К основному контенту

DİSLEKSİYA NƏDİR ?



Uşaqlarda oxuma və öyrənmə çətinliyi - Disleksiya nədir?
Uşaqların böyük bir qismi 1-ci sinifə başladıqdan sonra 3-4 ay ərzində oxuma-yazmağa başlayır və bu bacarıq qısa müddətdə formalaşıb, inkişaf edir. Təbii olaraq valideynlərin də gözlədiyi budur, amma təəssüf olsun ki, məktəbə yeni başlayan uşaqların təxminən 10%-i üçün bu heç də asan olmur. Bəs nədir bu problem? 
Gündəlik həyatda valideynlər uşaqlarındakı bu problemi yaddaş zəifliyi, "tənbəllik" adlandırsa da bu elmi dildə Disleksiya adlanır. 


Disleksiya ən çox rastlanan öyrənmə problemlərindən biridir. Zəka ilə heç bir əlaqəsi olmayan, bilavasitə hafizə və dil ilə əlaqədar olan Disleksiya ən geniş mənada axıcı oxuma və oxuduğunu başa düşməmə ilə özünü biruzə verən öyrənmə çətinliyidir. Disleksiyalı uşaq sahibi olan valideynləri narahat edən əsas məsələlərdən biri də uşağın zehnində inkişafın geriləməsidir. Bilmək lazımdır ki, zəka səviyyəsi yüksək olan uşaqarda da buna rast gəlmək mümkündür. Böyük alim Albert Einstein, intibah dövrünün böyük memar, heykəltaraş və rəssamı Le
onardo da Vinçi, kino ulduzu Tom Cruise, musiqiçi və kino aktyoru Cher və məhşur aşbaz və televiziya aparıcısı Jamie Oliver Disleksiyadan əziyyət çəkən məhşürlar sırasındadır.

Uşağımızın disleksiyadan əziyyət çəkdiyini necə bilmək olar?
Ümumiyyətlə bilmək lazımdır ki, erkən diaqnoz, həm uşağın inkişafında, həm də gələcəkdə alacağı təhsilin necə istiqamətlənməsində çox önəmlidir.
Məktəbəqədər yaş dövründə müşahidə olunan aşağıdakı hallar disleksiyanın əlamətləri ola bilər:
• Nitqdə geriləmə;
• Yeni sözləri öyrənməkdə çətinlik çəkmək;
• Danışarkən məzmuna ən uyğun sözü seçməkdə çətinlik çəkmək;
• Hərfləri fərqləndirməkdə çətinlik çəkmək;
• Məkan və zaman anlayışlarını qavramaqda yaranan çətinlik. 


Məktəb dövrünün ilk illərində müşahidə olunan hallar:
• Əlifba sırasını öyrənməkdə çətinlik;
• Səslərin qarşılığını olan hərflərdə çətinlik;
• Hecalamada çətinlik;
• Yazılı sözləri səsləndirmədə çətinlik;
• Yazı yazarkən çətinli, yazarkən əlavə hərflər artırmaq və tam əksi hərfləri əksik yazmaq;

Bəzən oxuma və yazmadakı çətinliyi qismən aradan qaldıra bilən uşaqlarda disleksiyanın fərqinə varmaq çətin olasa da 5-6-cı sinifə gəldikdə:
• Səsli oxumada çətinlik, sözlərin sonunu deməmə;
• Yavaş ya da səhv oxuma;
• Yazıda çox sayıda imla səhvləri (Cümlənin sonunda nöqtə qoymamaq,cümlə başındakı hərfi böyük yazmamaq və s.)
• Sözlərin doğru mənalarını bilməmək;
• Simvolları öyrənməkdə çətinlik çəkdiyi üçün riyaziyyat dərsində çətinlik çəkmək və s.

Bəs Disleksiyanın səbəbləri nə ola bilər?
Bu sual daim ailələri narahat edir. Günümüzdə müxtəlif fərziyyələr olsa da disleksiyanın səbəbləri bilinməməkdədir. Uşağınız disleksiyalıdırsa, niyə belə olduğunu deyil, bundan sonra nələr edə bilərik sualı ətrafında düşünməlisiniz. Öyrənmədə çətinlik çəkən uşaqlara qarşı zor tətbiq etməməli, onlara kömək edərkən əsəblərinizə hakim olmalı və səbirli davaranmalısınız, ən əsası mütləq bir mütəxəssisə müraciət etməlisiniz.

Mövzu barədə daha ətraflı növbəti paylaşmalarda metodik testlər vasitəsilə açıqlanacaqdır. Esmira188.blogspot.com-u  izləməkdə davam edin.


#disleksi #disleksiya #disleksiyanedir #psixologiya #psixolojimovzu #doxumaveanlama 

Комментарии

Популярные сообщения из этого блога

İnsanın psixotipini necə ayırd etmək olar ?

Hər kəs  psixologiya baxımından insanlara onun psixotipi nöqteyi-nəzərindən yanaşır. Müsahibinin psixotipini bilərək, dediyiniz sözlərə münasibətini və gələcək davranışı haqda onun reaksiyasını proqnozlaşdıra bilərsiniz. Bu münasibət sizi əhatə edən ətrafınıza daha sürətlə uyğunlaşmağa imkan yaradacaq. Psixoloji tiplərinin sayı təxminən 20-dən çox olsa da, ancaq 5-nə daha tez-tez rast gəlinir:   Şizoid, isteroid, epileptoid, hipertim və astenik  Təlimat : ŞİZOİD TİP-  insanlar yüksək məsuliyyət və daimiliyi ilə fərqlənir. Onlar öz illüziyaları ilə dünyada yaşayır, öz həyatını yaxşılığa doğru dəyişmək tərəfindən ümidlər bəsləyirlər. Onlar ünsiyyətdə yüngülcə qurutəhər və formaldırlar, özləri haqda həvəssiz danışar və məsafə saxlamağa üstünlük verirlər. Onlar modanı təqib etmirlər - sərfəli, rahat geyimlərə üstünlük verirlər. Şizoidlər, yeknəsəq səsləri və rabitəsiz nitqində kobud hərəkətlərini görə bilmək olar. Adətən, mimika onlarda demək olar ki, yoxdur...

TEST: "MƏNDƏ DİSLEKSİYA PROBLEMİ VARMI?"

Tədqiqatlar göstərir ki, 10 şəxsdən birində disleksiya tapılmayıb, bunlardan əksəriyyətində  hətta düzgün fikir bildirmək mümkün olmayıb. Bütün fikirlərdə bu o deməkdir ki, bu adamlar vaxtında ixtisaslı dəstək almayıb. Üstəlik, onların bəziləri üçün diaqnoz qoyulmayanlarda "gizli əlillik" var ki, hansı ki, bu da tədris mühitinin korlanmasına gətirib çıxararaq iş və zehni fəaliyyətdə özünüqiymətləndirməni aşağı salır. Hətta müasir diaqnostik üsullarla yoxlananlarda da müxtəlif aspektlərdə həyat fəaliyyətində oxu və yazı çətinlikləri ola bilər.  Aydındır ki, disleksiya yazı və oxu funksiyasının spesifik pozulması deməkdir ki, bu da intellektin aşağı və ya zəif dərəcədə olduğunu göstərmir.  Disleksiyalı çox parlaq, yaradıcı istedadlı insanlar var, amma onlar öz intellekt səviyyəsindən yuxarı oxuya və ya yaza bilməyəcəklər. Siz necə düşünürsünüz, sizdə disleksiya əlamətləri varmı? Gəlin yoxlayaq. Zəhmət olmasa, cədvəli doldurun. BÖYÜKLƏRDƏ DİSLEKSİYA ÜÇÜN...

BÖYÜKLƏR ÜÇÜN RİYAZİ RƏNGLƏMƏ-ANTİSTRESS

Şəkilli rəqəmlər böyüklər üçün də uşaqlarda olduğu kimi eyni prinsip üzrə qurulub və səbr, diqqət tələb edir.  Şəkili rəqəmlər  müxtəlif yaş qrupları üçün mövcuddur. Gözəl süjetləri, parlaq rəng və fırça ustaları əsl, peşəkar ustalıqla seçən rəngli simasız rəsmlər və dolduran zaman çıxan mənası bunu hiss etməyə  onlara kömək edəcək. İstənilən halda, rəqəmlərə görə rəngləmə  həyatı daha maraqlı və rəngarəng etməyə imkan verir. Ümumiyyətlə bu cizgi antistress adlansa da həmçinin idrak proseslərin inkişafını sürətləndirmək üçün də mükəmməl vasitədir. Aşağıda şəkilləri endirib işləyə bilərsiniz .Uğurlar sizə!