К основному контенту

MƏKTƏBƏ HAZIRLIĞIN PSİXOLOJİ-PEDAQOJİ MÜAYİNƏSİNİN APARILMASI VƏ PROTOKOLU




MƏKTƏBƏ HAZIRLIĞIN PSİXOLOJİ-PEDAQOJİ MÜAYİNƏSİNİN APARILMASI VƏ PROTOKOLU

 Uşağın soyadı, adı və atasının adı

1.  Məlumat ehtiyatı / bilik ehtiyatı /
   Uşaq bağçasına və məktəbəqədər hazırlığa gedibmi. Son səviyyə /yüksək, orta, aşağı /
2. Məktəbə münasibəti. Yekun səviyyə: yüksək, orta, aşağı
3. Nitq və təfəkkürün inkişafı. Yekun səviyyə: yüksək, orta, aşağı 
4. Obrazlı təfəkkürün inkişafı. Yekun səviyyə: yüksək, orta, aşağı 
5. Müəllimi dinləmək və onun tapşırıqlarını yerinə yetirmək bacarığı. Yekun səviyyə: yüksək, orta, aşağı 
6. İri hərəkətlərin inkişafı səviyyəsi. Yekun səviyyə: yüksək, orta, aşağı 
7. Kiçik hərəkətlərin inkişafı səviyyəsi. / Normal və aşağı /
8. Müstəqillik dərəcəsinin təyin edilməsi. 
9. Uşağın ətrafdakılarla ünsiyyəti.

Qeyd: Psixoloji nəticə



I. BİLİK EHTİYATI
1. Adın nədir ?
2. Neçə yaşın var? 
3. Valideynlərinin adı nədir ?
4. Yaşadığın yerin adını, ünvanını de.
5. Hansı ev heyvanlarını, hansı vəhşi heyvanları tanıyırsan ?
6. Ağaclar nə vaxt yarpaqlayır ?
7. Yağışdan sonra yerdə nə qalır ?
8. Gündüz gecədən nə ilə fərqlənir ?
    Düzgün cavab " + ", səhv cavab " - " qoyulur,
2 ev heyvanı, 2 vəhşi heyvan adı çəkirsə " + ", Yazda qışda +
Palçıq su +
Gündüz - günəş, işıq; gecə - qaranlıq ay +
7-8 bal yüksək 
5-6 bal orta 
4-dən aşağı bal hazırlıq səviyyəsi aşağı hesablanır.

II. MƏKTƏBƏ MÜNASİBƏT.

1. Məktəbə getmək istəyirsənmi ?
2. Necə fikirləşirsən məktəbdə maraqlı nə olacaq ?
3. Səncə necə oxumaq yaxşıdır ?
    Evdə ananla, məktəbdə müəllimlə ?
         I. Bəli +
         II. Yaxşı oxuyacağam +
         III. Müəllimlərlə +
hər 3 + olarsa yüksək
      2+ olarsa orta
      1+ olarsa aşağı səviyyədir.


III. NİTQ VƏ TƏFƏKKÜRÜN İNKİŞAFI.

1. Tofiq kitabı oxuyandan sonra kinoya getdi.
          Tofiq əvvəlcə nə etdi? 
          Kinoya baxdı ?
          Yoxsa kitab oxudu ?
2. Stolun üstünə çoxlu karandaş tökürük. Şagirdə deyirik ki, əvvəlcə karandaşları yığ və ya qutuya qoy.
          İndi karandaşlar haradadır ?
          Sən onları haradan götürdün ?
 3. İsimlərin cəmə görə dəyişməsi.
İndi mən sənə bir əşya bildirən söz deyəcəyəm. Onları elə dəyiş ki, bir çox əşya bildirən söz alınsın. Məs: stol-qələm, pəncərə, kitab, ulduz və s.
4. Şəkil üzrə hekayə.
Uşağın qarşısına 4 şəkil qoyulur. Şəkildən I-də oğlan yuxudan oyanr. 2-də yuyunur, 3-də səhər yeməyi yeyir, 4-də məktəbə gedir.Şəkillər qarışıq düzülür. Uşağa tapşırıq verilir ki, şəkilləri düzgün sıra ilə yığ və hekayə danış.
50%-dən yuxarı "+" alınarsa, uşa məktəbə hazırdır.

IV. OBRAZLI TƏFƏKKÜRÜN İNKİŞAFI.

1  1.     Hissələrdən ibarət şəkillərin yğılması;
2.     İnsan şəklinin çəkilməsi;
1-ci şəkil düzgün yığılırsa “+”, yığılmazsa “-” işarəsi qoyulur.
2-ci tapşırıqda əgər insan şəklində 7 əsas hissə varsa və 3-dən az olmayaraq 2-ci detallar varsa ”+”, 5-də əsas hissə təsvir edilmişsə “-” işarəsi qoyulur.

V. MÜƏLLİMİ DİNLƏMƏK VƏ ONUN TAPŞIRIQLARINI YERİNƏ YETİRMƏK BACARIĞI

          Bu tapşırıq üçün qrafik imla verilir. Sol tərəfdən 3 dama buraxaraq 3 nöqtə qoyulur. Şagirdə sağ, sol, yuxarı, aşağı anlayışlarını izah etmək. Şagirdə deyilir diqqətlə qulaq as. Sənə hansı damadan, neçə dama xətt çəkmək tapşırığı verirəm, Karandaşı nöqtə üzərinə qoy. I dama saga, I dama yuxarı, I dama aşağı, I dama sola və s. 2-3 nöqtələr üçün təkrar demək.

VI. İRİ HƏRƏKƏTLƏRİN İNKİŞAFI.

       Uşağa tapşırıq veririk ki, get əşyanı götür gəl. Uşaq gedib qayıdınca hərəkətlərini, yerişini müşahidə edirik. Uşağın hərəkətləri normaldırsa, normal yeriyirsa + yüksək hazırlıq dərəcəsi var. Hərəkət zamanı artıq hərəkətlərin olması, yerişin əsəbi olması, ləng olması, hərəkətlərinin koordinasiyasının pozulması - aşağı hazırlıq dərəcəsi sayılır.

VII. KİÇİK HƏRƏKƏTLƏRİN İNKİŞAFI.

       Uşağın qarşısına kağız qoyulur və karandaş verilir. Sən maşını elə sürməlisən ki, yolun kənarına çıxmayasan. Karandaşı kağızdan qaldırsan belə çıxır ki, sənin maşının uçdu.
Eni 1.5 sm olmalıdır
Şagird bu xətti çəkməlidir.

VIII. MÜSTƏQİLLİK DƏRƏCƏSİNİN TƏYİN EDİLMƏSİ.

       Bu tapşırığın cədvəli V bölmə ilə eynidir. Şagirdə deyirik ki, xətləri təkrar et.Şagird V bölməni təkrar edirsə, müstəqillik dərəcəsi yoxdur. Yeni naxış alıbsa, müstəqillik dərəcəsi yaxşıdır.
       Yüksək səviyyə o vaxt müəyyən edilir ki, hər 2 naxış  tapşırığa uyğun yerinə yetirilib. Onlardan 1-də 1 və ya 2 səhv buraxılıb. Orta səviyyə hər 2 naxışa müvafiqdir. 3-4 səhv var. Aşağı səviyyə tapşırığa uyğun deyilsə.


IX. UŞAĞIN ADAMLARLA ÜNSİYYƏTİ.

      Müşahidə yolu ilə aparılır. Valideynlərlə, müəllimlərlə necə ünsiyyətə girir və s.
QEYD: Pis eşidir, pis görür, solaxaydır


PSİXOLOJİ NƏTİCƏ 

          Əgər uşaq hazırlıq dərəcəsi göstərmişsə, bu formada qeyd olunur :
UŞAQ MƏKTƏB TƏLİMİNƏ YÜKSƏK PSİXOLOJİ HAZIRLIQ DƏRƏCƏSİNƏ MALİKDİR.

 PSİXOLOJİ MÜAYİNƏ PROTOKOLU

Uşağın soyadı, adı ____________________________________________________
Doğulduğu il ____________________    Uşaq bağçası________________________

   №
Suallar
Yekun səviyyə
Yüksək
Orta
Aşağı
 .
Bilik ehtiyatı



2.
Məktəbə münasibəti



3.
Təfəkkür və nitq inkişafı



4.
Obrazlı təsəvvürlərin inkişafı



5.
Müəllim tapşırığını dinləmək və yerinə yetirmək



6.
Tədris prosesində müstəqillik dərəcəsi



7.
Ətraf adamlarla ünsiyyəti



8.
Kiçik hərəkətlərin inkişafı



9.
İri hərəkətlərin inkişafı



10.
Qeyd.



11.
Psixoloji nəticə






















Комментарии

Популярные сообщения из этого блога

Nağıl terapiyası

Uşaqlar  nağılları  niyə  sevir ? Və ya valideyn, nənə - baba  uşaqlara  niyə nağıl danışmalıdır ?  Bu  çox  bəsit, adi  bir  şey  kimi  gələ  bilər, amma  mahiyyətinə  vardıqda  bir  çox  açıqlama ilə  nağıl  danışmağın nə  qədər  faydalı  olmasını  izah  etmək  olar.  Nağıl bir  terapiya  üsuludur. Nitq  inkişafı,  diqqətin  toplanması, təfəkkür , təxəyyül  formalaşır, mədəni ünsiyyət qurmasını  şərait  yaradır, müqayisələr  etməyi  bacarır, xeyir  və şər anlamlarını qavrayır. Təbii  nağılların  məzmunu  da məqsədəuyğun  şəkildə  xüsusi  olaraq  seçilməlidir. Məsələn  şiddət  üslublu  nağıllar uşağın  psixoloji ovqatına mənfi təsir edir, qorxular, aqressiya, şiddət  göstərmə  istəyi, ünsiyyət  pozğunluğu, yoldaşları  ilə  yola  gedə bilməmə, ailəsindən  uzaqlaşma  və  hətta  iştah  pozuntusu belə yaradır. Təhlükə yaradan nağıllar siyahısına   " samizdat nağıllar "  deyilir. Bəzi nağıllar da var ki, orda cəzalandırma üslubunu  görmək  olur.  Hər bir  aild

PSİXOLOQLAR ÜÇÜN: VALİDEYNLƏR ÜÇÜN ANKET SORĞU

                      VALİDEYNLƏR ÜÇÜN ANKET      ( UŞAĞINIZIN EMOSİONAL VƏZİYYƏTİ NECƏDİR? )  Valideynlər üçün anket “Uşağınızın emosional vəziyyəti nədir?” (Soyadı, adı, yaşı __________________________________________) 1.      Uşağınız necə yatır? Sürətlə ; Asta ; Sizinlə oturmağı tələb edir ; Tələb edir ki, yatarkən işığı söndürməyəsiniz; 2.      Necə yatır? Möhkəm, sakit; Narahat;   Qışqırır ; Ağlayır ; Yuxuda ağlayır; 3.      Yuxudan necə oyanır ? O saat ; Dərhal yox; 4.      Hansı əhval-ruhiyyədə oyanır? Şad, sakit ; Gərgin; Kədərli, üzgün ; Göz yaşları ilə .               5  .   Uşağınız necə yemək yeyir? Həvəslə, müstəqil, tez, yemək seçmir; Könülsüz, böyüklərin köməyi ilə, yavaş-yavaş, yemək seçir.          6.      Uşağınızda qorxuya meyilli hərəkətlərini görürüsünüzmü?   Bəli ; Bəzən ; Xeyr . 7.   Əgər varsa, hansı şəraitdə hiss edirsiniz? ·         Qaranlıq otaqda; ·         Cəzalandıran zaman, qış

İnsanın psixotipini necə ayırd etmək olar ?

Hər kəs  psixologiya baxımından insanlara onun psixotipi nöqteyi-nəzərindən yanaşır. Müsahibinin psixotipini bilərək, dediyiniz sözlərə münasibətini və gələcək davranışı haqda onun reaksiyasını proqnozlaşdıra bilərsiniz. Bu münasibət sizi əhatə edən ətrafınıza daha sürətlə uyğunlaşmağa imkan yaradacaq. Psixoloji tiplərinin sayı təxminən 20-dən çox olsa da, ancaq 5-nə daha tez-tez rast gəlinir:   Şizoid, isteroid, epileptoid, hipertim və astenik  Təlimat : ŞİZOİD TİP-  insanlar yüksək məsuliyyət və daimiliyi ilə fərqlənir. Onlar öz illüziyaları ilə dünyada yaşayır, öz həyatını yaxşılığa doğru dəyişmək tərəfindən ümidlər bəsləyirlər. Onlar ünsiyyətdə yüngülcə qurutəhər və formaldırlar, özləri haqda həvəssiz danışar və məsafə saxlamağa üstünlük verirlər. Onlar modanı təqib etmirlər - sərfəli, rahat geyimlərə üstünlük verirlər. Şizoidlər, yeknəsəq səsləri və rabitəsiz nitqində kobud hərəkətlərini görə bilmək olar. Adətən, mimika onlarda demək olar ki, yoxdur. Dostlar dairəsi o