К основному контенту

Pişiklər müalicə edir ?


     Pişiklə müalicə "Felinoterapiya" adlanır və bu, lap qədimdən məlumdur. Bunu Hippokrat da xatırlatmışdı. Bir çox ölkələrdə bu "dərmana" müraciət edən az deyil. bizim ölkədə pişiklərə sevimli, pozitiv duyğu ilə yanaşıb evlərində, həyətlərində saxlayan insanlar var, lakin onun müalicəvi olmasından bixəbərik. Müasir təbabət belə bir müalicə üsuluna ehtiyatlı münasibət bildirib. Lakin hər şeyi Londonda baş verən hadisə alt-üst etdi.
Bir dəfə eksperiment aparılan labaratoriyaya bir pişik daxil oldu. Heyvan öz-özünə gəzişməyə başlayanda, cərəyanın aşağı tezliyində işləyən generatorda birdən bütün "datçik"lər közərməyə başladı. Əvvəlcə biz məhz nəyin baş verdiyini başa düşmədik, - deyə institutun əməkdaşlarından biri söyləmişdi. Lakin pişik hər dəfə içəri girəndə vəziyyət dəyişirdi.Onda biz belə qərara gəldik ki, onun elektromaqnit sahəsini ölçək. Sən demə, pişik bahalı generatordan daha güclü aşağı tezlikli cərəyan verirmiş. Beləliklə, institutda xroniki soyuqlama xəstəliyini aşağı tezlikli cərəyanın köməkliyi ilə müalicə metodu işlənib hazırlandı."Datçik"in pişiyə qarşı olan reaksiyasını yadda saxlayan alimlər könüllü xəstələri 2 qrupa ayırdılar.
 
Onların bir qismini aşağı tezlikli cərəyanın köməyi ilə müalicə etməkdə davam etdilər, digər qrupa mənsub olan xəstələrin hamısı sağaldığı halda, xəstə nahiyyələri üzərində pişiyi oturtdular. Bir aydan sonra alimlər eksperimentin nəticələrini müqayisə etdilər. Pişiyin köməyi ilə müalicə olunan xəstələrin hamısı sağaldığı halda, ikinci qrupa mənsub olan xəstələrin demək olar ki, yarısı hələ müalicə olunmamış qalmışdı. Məlum oldu ki, pişik müasir generatorlardan 5 dəfə artıq qüvvəyə malik olmaqla, cərəyanın aşağı tezliyi vasitəsilə soyuqdəymənin müalicəsində toxumaların canlanması və qan dövranın yaxşılaşması prosesində daha yaxşı təsir göstərir. Bu versiyanı  Amerika alimləri də apardıqları tədqiqat vasitəsilə təsdiqlədilər. Pişik həvəskarları ürək-damar xəstəliklərindən 3 dəfə az əziyyət çəkirlər. Bu adamlarda xərçəng xəstəliyi riski isə 30 faiz aşağıdır. 

     Şimali Karolinada (ABŞ) heyvanların tədqiqatı ilə bağlı institutdan isə başqa açıqlama verilib. Burada tədqiqatçılar pişiyin səsini tədqiq ediblər və bunun nəticəsində məlum olub ki, pişiyin xoruldaması çox effektli müalicə vasitəsidir.  Bu təsir ultrasəs terapiya ilə analoji təsirə malikdir. Onun insana da təsiri çox güclüdür. Bu təsir insanın əsəb sisteminə də faydalı təsir edir. Tədqiqatlar müəyyən ediblər ki, pişik xorultusunun 27 hersdən 44 hersə qədər olan səs diapazonu sümükləri 20 faiz möhkəmlədir. 
     Berlin Herontologiya İnstitutunda pişiyin insan həyatına müsbət təsiri ilə bağlı tədqiqat aparılıb. Nəticədə məlum olub ki, kimin evində pişik varsa, o orta hesabla 10,3 il artıq ömür sürmə imkanına malikdir. Pişiyi olmayanlar isə bu baxımdan bir çox problemlə üzləşirlər. Pişiyi olan şəxslərdə qan təzyiqi normal qaydadadır, infarkt amillərindən biri sayılan qanda xolesterinin tərkibi isə nəzərə çarpacaq dərəcədə aşağıdır. Elə bu baxımdan da təbii müalicə üsulu bütün dünyada geniş yayılmağa başladı.  İngiltərədə pişiyi hətta aptekdən almaq mümkündür. 

      Pişiklər öz sahiblərinin azarladığnı səhvsiz başa düşürlər. Pişiklər sahibləri ağır xəstə olduqları zaman onlarla oynamır,  uzun-uzadı olaraq, onların yanında uzanır, xoruldayır və dırnaqları ilə masaj edirlər. Bir sözlə, sahiblərinə kömək etməyə çalışırlar. onların sahibləri infarkt, insult keçiribsə və ya ağır əməliyyata məruz qalıbsa, pişiyi ondan ayrılmayaraq, bütün vaxtı uzanıb xəstənin yanında qalır. Tədqiqatçılar pişiyin xüsusi energetikaya malik olduğunu qeyd edirlər. Onun televizorun qarşısında, soyuducunun, komuterin yanında uzanmağı sevməsi də maraqlıdır. Onlar əsasən, mənfi elektromaqnit dalğalar verən cihazların qarşısını özlərinə yer seçirlər. Bu dalğalar nə qədər güclüdürsə, pişik üçün o qədər xoşdur. Onun energetik sistemi mənfi şüalanmanı tələb edir. İnsanda hu dalğalar pataloji proseslər əmələ gətirərək, zəiflədir. Belə xəstəliklərdən qurtulmaq üçün biz energetik sistemimizi tarazlamalıyıq. Bunu elə pişiklərin özləri də aşağı tezlikli elektrik sahələri ilə edirlər və özləri də eyni zamanda, energetik qida alır. Pişik insanın neqativ duyğusunu hiss edərək, onun bədəninin məhz həmin yerə can atır və bu çatışmazlığı sanki "doldurmağa başlayır". Belə bir seans zamanı pasiyentin yalnız mənfi energetikası itmir, o, üstəlik, bir çox xəstəliklər zamanı faydalı olan müsbət enerji ilə qidalanır. Əgər pişik bir neçə ailə üzvü ilə bərabər yaşayırsa, o bu adamların birini və ya ikisini müalicə edir.Pişiklə müalicəyə başlamazdan əvvəl mütləq onunla pozitiv kontakt qurulmalıdır. 

Məsələn, ona yemək verməzdən əvvəl onu mehribanlıqla oxşamaq daha yaxşıdır. Əgər pişik dərhal sizin yanınıza qaçırsa, belə hesab etmək oıar ki, onunla sizin aranızda arzu etdiyiniz  kontakt yaranıb və pişik ona olan müraciətinizi qəbul edəcək.
     Pişiklə müalicənizin mümkünlüyü qeyd edən mütəxəssislər bildirir ki, hər xəstəliyin müalicəsi üçün müəyyən edilmiş saatlar var. Belə ki, 03.00-dan 05.00-a qədər bronxların müalicəsi əlverişli vaxtdır. Mədə-bağırsaq xəstəlikləri üçün isə 05.00-dan 07.00 münasib vaxtdır. Ürək-damar xəstəlikləri üçün "həkim"ə saat 11.00-dan 13.00-a qədər müraciət etmək lazımdır. Yorğunluğu isə yalnız acşam saatlarında götürmək olar. Pişiyin müalicəvi təsirə malik olmasından ötrü onun lap körpə vaxtlarından evinizdə böyütmək lazımdır.
#felinoterapiya #felino #pişikler #pishiklemualice #terapiya #saglamliq

Комментарии

Популярные сообщения из этого блога

Nağıl terapiyası

Uşaqlar  nağılları  niyə  sevir ? Və ya valideyn, nənə - baba  uşaqlara  niyə nağıl danışmalıdır ?  Bu  çox  bəsit, adi  bir  şey  kimi  gələ  bilər, amma  mahiyyətinə  vardıqda  bir  çox  açıqlama ilə  nağıl  danışmağın nə  qədər  faydalı  olmasını  izah  etmək  olar.  Nağıl bir  terapiya  üsuludur. Nitq  inkişafı,  diqqətin  toplanması, təfəkkür , təxəyyül  formalaşır, mədəni ünsiyyət qurmasını  şərait  yaradır, müqayisələr  etməyi  bacarır, xeyir  və şər anlamlarını qavrayır. Təbii  nağılların  məzmunu  da məqsədəuyğun  şəkildə  xüsusi  olaraq  seçilməlidir. Məsələn  şiddət  üslublu  nağıllar uşağın  psixoloji ovqatına mənfi təsir edir, qorxular, aqressiya, şiddət  göstərmə  istəyi, ünsiyyət  pozğunluğu, yoldaşları  ilə  yola  gedə bilməmə, ailəsindən  uzaqlaşma  və  hətta  iştah  pozuntusu belə yaradır. Təhlükə yaradan nağıllar siyahısına   " samizdat nağıllar "  deyilir. Bəzi nağıllar da var ki, orda cəzalandırma üslubunu  görmək  olur.  Hər bir  aild

İnsanın psixotipini necə ayırd etmək olar ?

Hər kəs  psixologiya baxımından insanlara onun psixotipi nöqteyi-nəzərindən yanaşır. Müsahibinin psixotipini bilərək, dediyiniz sözlərə münasibətini və gələcək davranışı haqda onun reaksiyasını proqnozlaşdıra bilərsiniz. Bu münasibət sizi əhatə edən ətrafınıza daha sürətlə uyğunlaşmağa imkan yaradacaq. Psixoloji tiplərinin sayı təxminən 20-dən çox olsa da, ancaq 5-nə daha tez-tez rast gəlinir:   Şizoid, isteroid, epileptoid, hipertim və astenik  Təlimat : ŞİZOİD TİP-  insanlar yüksək məsuliyyət və daimiliyi ilə fərqlənir. Onlar öz illüziyaları ilə dünyada yaşayır, öz həyatını yaxşılığa doğru dəyişmək tərəfindən ümidlər bəsləyirlər. Onlar ünsiyyətdə yüngülcə qurutəhər və formaldırlar, özləri haqda həvəssiz danışar və məsafə saxlamağa üstünlük verirlər. Onlar modanı təqib etmirlər - sərfəli, rahat geyimlərə üstünlük verirlər. Şizoidlər, yeknəsəq səsləri və rabitəsiz nitqində kobud hərəkətlərini görə bilmək olar. Adətən, mimika onlarda demək olar ki, yoxdur. Dostlar dairəsi o

PSİXOLOQLAR ÜÇÜN: VALİDEYNLƏR ÜÇÜN ANKET SORĞU

                      VALİDEYNLƏR ÜÇÜN ANKET      ( UŞAĞINIZIN EMOSİONAL VƏZİYYƏTİ NECƏDİR? )  Valideynlər üçün anket “Uşağınızın emosional vəziyyəti nədir?” (Soyadı, adı, yaşı __________________________________________) 1.      Uşağınız necə yatır? Sürətlə ; Asta ; Sizinlə oturmağı tələb edir ; Tələb edir ki, yatarkən işığı söndürməyəsiniz; 2.      Necə yatır? Möhkəm, sakit; Narahat;   Qışqırır ; Ağlayır ; Yuxuda ağlayır; 3.      Yuxudan necə oyanır ? O saat ; Dərhal yox; 4.      Hansı əhval-ruhiyyədə oyanır? Şad, sakit ; Gərgin; Kədərli, üzgün ; Göz yaşları ilə .               5  .   Uşağınız necə yemək yeyir? Həvəslə, müstəqil, tez, yemək seçmir; Könülsüz, böyüklərin köməyi ilə, yavaş-yavaş, yemək seçir.          6.      Uşağınızda qorxuya meyilli hərəkətlərini görürüsünüzmü?   Bəli ; Bəzən ; Xeyr . 7.   Əgər varsa, hansı şəraitdə hiss edirsiniz? ·         Qaranlıq otaqda; ·         Cəzalandıran zaman, qış