К основному контенту

“ Sənə sənət seçməkdə necə kömək etməli ? ” uşaqların üzləşdikləri problem üzrə anket sorğu

Gənclər üçün peşə seçimini etmək hər zaman çətin bir aşama olduğunu bilməyən yoxdur. Bu çətin prosesi daha da gərgin və çıxılmaz vəziyyətə salan həmçinin valideynlərdir. Onların uşaqlarına dair öz xəyalları, arzuları var. Bu təbii ki, heç də pis bir şey deyil. Lakin gözdən yayındırdıqları bəzi məsələlər var. Onlardan biri də öz keçmişlərində  bacarmadıqları, imkanlarının (istər zehni, istərsə də fiziki) yetmədiyi pillələri çətinliklə və məcburiyyətlə öz övladlarında tətbiq etmək istəyirlər. Həm də övladlarının zehni və fiziki imkanlarını nəzərə almadan. Bəzən isə başqa cür olur bu. Övladı ilə bağlı hansı peşəni seçəcəklərini bilmirlər. Çətinliklə və ya məcburiyyətlə edilən yanlış seçimlər övladları üçün uğursuzluqla nəticələnir. Bu məsələdə həm də övladın istəklərinin nəzərə alınmaması da var. Amma hər zaman çıxış yolu var. Təbii ki, çıxış yollarını gec olmadan araşdırmaq lazımdır. Övladının imkanlarını, istəklərini psixoloji testlərlə, anket sorğuları ilə də təhlil etmək mümkündür. Vaxtınızı almadan, aşağıdakı psixoloji anket sorğusu ilə yeniyetmə yaşlarındakı övladınızın sənət seçiminə yardımçı ola bilərsiniz. Testi etməzdən öncə sorğulara rahat və güvənli şəkildə cavablar yazması üçün əlverişli şərait təmin etmək lazımdır. Psixi cəhətdən yorğun olmamalı, zehni və fiziki yorğun, eyni zamanda yüksək enerjili olmamalıdır. Digər tərəfədən isə, övladınızın hansı cavablar verib-verməməsindən asılı olmayaraq sərbəst olmasına dair güvənc hissi verməlisiniz. Bu aşamadan sonra testi təqdim edə bilərsiniz. Testdən sonra isə övladınızla suallar üzərində şifahi mühakimələr yürüdə bilərsiniz. Bu test zamanı övladınızın (şagirdin) psixotipini də müşahidə edə biləcəksiniz.
Həmçinin, bu test ümumtəhsil məktəblərində psixoloji xidmət işinin təşkilində diaqnostik yoxlamalar zamanı orta məktəb psixoloqları, sinif rəhbərləri istifadə edə bilərlər.


Şagirdin adı_________________________
Soyadı____________________________
Sənə sənət seçməkdə necə kömək etməli ? ”
(IX-XI siniflər üzrə anket sorğu)
1.Sən özünə sənət seçmisənmi ?__________________________________
2.Bu sənət səni niyə cəlb edir ?
______________________________________________________________________
3.Seçdiyin sənətin mütəxəssislərini hansı təhsil ocaqları tanıyır ?
______________________________________________________________________
4.Seçdiyin sənətə yiyələnib yaxşı mütəxəssis olmaq üçün səndə hansı keyfiyyətlər var? ________________________________________________________________________________________________________________________________________
5.Seçdiyin sənətə yiyələnmək üçün hansı fənləri daha yaxşı bilmək lazımdır ?
_____________________________________________________________________
6.Seçilmiş əmək sferasında təlimata başlamaq üçün sən öz bilik səviyyəni kifayət qədər olduğunu sayırsanmı ? ____________________________________________________________________________________________________________________________________________
7. Necə düşünürsən, sənin seçimlərinə nə mane olur ? ____________________________________________________________________________________________________________________________________________
8.Öz peşə gələcəyinə hazırlaşırsanmı? (kurslara, mühazirələrə gedib məşğul olursan ?)
______________________________________________________________________
9. Sənin sənət seçiminə ən çox nə təsir edib ? (Sənətə maraq, müəllimlərin məsləhəti)
______________________________________________________________________
10. Seçdiyin sənətə valideynlərin – müəllimlərin razıdırlarmı ?
______________________________________________________________________






#psixolojitest #senetseçimi #peşeseçimi #peşenineceseçim #anketsorgu #anket #sorgu #diaqnostiktestler #testler






Комментарии

Популярные сообщения из этого блога

Nağıl terapiyası

Uşaqlar  nağılları  niyə  sevir ? Və ya valideyn, nənə - baba  uşaqlara  niyə nağıl danışmalıdır ?  Bu  çox  bəsit, adi  bir  şey  kimi  gələ  bilər, amma  mahiyyətinə  vardıqda  bir  çox  açıqlama ilə  nağıl  danışmağın nə  qədər  faydalı  olmasını  izah  etmək  olar.  Nağıl bir  terapiya  üsuludur. Nitq  inkişafı,  diqqətin  toplanması, təfəkkür , təxəyyül  formalaşır, mədəni ünsiyyət qurmasını  şərait  yaradır, müqayisələr  etməyi  bacarır, xeyir  və şər anlamlarını qavrayır. Təbii  nağılların  məzmunu  da məqsədəuyğun  şəkildə  xüsusi  olaraq  seçilməlidir. Məsələn  şiddət  üslublu  nağıllar uşağın  psixoloji ovqatına mənfi təsir edir, qorxular, aqressiya, şiddət  göstərmə  istəyi, ünsiyyət  pozğunluğu, yoldaşları  ilə  yola  gedə bilməmə, ailəsindən  uzaqlaşma  və  hətta  iştah  pozuntusu belə yaradır. Təhlükə yaradan nağıllar siyahısına   " samizdat nağıllar "  deyilir. Bəzi nağıllar da var ki, orda cəzalandırma üslubunu  görmək  olur.  Hər bir  aild

İnsanın psixotipini necə ayırd etmək olar ?

Hər kəs  psixologiya baxımından insanlara onun psixotipi nöqteyi-nəzərindən yanaşır. Müsahibinin psixotipini bilərək, dediyiniz sözlərə münasibətini və gələcək davranışı haqda onun reaksiyasını proqnozlaşdıra bilərsiniz. Bu münasibət sizi əhatə edən ətrafınıza daha sürətlə uyğunlaşmağa imkan yaradacaq. Psixoloji tiplərinin sayı təxminən 20-dən çox olsa da, ancaq 5-nə daha tez-tez rast gəlinir:   Şizoid, isteroid, epileptoid, hipertim və astenik  Təlimat : ŞİZOİD TİP-  insanlar yüksək məsuliyyət və daimiliyi ilə fərqlənir. Onlar öz illüziyaları ilə dünyada yaşayır, öz həyatını yaxşılığa doğru dəyişmək tərəfindən ümidlər bəsləyirlər. Onlar ünsiyyətdə yüngülcə qurutəhər və formaldırlar, özləri haqda həvəssiz danışar və məsafə saxlamağa üstünlük verirlər. Onlar modanı təqib etmirlər - sərfəli, rahat geyimlərə üstünlük verirlər. Şizoidlər, yeknəsəq səsləri və rabitəsiz nitqində kobud hərəkətlərini görə bilmək olar. Adətən, mimika onlarda demək olar ki, yoxdur. Dostlar dairəsi o

PSİXOLOQLAR ÜÇÜN: VALİDEYNLƏR ÜÇÜN ANKET SORĞU

                      VALİDEYNLƏR ÜÇÜN ANKET      ( UŞAĞINIZIN EMOSİONAL VƏZİYYƏTİ NECƏDİR? )  Valideynlər üçün anket “Uşağınızın emosional vəziyyəti nədir?” (Soyadı, adı, yaşı __________________________________________) 1.      Uşağınız necə yatır? Sürətlə ; Asta ; Sizinlə oturmağı tələb edir ; Tələb edir ki, yatarkən işığı söndürməyəsiniz; 2.      Necə yatır? Möhkəm, sakit; Narahat;   Qışqırır ; Ağlayır ; Yuxuda ağlayır; 3.      Yuxudan necə oyanır ? O saat ; Dərhal yox; 4.      Hansı əhval-ruhiyyədə oyanır? Şad, sakit ; Gərgin; Kədərli, üzgün ; Göz yaşları ilə .               5  .   Uşağınız necə yemək yeyir? Həvəslə, müstəqil, tez, yemək seçmir; Könülsüz, böyüklərin köməyi ilə, yavaş-yavaş, yemək seçir.          6.      Uşağınızda qorxuya meyilli hərəkətlərini görürüsünüzmü?   Bəli ; Bəzən ; Xeyr . 7.   Əgər varsa, hansı şəraitdə hiss edirsiniz? ·         Qaranlıq otaqda; ·         Cəzalandıran zaman, qış