К основному контенту

Hörmətli valideynlər uşağınızın qarşısında müəllimləri tənqid etməyin!



Müəllif : Teymurova Esmira

MÜƏLLİMİ TƏNQİD ETMƏK NƏLƏRƏ SƏBƏB OLUR ?

 

    Son zamanlar ailələrin nəticə düşünmədən etdiyi səhvlərdən biri də övladının yanında  onun  müəllimin az ya da çox tapşırıq verməsindən, kifayət qədər şagirdlərlə maraqlanmamağından,  dərsi  yaxşı  izah  etməməyindən  şikayətlənirlər. Hətta müəllimə  işini necə qurmalı  olduğunu göstəriş verənlər də  az  deyil. Bildiyimiz  kimi, müəllim təlim – tərbiyə prosesinin ən  əhəmiyyətli  faktordur. Müəllimin davranışı,  metodikası,  problemlərə və ya şagirdlərlərə  yanaşma  üsulu dərs prosesinin  məhsuldarlığı  üçün olduqca  əhəmiyyətlidir. Bunlardan əlavə, müəllim – şagird  münasibətlərdəkində  səmimilik  də təhsilin keyfiyyəti  üçün  vacib şərtlərdən  biridir. Müəllim  şagirdin  gözündə  doğrunu bilən, yol göstərən, səhv etməyən, nümunə götürülməsi lazım olan bir insan  olmalıdır. Çünki  məktəb  şagirdlərin  ailələri  qədər  vaxt  keçirdiyi  bir  mühitdir. Bu mühitdə də daima müəllimləri ilə  dialoq  qurmaq  məcburiyyətindədirlər. Əgər müəllim  ilə şagird arasında sevgi və ya səmimi ünsiyyət  olmazsa, o zaman münasibətlərdə  müəyyən problemlər  meydana gələr.
         Ailələrin  uşaqların  yanında tez – tez  onların  müəllimlərini  tənqid  etmələri  şagirdin gözündə müəllimini  daima  tənqid  etmələri  şagirdin  gözündə  müəllimin  imicini  zədələyər. Əgər şagirdin  gözündə  müəllimini daima  tənqid  edərək  dəyərsizləşdirsəniz, artıq o, müəllimini  ciddiyə  almaz. Və  bunu tamamilə ana – ataların  sözlərinə  görə  edərlər. Daima  müəllimdə  nöqsan  axtarışında olar, öz səhvlərində belə  yalnız müəllimi günahkar  tutarlar. Bundan sonra  “ müəllim  yaxşı izah  etmir, müəllim mənimlə  maraqlanmır, müəllim  tapşırıq  vermədi, müəllim  mənim  etdiyimi  bəyənmir ” kimi  cümlələri  şagird  evdə eşitdiyi  üçün  öz  düşüncələrini  valideynlərinə  qəbul  etdirməkdə  çətinlik  çəkməz. Təbii ki, müəllimə və onun  sözlərinə  ciddi  yanaşmayan  şagirdin  olduğu  mühitdə  keyfiyyətli təhsildən, təsirli öyrətmədən və öyrənmədən  söz  belə gedə  bilməz. Çünki insanlar  dəyər verdikləri  adamların  sözlərini daha diqqətlə və məsuliyyətlə dinləyirlər. Bunu  gündəlik  həyatda da müşahidə  edə bilərsiniz. Sevdiyiniz insanların  söylədikləri  sizdə daha davamlı  təsir yaradarkən  sevmədiyiniz  və ya razılaşa bilmədiyiniz  insanların  söylədiklərini  ciddi qəbul etməz, bəzən doğru  belə olsa da  söylədiklərinə inanmazsız. Bu keyfiyyətlər  eyni ilə  kiçik uşaqlar  üçün də keçərlidir. Xüsusilə  tənqidi  düşünmə  bacarıqları  inkişaf  etmədiyi  üçün  ailələrinə  inanmaq onlar  üçün  prioritet  təşkil  edir. Bunlardan bəhs  edərkən, müəllimin  səhvlərindən  heç  danışmayın, hər söylədiyini  doğru qəbul edin,  ona  iradlarınızı bildirməyin  demirik. Səhv  etmək insana məxsusdur    müəllimlər də hər  insan kimi  səhvlər edə bilərlər.
Və ya müəllimin  işi, etdikləri sizə  yanlış gələ bilər. Əgər  ortada  valideyni  narahat  edən  səbəblər  varsa,  bunun  ən yaxşı çıxış  yolu  birbaşa  müəllimin  özü ilə  danışmaq,  məktəblə  sıx  əlaqədə  olmaqdır. Övladınızın  müəllimi ilə bağlı  mövuzlarda  fikirlərinizi yalnız  həmin  müəllimin  özü  ilə  bölüşün. Bunu  qonşunuzun, övladınızın  yanında  etməyin    müəllimə,    də sizə  heç bir faydası olmaz.  Bir davranışın  nə üçün  edildiyini  həmin  şəxsdən  soruşmaq  yerinə  başqalarının  yanında  bunu  öz anladığınız  şəkildə  şərh etməniz  yalnız  övladınızın  məktəb  həyatında  böyük  problemlərə  yol  aça bilər.
         Bu yalnız məktəb  həyatında  deyil, gündəlik  yaşamda  da belədir. Uşaqların yanında  sözlərinizə  və davranışlarınıza  hər zaman  diqqət yetirmək  məcburiyyətindəyik.  Onlar  böyüklərinin  təqlid  edərək    nümunə  götürərək  öyrənərlər. Qeybət  edən  ailənin  uşağının gələcəkdə  qeybət etməsi  və ya  kitab oxuyan  ailədə  böyüyən  bir uşağın  bol kitab  oxuması  tam normal haldır. Bəzən valideynlərin uşaqlarını öz şəxsi malı  və ya mülkü kimi dərk etməsi istənilən hər bir həyat addımında özünü göstərir. Bilməlidirlər ki, uşaq varsa  ailədə demək məsuliyyətlə böyüdüb onu  bizim cəmiyyətə təhvil verəcəklər . 

#tenqid #müellimitenqidetmek #uşaqlar #düzgünterbiye #psixoloji #meqale 

Комментарии

Популярные сообщения из этого блога

İnsanın psixotipini necə ayırd etmək olar ?

Hər kəs  psixologiya baxımından insanlara onun psixotipi nöqteyi-nəzərindən yanaşır. Müsahibinin psixotipini bilərək, dediyiniz sözlərə münasibətini və gələcək davranışı haqda onun reaksiyasını proqnozlaşdıra bilərsiniz. Bu münasibət sizi əhatə edən ətrafınıza daha sürətlə uyğunlaşmağa imkan yaradacaq. Psixoloji tiplərinin sayı təxminən 20-dən çox olsa da, ancaq 5-nə daha tez-tez rast gəlinir:   Şizoid, isteroid, epileptoid, hipertim və astenik  Təlimat : ŞİZOİD TİP-  insanlar yüksək məsuliyyət və daimiliyi ilə fərqlənir. Onlar öz illüziyaları ilə dünyada yaşayır, öz həyatını yaxşılığa doğru dəyişmək tərəfindən ümidlər bəsləyirlər. Onlar ünsiyyətdə yüngülcə qurutəhər və formaldırlar, özləri haqda həvəssiz danışar və məsafə saxlamağa üstünlük verirlər. Onlar modanı təqib etmirlər - sərfəli, rahat geyimlərə üstünlük verirlər. Şizoidlər, yeknəsəq səsləri və rabitəsiz nitqində kobud hərəkətlərini görə bilmək olar. Adətən, mimika onlarda demək olar ki, yoxdur...

TEST: "MƏNDƏ DİSLEKSİYA PROBLEMİ VARMI?"

Tədqiqatlar göstərir ki, 10 şəxsdən birində disleksiya tapılmayıb, bunlardan əksəriyyətində  hətta düzgün fikir bildirmək mümkün olmayıb. Bütün fikirlərdə bu o deməkdir ki, bu adamlar vaxtında ixtisaslı dəstək almayıb. Üstəlik, onların bəziləri üçün diaqnoz qoyulmayanlarda "gizli əlillik" var ki, hansı ki, bu da tədris mühitinin korlanmasına gətirib çıxararaq iş və zehni fəaliyyətdə özünüqiymətləndirməni aşağı salır. Hətta müasir diaqnostik üsullarla yoxlananlarda da müxtəlif aspektlərdə həyat fəaliyyətində oxu və yazı çətinlikləri ola bilər.  Aydındır ki, disleksiya yazı və oxu funksiyasının spesifik pozulması deməkdir ki, bu da intellektin aşağı və ya zəif dərəcədə olduğunu göstərmir.  Disleksiyalı çox parlaq, yaradıcı istedadlı insanlar var, amma onlar öz intellekt səviyyəsindən yuxarı oxuya və ya yaza bilməyəcəklər. Siz necə düşünürsünüz, sizdə disleksiya əlamətləri varmı? Gəlin yoxlayaq. Zəhmət olmasa, cədvəli doldurun. BÖYÜKLƏRDƏ DİSLEKSİYA ÜÇÜN...

BÖYÜKLƏR ÜÇÜN RİYAZİ RƏNGLƏMƏ-ANTİSTRESS

Şəkilli rəqəmlər böyüklər üçün də uşaqlarda olduğu kimi eyni prinsip üzrə qurulub və səbr, diqqət tələb edir.  Şəkili rəqəmlər  müxtəlif yaş qrupları üçün mövcuddur. Gözəl süjetləri, parlaq rəng və fırça ustaları əsl, peşəkar ustalıqla seçən rəngli simasız rəsmlər və dolduran zaman çıxan mənası bunu hiss etməyə  onlara kömək edəcək. İstənilən halda, rəqəmlərə görə rəngləmə  həyatı daha maraqlı və rəngarəng etməyə imkan verir. Ümumiyyətlə bu cizgi antistress adlansa da həmçinin idrak proseslərin inkişafını sürətləndirmək üçün də mükəmməl vasitədir. Aşağıda şəkilləri endirib işləyə bilərsiniz .Uğurlar sizə!