onun həyatını mükafatlandırmaq üçün yeni yollar aramağa başlamış. Belə etmək, təkrar hüzuru tapmasında önəmli rol oynamış.
Soos, Elizabet Kubler öncüllüyündə yürüdülən və yasın beş aşamasını anladan üfüq açıcı araşdırmanın belə yaxını vəfat etmiş insanlara yardım etmək üçün tasarlanmadığını söyləyir. İnkar, öfkə, bazarlıq, depressiya və qəbul olaraq sıralanan bu beş aşama,əslində geridə qalanlar deyil ölənlər üçün hazırlanmış bir çərçivə.
Soos, bu sürəcin çox fərqli olduğunu, fəqət bir çox insanın özlərinin sırası ilə bu aşamalardan keçmələri gərəkdiyinə inandığını, çünki bunun doğru yas tutma şəkli olduğunu sandıqlarını söyləyir. Başqa bir deyişlə, yas tutma sürəci hər insan üçün fərqlidirsə də, yas tutana ən yaxşı dəstəyi vermə şəkli deyil
35 ildir yas tutan insanlara yardım edən və cənazə ayinlərinə öndərlik edən ruhsal danışman Donna Henes, “Sadəcə dinləyin,” deyir. Ona görə edilə biləcək ən yaxşı şey; dinləmək, sual vermək və xatirələri paylaşmaq. Çünki belə etmək, üzüntünüzün dərinliyini təsdiqlər və sevginizi canlı tutar.
Henes, həmçinin söylədiklərinizə diqqət etməniz də çox önəmli. “Zaman hər şeyin əlacı,” ya da vəfat edənlər üçün “İndi daha yaxşı bir yerdələr,” kimi şeylər söyləmənin yardımçı olmadığı kimi rahatsız edici də ola bildiyini ifadə edir.

“Zaman hər şeyin əlacı,” ya da vəfat edənlər üçün “İndi daha yaxşı bir yerdələr,” kimi şeylər söyləmək, yardımçı olmadığı kimi rahatsız edici də ola bilir.
Bir klinikada sosial işçi kimi çalışan  professional mütəxəssis Jennifer Kelman da buna qatılır. Kelman, yas tutanlara düzənli olaraq hal- xətir soruşmağı və bəsitçə “Ehtiyacın olarsa, burdayam,” deməyi önerir. Ən önəmlisi də yas sürəcinin hər hansı bir zaman dairəsindən bağımsız düşünülməsi gərəktiyini söyləyir. Yaxınları, yas tutan insanın bir an öncə bunu özündən kənarlaşdıra bilməsi gərəktiyini düşünə bilir; fəqət bu, yas tutanın üstündə bir basqı qurmaq və yaxşılaşmasını ertələməkdən başqa bir şeyə yaramayacaqdır.
Yaxşı, bütün bunlar nə ifadə edir? Mən yuxarıda söylənənlərdən əslində yanlış bir yol izlədiyimi anlayıram. Özüm, həyatımı təkrar qaldığı yerdən davam etdirmək üün çabalarkən, anam da belə etmək məcburiyyətində deyil. Ayrıca ona bu mövzuda basqı etmək nə adil, nə də gerçəkçi olur.
Düşünürəm edə biləcəyim ən yaxşı şey, ona hər zaman yanında olduğumu söyləmək olacaqdır.

Mənbə:
psychologytoday.com

Комментарии

Популярные сообщения из этого блога

Nağıl terapiyası

Uşaqlar  nağılları  niyə  sevir ? Və ya valideyn, nənə - baba  uşaqlara  niyə nağıl danışmalıdır ?  Bu  çox  bəsit, adi  bir  şey  kimi  gələ  bilər, amma  mahiyyətinə  vardıqda  bir  çox  açıqlama ilə  nağıl  danışmağın nə  qədər  faydalı  olmasını  izah  etmək  olar.  Nağıl bir  terapiya  üsuludur. Nitq  inkişafı,  diqqətin  toplanması, təfəkkür , təxəyyül  formalaşır, mədəni ünsiyyət qurmasını  şərait  yaradır, müqayisələr  etməyi  bacarır, xeyir  və şər anlamlarını qavrayır. Təbii  nağılların  məzmunu  da məqsədəuyğun  şəkildə  xüsusi  olaraq  seçilməlidir. Məsələn  şiddət  üslublu  nağıllar uşağın  psixoloji ovqatına mənfi təsir edir, qorxular, aqressiya, şiddət  göstərmə  istəyi, ünsiyyət  pozğunluğu, yoldaşları  ilə  yola  gedə bilməmə, ailəsindən  uzaqlaşma  və  hətta  iştah  pozuntusu belə yaradır. Təhlükə yaradan nağıllar siyahısına   " samizdat nağıllar "  deyilir. Bəzi nağıllar da var ki, orda cəzalandırma üslubunu  görmək  olur.  Hər bir  aild

İnsanın psixotipini necə ayırd etmək olar ?

Hər kəs  psixologiya baxımından insanlara onun psixotipi nöqteyi-nəzərindən yanaşır. Müsahibinin psixotipini bilərək, dediyiniz sözlərə münasibətini və gələcək davranışı haqda onun reaksiyasını proqnozlaşdıra bilərsiniz. Bu münasibət sizi əhatə edən ətrafınıza daha sürətlə uyğunlaşmağa imkan yaradacaq. Psixoloji tiplərinin sayı təxminən 20-dən çox olsa da, ancaq 5-nə daha tez-tez rast gəlinir:   Şizoid, isteroid, epileptoid, hipertim və astenik  Təlimat : ŞİZOİD TİP-  insanlar yüksək məsuliyyət və daimiliyi ilə fərqlənir. Onlar öz illüziyaları ilə dünyada yaşayır, öz həyatını yaxşılığa doğru dəyişmək tərəfindən ümidlər bəsləyirlər. Onlar ünsiyyətdə yüngülcə qurutəhər və formaldırlar, özləri haqda həvəssiz danışar və məsafə saxlamağa üstünlük verirlər. Onlar modanı təqib etmirlər - sərfəli, rahat geyimlərə üstünlük verirlər. Şizoidlər, yeknəsəq səsləri və rabitəsiz nitqində kobud hərəkətlərini görə bilmək olar. Adətən, mimika onlarda demək olar ki, yoxdur. Dostlar dairəsi o

PSİXOLOQLAR ÜÇÜN: VALİDEYNLƏR ÜÇÜN ANKET SORĞU

                      VALİDEYNLƏR ÜÇÜN ANKET      ( UŞAĞINIZIN EMOSİONAL VƏZİYYƏTİ NECƏDİR? )  Valideynlər üçün anket “Uşağınızın emosional vəziyyəti nədir?” (Soyadı, adı, yaşı __________________________________________) 1.      Uşağınız necə yatır? Sürətlə ; Asta ; Sizinlə oturmağı tələb edir ; Tələb edir ki, yatarkən işığı söndürməyəsiniz; 2.      Necə yatır? Möhkəm, sakit; Narahat;   Qışqırır ; Ağlayır ; Yuxuda ağlayır; 3.      Yuxudan necə oyanır ? O saat ; Dərhal yox; 4.      Hansı əhval-ruhiyyədə oyanır? Şad, sakit ; Gərgin; Kədərli, üzgün ; Göz yaşları ilə .               5  .   Uşağınız necə yemək yeyir? Həvəslə, müstəqil, tez, yemək seçmir; Könülsüz, böyüklərin köməyi ilə, yavaş-yavaş, yemək seçir.          6.      Uşağınızda qorxuya meyilli hərəkətlərini görürüsünüzmü?   Bəli ; Bəzən ; Xeyr . 7.   Əgər varsa, hansı şəraitdə hiss edirsiniz? ·         Qaranlıq otaqda; ·         Cəzalandıran zaman, qış