К основному контенту

SOSİAL BACARIQLARI DƏSTƏKLƏMƏ OYUNLARI


Uşaqlıq, onu təqib edən yeniyetməlik dövrü insanın fiziki, duyğusal  və sosial baxımından sürətlə dəyişimin göstərdiyi dönəmlərdir. Bir çox yetişkin insanların ən önəmli səhvi , uşaq və gənclərin yeniyetmələrdən tək fərqinin  yaş olduğunu düşünmək və onları “yaşı kiçik yetişkinlər” olaraq alqılayıb, uşaq və gənclik dövrlərinin özünə xas müddətlərini göz ardı etmələridir. Bu dövrlərdə sağlıqlı duyğu prosesləri və davranış qabiliyyətində dəyişikliklərinin fərqində olmaq, ortaya çıxacaq problemlərin fərq edilib həll etmə məqsədilə hərəkətə keçilməsi üçün çox önəmlidir.
Uşaqların inkişafı üçün bəlli yaş dövrlərində bəzi oyun çeşidləri vardır. Hər oyunun uşağınızın hansı sahənin inkişaf etdirməsinə yönəlik açıqlaması mövcuddur. Oyun örnəklərinə görə sizdə çeşidləndirib yeni oyunlar kəşf edə bilərsiniz. Uşaqlar oyunu və oyuncaqları istifadə edərək özlərini ifadə etmə gərəkliliyinə diqqəti yönəldir, oyunlarında xüsusi oyuncaqlar seçərək emosional mübarizələrini də yansıdan və həyatın sınağını təcrübə etməkdədirlər.

Dinləmə bacarıqlarını dəstəkləyən oyun: 
1) Kim o? (3-5 yaş)
Uşağın ən sevdiyi oyuncaqlar, onun dinləmə, dil və düşünmə bacarıqlarını inkişaf etdirməyə yardımçı olacaq.Uşağın çeşidli kuklaları və yumşaq oyuncaqları, bir stul.
Uşağınızın ən sevdiyi kuklaları və yumşaq oyuncaqları bir araya toplayın.Sonra isə uşağınızı arxası oyuncaqlara dönük bir şəkildə stulda əyləşdirin.
Oyuncaqlardan birini alın və stulun arxasını taqqıldadın.Uşağınız qapını kimin vurduğunu soruşsun. Səsinizi dəyişdirərək oyuncağın dilindən danışın və özü ilə bağlı ipucları verin.Nümunə üçün deyə bilərsiniz: “ mənəm, yumşaq yuxu dostun”. Uşağın qapını çalan oyuncağı təxmin etməsi üçün lazım gələrsə, daha çox ipucu verin.”Dostların” hamısı bitirdikdən sonra stula siz oturun və ipuclarını uşaq versin.
   2)   Kim danışır? (3-5 yaş)
Tv qarşısında keçirilən zaman ən gözəl şəkildə dəyərləndirilməsini və uşağın dinləmə, dil və düşünmə bacarıqlarının inkişafına kömək edəcək. Uşağınızla birlikdə  çox baxdığı bir TV proqramı uşağınızla izləməyə başlayın. Bir neçə dəqiqə sonra uşaqdan gözlərini yumaraq proqramı  diqqətlə dinləməsini istəyin. Hansı obrazın və ya qəhrəmanın danışdığını soruşun .Sonra isə uşağın gözünü açaraq doğru cavab verib vermədiyini görməsin izn verin Bu oyunu proqram boyunca sıra ilə oynayın. 
   3)   Qafiyə tapmacası (3-5 yaş)
Qafiyəli kəlmələri düşünmək, və bunları cümlələrin içində istifadə etmək, uşaqların dinləmə və nitq bacarıqları ilə birlikdə istiafdəsinə yardımçı olacaqdır.
  4)   Xəyal gücü
    Uşağınızı qafiyəli iki kəlmə tapmasını istəyin və bu kəlmələri istifadə edərək komik və qafiyəli cümlələr qurun. Nümunə: Uşağınız daş-baş dedisə, “buradakı mənəm daş, vurarsan ağrıyar  başım” kimi ... Daha sonra da uşağınızın bənzər şəkildə qafiyəli, komik cümlələr qurmasını istəyin.
  5)   Alqış (3-5 yaş)
Uşağınızı təqlid edəcəyi əyləncəli, ritmik alqışlar edin və uşağınızın dinləmə, düşünmə və modelləmə bacarığının inkişafına yardımçı olun.

  6)   Musiqi
Əllərinizi bəlli bir ritmlə çırpın və uşağınızdan da eynisini etməsini istəyin. Nümunə: iki qısa alqış, bir alqış, iki qısa alqış, bir alqış modelini sınaya bilərsiniz. Uşağınız bəlli bir ritm modelini bir neçə dəfə təkrarladıqdan sonra daha da çətin bir modeli sınayın ya da barmak şıqqıldatmağı da artırın. Daha sonra uşağınızın ən sevdiyi musiqiləri açın və öyrəndiyiniz ritmik alqış modellərini yenidən təkrarlamasını istəyin. Onun da sizə öyrətmək üzrə ritmik alqış modelləri yaratmasına icazə verin.
  7)   Görək, neçə dəqiqəyə hazır olacaqsan? (5-7 yaş)
Uşağınız səhərlər məktəb üçün hazırlanarkən, gecə yatmağa hazırlaşarkən və s. çox gecikirlər, sanki məsuliyyətləri yoxdur? Uşağınızın tam zamanında hazır olmasına kömək edəcək əyləncəli, və öyrədici bir yöntəmə nə deyirsiniz? Bu oyun uşağınızın inkişafına olan zaman və riyazi qavrayışlarını təcrübə etməsinə yardımçı olacaq.
  8)   Saat
Uşağınıza saatı göstərərək, saata baxmağa təşviq edin. Hər hansı bir gündə sabah, yatmağa hazırlanmaq üçün ya da sürətlə etməsini istədiyiniz hər hansı bir şey üçün normal hazırlanma vaxtını ölçün. Uşağınız daha sürətli hərəkət etməyə təşviq edin və hazırlanmasının nə qədər sürdüyünü görməsi üçün birlikdə zaman (dəqiqə) tutun.
Bəsit bir qrafik hazırlayarak vaxtları qeyd etməsinə yardımçı olun.Ertəsi gün bir öncəki günə görə daha sürətli hazırlana bilməsi üçün yollar göstərin. Baxaq saatı yenə biləcəkmi?
Oyun sonrasında müddəti qısaltmaq üçün nələr etdiyi, beləcə hər gün zaman qazandığı və qazandığı bu zamanı necə xərcləmək istədiyi kimi məsələlərdə söhbət edə bilərsiniz.

Riyazi bacarıqlarını dəstəkləyən oyun:
   9)   Əşyaları sıraya qoymaq (3-5 yaş)
Uşaqlar yaşadıqları dünyanı tanmağa çalışarkən onlara qruplar haqqında gözləntilər  etmələri  və əşyaları dəyişik kriteriyalara görə sinifləndirmələri məsələsində yardımçı olun.Beləcə uşağınıza daha böyük, daha uzun, daha ağır kimi sifətləri öyrənməyə və ətrafındakı əşyalarda bu özəllikləri gözləməyə təşviq etmiş olarsınız. Bu oyun uşağınızın düşünmə və riyazi bacarıqlarını inkişaf etməsinə yardımçı olacaq. Əşya qruplarının hər birindən bir miqdar:  Rəngli qələmlər, Xırda pullar, Çubuqlar, Ayaqqabılar, Tavalar, Çay daşları
Yuxarıdakı əşyalardan hər hansı birindən olan bir qrupu masaya düzün ya da haqqında danışa biləcəyiniz əşya qruplarını tapın. Uşaqdan bu əşyaları uzunluq, ağırlıq, ədəd və rənglərinə  görə sıralamasını istəyin. Fərqliliklər haqqında danışın və sinifləndirmə üçün bir kriteriya daha dəqiləşdirin ( nümunə: qırmızı və yuvarlak olanlar kimi rəng və şəkillərinə görə ). Uşaqlar bunu başadıqdan sonra fərqli əşyaları ağırlılığına görə sıralamasını istəyin.
   10)                     Satıcılıq (3-5 yaş)
Satıcılıq oyununun ən gözəl tərəfi uşağın evdə asanlıqla tapa biləcəyi bir çox əşyanı “sata bilməsidir”. Bu sınaq uşağın gerçək həyatda ticarətin necə işlədiyini anlamasına və eyni zamanda da yetişkin rolu oynamasına yardımçı olacaqdır. Uşaqlar satıcılıq oynadıqları zaman həm xəyal güclərini, həm də nitq, hafizə, sinifləndirmə, rəqəm bacarıqlarını istifadə edirlər.
Bu oyun uşağınızın riyazi düşünmə, bərabərləşdirmə, və rəqəm bacarıqlarının  inkişafına qatqısı olacaq. Bankalar, Jurnallar, Boş qutular, Paketlər, Oyuncaq pullar, Qələm və ya rəngli karandaş, rəsm kağızı
Uşağınızdan mətbəxin bir küncündə, dolabdakı bankalar və ya yeyəcək qutularını istifadə edərək bir dükan qurmasını istəyin. Rəsm albomu və qələmləri istifadə edərək dükanın adını göstərən plakat, qiymət etiketləri  və “özəl endirimlər”i göstərən etiketlər hazırlayın.
Uşağınız sizə və digər uşaqlara oyuncaq pullar qarşılığında mal satsın. Uşağınıza gerçək bir müştəri kimi satdığı mallar haqqında suallar verin. Sıra ilə dükün və müştəri rollarını oynayın. Başqa zamanlarda da fərqli mağazalar təşkil edin (ayaqqabı, geyim, oyuncaq mağazası, ev heyvanları mağazası və s.)
Uşağınıza satıcılıq oynamanın, oyun bitdikdən sonra oyun vasitələrini toplmağın gərəkdiyini də öyrətməyi unutmayın. 

#oyun #cocuk #uşaq #uşaqpsixoloqu #uşaqoyunları #inkişafetdiricioyunlar #korreksiya #psixologiya

Комментарии

Популярные сообщения из этого блога

Nağıl terapiyası

Uşaqlar  nağılları  niyə  sevir ? Və ya valideyn, nənə - baba  uşaqlara  niyə nağıl danışmalıdır ?  Bu  çox  bəsit, adi  bir  şey  kimi  gələ  bilər, amma  mahiyyətinə  vardıqda  bir  çox  açıqlama ilə  nağıl  danışmağın nə  qədər  faydalı  olmasını  izah  etmək  olar.  Nağıl bir  terapiya  üsuludur. Nitq  inkişafı,  diqqətin  toplanması, təfəkkür , təxəyyül  formalaşır, mədəni ünsiyyət qurmasını  şərait  yaradır, müqayisələr  etməyi  bacarır, xeyir  və şər anlamlarını qavrayır. Təbii  nağılların  məzmunu  da məqsədəuyğun  şəkildə  xüsusi  olaraq  seçilməlidir. Məsələn  şiddət  üslublu  nağıllar uşağın  psixoloji ovqatına mənfi təsir edir, qorxular, aqressiya, şiddət  göstərmə  istəyi, ünsiyyət  pozğunluğu, yoldaşları  ilə  yola  gedə bilməmə, ailəsindən  uzaqlaşma  və  hətta  iştah  pozuntusu belə yaradır. Təhlükə yaradan nağıllar siyahısına   " samizdat nağıllar "  deyilir. Bəzi nağıllar da var ki, orda cəzalandırma üslubunu  görmək  olur.  Hər bir  aild

İnsanın psixotipini necə ayırd etmək olar ?

Hər kəs  psixologiya baxımından insanlara onun psixotipi nöqteyi-nəzərindən yanaşır. Müsahibinin psixotipini bilərək, dediyiniz sözlərə münasibətini və gələcək davranışı haqda onun reaksiyasını proqnozlaşdıra bilərsiniz. Bu münasibət sizi əhatə edən ətrafınıza daha sürətlə uyğunlaşmağa imkan yaradacaq. Psixoloji tiplərinin sayı təxminən 20-dən çox olsa da, ancaq 5-nə daha tez-tez rast gəlinir:   Şizoid, isteroid, epileptoid, hipertim və astenik  Təlimat : ŞİZOİD TİP-  insanlar yüksək məsuliyyət və daimiliyi ilə fərqlənir. Onlar öz illüziyaları ilə dünyada yaşayır, öz həyatını yaxşılığa doğru dəyişmək tərəfindən ümidlər bəsləyirlər. Onlar ünsiyyətdə yüngülcə qurutəhər və formaldırlar, özləri haqda həvəssiz danışar və məsafə saxlamağa üstünlük verirlər. Onlar modanı təqib etmirlər - sərfəli, rahat geyimlərə üstünlük verirlər. Şizoidlər, yeknəsəq səsləri və rabitəsiz nitqində kobud hərəkətlərini görə bilmək olar. Adətən, mimika onlarda demək olar ki, yoxdur. Dostlar dairəsi o

PSİXOLOQLAR ÜÇÜN: VALİDEYNLƏR ÜÇÜN ANKET SORĞU

                      VALİDEYNLƏR ÜÇÜN ANKET      ( UŞAĞINIZIN EMOSİONAL VƏZİYYƏTİ NECƏDİR? )  Valideynlər üçün anket “Uşağınızın emosional vəziyyəti nədir?” (Soyadı, adı, yaşı __________________________________________) 1.      Uşağınız necə yatır? Sürətlə ; Asta ; Sizinlə oturmağı tələb edir ; Tələb edir ki, yatarkən işığı söndürməyəsiniz; 2.      Necə yatır? Möhkəm, sakit; Narahat;   Qışqırır ; Ağlayır ; Yuxuda ağlayır; 3.      Yuxudan necə oyanır ? O saat ; Dərhal yox; 4.      Hansı əhval-ruhiyyədə oyanır? Şad, sakit ; Gərgin; Kədərli, üzgün ; Göz yaşları ilə .               5  .   Uşağınız necə yemək yeyir? Həvəslə, müstəqil, tez, yemək seçmir; Könülsüz, böyüklərin köməyi ilə, yavaş-yavaş, yemək seçir.          6.      Uşağınızda qorxuya meyilli hərəkətlərini görürüsünüzmü?   Bəli ; Bəzən ; Xeyr . 7.   Əgər varsa, hansı şəraitdə hiss edirsiniz? ·         Qaranlıq otaqda; ·         Cəzalandıran zaman, qış