К основному контенту

Məktəb psixoloqunun işi və psixoloji idarəetmədə yanlış davranışlar

       
Dünya praktikasında məktəb psixoloqunun fəaliyyəti, ümumiyyətlə bütün sahələrdə psixoloji xidmət sahəsi, xüsusən də cəmiyyətin sağlam psixoloji səfərbərliyinin nizamlanmasında önəmli yeri var. Ölkəmizdə də son vaxtlar psixoloji xidmət işi və ya psixoloji yanaşma təfəkkürü əvvəlki illərdən daha çox nəzərə çarpır. Lakin bu işdə hələ tam nailiyyətlərin əldə olunması üçün məktəb psixoloqunun işini innovativ, daha təkmilləşdirilmiş şəkildə tənzimlənməsinə böyük ehtiyac var. Bəlkə fikirlər  şablon təsiri bağışlayır. Artıq bu məsələ ilə yaxından tanış olan insanların nəzərini bu fikirlər əvvəlki kimi cəlb etmir. Onlarca yazılan, deyilən problemlərdən nəticə əldə edilmədiyini düşünənlər vardır.
      Bəzən məktəb psixoloqları üçün müxtəlif kurslar təşkil edilir, bəli, müsbət addımlardan biri kimi qiymətləndirilir, amma kurs keçdikdən sonrakı proseslər izlənilmir və ya kursdan əldə edilən biliklər psixoloqlar tərəfindən istifadə edilmir. Düşünürəm bu sahənin məhz elə orta məktəb psixoloqları, özləri inkişaf etdirməli, vacib funksional missioner olduqlarını göstərməlidirlər. Müəyyən addımları məhz özləri atmalıdırlar.Bunun üçün mütləq məktəb tədbirləri fəaliyyətində əks olunan tədbirlərdə fəal, hətta aparıcı şəkildə iştirak etmələri vacibdir. 

Bu hardasa “Hər kəs mənim gördüyüm işin nə qədər vacib olduğunu artıq dərk edir; Bütün təhsil və tərbiyə prosesinin əhəmiyyətli hərəkətverici qüvvəsiyəm! ” fikirlərini təbliğ etməyə yönəlir. Şagirdlərlə psixoloji dəstək işini gücləndirmək üçün müxtəlif aktual məsələlərin müzakirəsini təşkil etmək, qrup işləri, təqdimatlar, yeri gəldikcə şagirdlərin maraq dairəsini artırmaq üçün texnoloji innovasiyadan da istifadə etmək gərəklidir. Ola bilər ki, qeyd olunan işlərin əhəmiyyətli olduğunu anlayırsınız, lakin bu prosesləri hərəkətə gətimədikcə psixoloq nüfuzunu artırmaqdan söhbət belə gedə bilməz. 
Həmçinin müəllim kolleqası ilə bərabər, dərslərin təşkilini qurmaq məqsədyönlü effekt verir. Bu baxımdan öz təcrübəmi paylaşmaq istərdim, dərsin şagirdlər tərəfindən mənimsənilməsi, mövzuya xüsusi marağı cəlb etmək, yadda saxlamanı gücləndirmək üçün istənilən fənn müəllimləri ilə hər hansı mövzunu dərs zamanı bərabər şəkildə şagirdlərə tədris etməsi maraqlı və keyfiyyətlidir. Eləcə də dərs dinləmələrdə iştirak etmək müəllim və şagirdlərin birgə ünsiyyətliliyini, əməkdaşlığını, dərsi qavrama proseslərini yaxından izləməyə imkan yaradır. Psixoloq vəzifəsinə etimadı artırmaq üçün mütləq sizə olan ehtiyacı təmin etməlisiniz. Müşahidələriniz, qeydləriniz, fikirləriniz onlar üçün həm ehtiyac halına gələcək, həm də sizin bu işə məsuluyyətiniz, onların öz peşəsinə olan məsuliyyətini artırmış olacaq.

      Psixloq üçün ən önəmli tərəfkeşlərdən biri də valideynlərdir. Valideynlərlə işləmək, onları özlərinə inandırmaq psixoloq fəaliyyətində nüfuz sahibi olmağa xidmət edir. Valideynlərlə bir neçə formatlı görüşlər təşkil edilməsi məqsədəuyğundur; istər həm fərdi görüşlər, istərsə də seminar xarakterli görüşləri, o cümlədən şagirdlərlə müxtəlif maarifləndirici mövzular üzrə qrup təqdimatlarında valideynlərin müşahidəsini təşkil etmək valideynlərin aktiv şəkildə psixoloqa olan münasibətini önəmli şəkildə dəyərli etməsinə şərait yaradacaqdır. 



Başqa bir mühüm faktorlardan biri də TN, o cümlədən BŞTİ-si tərəfindən təşkil edilən tədbirlərdə, layihələrdə iştirak edərək, öz yaradıcı fəaliyyətlərini təbliğ etmiş olarlar. Virtual sosiallaşmanı da unutmaq olmaz. Kifayət qədər tanınmış ziyalılarla virtual əməkdaşlıq etmək, təşkil edilən müxtəlif seminarlarda,görüşlərdə iştirak etməklə şəxsi inkişaflarını təmin etməlidirlər. Həmçinin zamanın tələbləri ilə ayaqlaşmalıdırlar. Özlərini məktəb hüdudları ilə çərçivələməməlidirlər. Onların işləri virtual sektordan da izlənilməlidir. Bu sektorda həm çalışdıqları məktəblə bağlı insanlar, yaşadıqları ərazinin sakinləri, həm də istənilən məkandan onlara olan münasibət dəyərləndiriləcək və tanıtdıracaqdır. Məktəb psixoloqu sosial video çarxların hazırlanmasında, gördükləri işləri paylaşılmasında, həmçinin video materiallar halında izlənilməsinə şərait yaratmaları onlar üçün çox əhəmiyyətlidir. Hətta bu görülən işləri fəaliyyət planına daxil edə bilərlər.
Məktəb psixoloqlarının yanlış davranışları nələrdir:
          Ø  Fəaliyyət planını düzgün tərtib etməmələri - ( Burada planda göstərilən işlərin qətiyyən hansısa səbəblərdən keçirməyəcəklərini bildikləri halda planda öz əksini tapması )
         Ø  Öz problemlərini hər kəslə xüsusilə tabe olduqları rəhbərlik, psixoloqlara nəzarət edən aidiyyatı qurumları yanında, hətta virtual və vizual münasibət qurduqları ilə daha çox qabartmaları; - ( Problemlər: Maddi təminolunma, təchizat, müəllimlərlə qurula bilinməyən əməkdaşlıqlar və s. kimi səbəblər)
         Ø  “Nəyimə lazım”, “Bu mənim işim deyil”, “Nə vaxta qədər” və s kimi fikirlərdən və ya düşüncələrdən çox istifadə etmələri;
           Ø  Şagirdlərlə, xüsusilə yetkinlik yaşında olan və yeniyetmələrlə psixoloji testlər işləyərkən nəticələri təhlil edib onlarla paylaşmamaları;- ( Şagirdlər nəticələri ilə tanış olmaq marağını əsas gətirərək həvəslə çalışırlar, lakin nəticələr istər fərdi, istərsə də qrup halında onlara bildirilmədikdə artıq testlər dəyərsizləşir, görülən işə etimad göstərmirlər. Bu da psixoloji testin əhəmiyyətini, o cümlədən psixoloqa olan inamın səviyyəsini aşağı salır.) 
Ø Yalnız test formasından istifadə etmələri - (Qrup təqdimatları, müzakirələr şagirdlərin psixoloqun iş funksiyasının əhəmiyyətli olmasını daha çox görməsinə imkan verir;)
Ø İbtidai siniflərdə rollu psixoloji oyunlardan ya az, ya da ümumiyyətlə istifadə etməmələri;


Ø Test, müzakirə, rollu-psixoloji oyunlar zamanı sinif müəllimi, fənn müəllimin iştirakını təmin etməmələri;
    ( Müəllimlərin iştirakı ilə şagirdini yaxından tanımasına, şagirdin davranışını, həmçinin testlə işləmə bacarığını, testə yanaşma tərzini müşahidə etməsi psixoloqa olan müraciətin əhəmiyyətini bir daha göz önünə sərmiş olur.)
       Ø  Verilən tapşırıqları icra etməkdən yayınmaları və ya maraqsız olmaları; 
       Ø  Ünsiyyət zamanı düzgün olmayan, normalardan kənar ifadələr (məişət üslubunda) işlətmələri;
  Təbii problemlər bu sahədə kifayət qədərdir. Lakin heç bir iş görmədən bu sahənin haqqını vermək də düzgün olmaz. Siz özünüzü bu sahənin peşəkarı kimi göstərməlisiniz, bu sahənin cəmiyyət üçün olduqca ehtiyac duyulan bir sahəyə çevirməli və sizinlə münasibət quran hər kəsə güvən hissini aşılamalısınız. İşinizə qiymət verməlisiniz ki, iş sizi qiymətli etsin.Və hər şeydən öncə millət üçün çalışan hər bir şəxsin, fərq etməz, hansı sahədə olursa- olsun  vicdanla öz vəzifəsini yetirmək onun borcu olmalıdır. Psixoloq da bu məsuliyyətli işin icrasında həmçinin nüfuzunu, maddi rifahını bərqərar etmək üçün sağlam şəkildə, bu kimi mənəvi-ictimai və hüquqi borcu unutmayaraq işini aparmalıdır. 

Müəllif: Esmira Teymurova 
#psioxologiya #psixoloq #mektebpsixoloqu #fealiyyetplani #mekteb #cemiyyet #aktualxeber #uşaq #uşaqpsixologiyasi #uşaqpsixoloqu #testler #psixolojitestler #rolluoyunlar #muzakire

Комментарии

Популярные сообщения из этого блога

Nağıl terapiyası

Uşaqlar  nağılları  niyə  sevir ? Və ya valideyn, nənə - baba  uşaqlara  niyə nağıl danışmalıdır ?  Bu  çox  bəsit, adi  bir  şey  kimi  gələ  bilər, amma  mahiyyətinə  vardıqda  bir  çox  açıqlama ilə  nağıl  danışmağın nə  qədər  faydalı  olmasını  izah  etmək  olar.  Nağıl bir  terapiya  üsuludur. Nitq  inkişafı,  diqqətin  toplanması, təfəkkür , təxəyyül  formalaşır, mədəni ünsiyyət qurmasını  şərait  yaradır, müqayisələr  etməyi  bacarır, xeyir  və şər anlamlarını qavrayır. Təbii  nağılların  məzmunu  da məqsədəuyğun  şəkildə  xüsusi  olaraq  seçilməlidir. Məsələn  şiddət  üslublu  nağıllar uşağın  psixoloji ovqatına mənfi təsir edir, qorxular, aqressiya, şiddət  göstərmə  istəyi, ünsiyyət  pozğunluğu, yoldaşları  ilə  yola  gedə bilməmə, ailəsindən  uzaqlaşma  və  hətta  iştah  pozuntusu belə yaradır. Təhlükə yaradan nağıllar siyahısına   " samizdat nağıllar "  deyilir. Bəzi nağıllar da var ki, orda cəzalandırma üslubunu  görmək  olur.  Hər bir  aild

İnsanın psixotipini necə ayırd etmək olar ?

Hər kəs  psixologiya baxımından insanlara onun psixotipi nöqteyi-nəzərindən yanaşır. Müsahibinin psixotipini bilərək, dediyiniz sözlərə münasibətini və gələcək davranışı haqda onun reaksiyasını proqnozlaşdıra bilərsiniz. Bu münasibət sizi əhatə edən ətrafınıza daha sürətlə uyğunlaşmağa imkan yaradacaq. Psixoloji tiplərinin sayı təxminən 20-dən çox olsa da, ancaq 5-nə daha tez-tez rast gəlinir:   Şizoid, isteroid, epileptoid, hipertim və astenik  Təlimat : ŞİZOİD TİP-  insanlar yüksək məsuliyyət və daimiliyi ilə fərqlənir. Onlar öz illüziyaları ilə dünyada yaşayır, öz həyatını yaxşılığa doğru dəyişmək tərəfindən ümidlər bəsləyirlər. Onlar ünsiyyətdə yüngülcə qurutəhər və formaldırlar, özləri haqda həvəssiz danışar və məsafə saxlamağa üstünlük verirlər. Onlar modanı təqib etmirlər - sərfəli, rahat geyimlərə üstünlük verirlər. Şizoidlər, yeknəsəq səsləri və rabitəsiz nitqində kobud hərəkətlərini görə bilmək olar. Adətən, mimika onlarda demək olar ki, yoxdur. Dostlar dairəsi o

PSİXOLOQLAR ÜÇÜN: VALİDEYNLƏR ÜÇÜN ANKET SORĞU

                      VALİDEYNLƏR ÜÇÜN ANKET      ( UŞAĞINIZIN EMOSİONAL VƏZİYYƏTİ NECƏDİR? )  Valideynlər üçün anket “Uşağınızın emosional vəziyyəti nədir?” (Soyadı, adı, yaşı __________________________________________) 1.      Uşağınız necə yatır? Sürətlə ; Asta ; Sizinlə oturmağı tələb edir ; Tələb edir ki, yatarkən işığı söndürməyəsiniz; 2.      Necə yatır? Möhkəm, sakit; Narahat;   Qışqırır ; Ağlayır ; Yuxuda ağlayır; 3.      Yuxudan necə oyanır ? O saat ; Dərhal yox; 4.      Hansı əhval-ruhiyyədə oyanır? Şad, sakit ; Gərgin; Kədərli, üzgün ; Göz yaşları ilə .               5  .   Uşağınız necə yemək yeyir? Həvəslə, müstəqil, tez, yemək seçmir; Könülsüz, böyüklərin köməyi ilə, yavaş-yavaş, yemək seçir.          6.      Uşağınızda qorxuya meyilli hərəkətlərini görürüsünüzmü?   Bəli ; Bəzən ; Xeyr . 7.   Əgər varsa, hansı şəraitdə hiss edirsiniz? ·         Qaranlıq otaqda; ·         Cəzalandıran zaman, qış