К основному контенту

Obsessiv - Kompulsiv Pozuntu Nədir (OKP)?, Göstəriciləri / Başvermə səbəbləri / Müalicə Yolları Nələrdir ?

Çağımızın ən sıx rastlanan xəstəliklərindən biri də obsessiv - kompulsiv pozuntu  yəni asılılıq xəstələyidir. Ümumilikdə bir əndişə (təşviş) pozğunluğu olaraq adlandırılan bu xəstəliyin səbəbləri, əlamətləri, çeşidləri və müalicə yolları yazımızda izah olunmuşdur.
Həyəcanlılıq və psixoloji rahatsızlıqlar tibbi xəstəliklər içərisində  baş etməsi olduqca çətin durumlardır. Çünki bu rahatsızlıqlıqlarda insanın hər hansı bir yeri ağrımaz, yara salmaz, əməliyyat gərəkdirməz. Fəqət yaşam keyfiyyətini aşağı salar, insanı bədbinliyə və rahatsızlığa sürükləyər. Müalicəsi isə səbr və uzun bir müddət tələb edir.
Təşviş doğuran xəstəliklərdən biri də obsessiv – kompulsiv pozuntudur (OKP).

Obsessivlik xəstəliyi olan insanlar, əllərindəki bir mövzunu açıqlığa qovuşdurmadan, çözümədən rahat etməzlər və bu durumu yuxularına qədər daşıyarlar. Belə insanlar məsuliyyətsiz ola bilmirlər.
Obsessiv– kompulsiv pozuntu daha öncələri çok nadirən görülməkdə idi. Ancaq aparılan araşdırmalar bu rahatsızlığın görülmə faizində son illərdə böyük artım olduğunu göstərməktədir. Özəlliklə əhalinin sıx olduğu şəhərlərdə hər 100 adamdan  2 – 3 nəfərinin obsessiv – kompulsiv pozğunluq yaşadığı bilinməkdədir.
Əsasən yeniyetməlik (ərgənlik )çağında və ya 20 yaşlarında görülən bu xəstəlik, qadınlarda daha sıx rastlanarkən, kişilərdə nadir də olsa erkən yaşlarda görülə bilməkdədir.

Obsessiv – Kompulsiv Pozğunluq Nədir?

 Obsessiv – Kompulsiv pozğunluq yəni asılılıq xəstəliyi təşviş (anxiety) sindromlu bir xəstəlikdir. Sanki insanı  düşüncə və davranışlar təkrarlanma halqasına həbs edər. Sürəkli bir tədirginlik, şübhə və rahatsızlıq halının  olduğu bir xəstəlikdir.

 

Ən Sıx Görülən Obsessivlik Çeşidləri

 

  • Təmizlik düşkünlüyü: Belə insanlarda təmizlik düşkünlüyü vardır. Bəlli bir sahənin təmizliyi ya da fərdi təmizlikləri barədə problemləri vardır.
  • Şübhə düşkünlüyü: Belə insanlar, qarşılarındakı insanlardan sürəkli şüpbhə duyma halindadırlar. Güvən problemi yaşarlar.
  • Səliqə düşkünlüyü: Səliqə-sahmanlı olan insanlar, yaşadıqları ortamda hər daim düzən istərlər. Əyri duran, assimmetrik görünən, yerində durmayan obyektlər (əşyalar) insanlarda gərginliyə nədən olur.
  • Təcavüzkarlıq düşkünlüyü: İnsanlar sürəkli olaraq bir gərginlik, sərt cavablar vermə, fiziki olaraq hücuma keçmək durumunda olurlar.
  • Dini düşkünlük: Din barəsində düşkün insanlar, əks düşüncələrə qarşı aşırı təpki verirlər. Günlük həyatlarını aşırı məhdud və problemli keçirirlər.
  • Sayma düşkünlüyü: İnsanlar sürəkli olaraq saymaq istərlər. Dirəkləri, stol üzərindəki əşyaları, rəfdəki kitabları və.s Və bu sayma ardıcıllığına müdaxilə edildiyində anında təcavüzkarlaşırlar.

Kompulsiv  Nədir?

  Asılılığı olan insanlar sıxıntılarını yox etmək üçün bəzi uyğun olmayan və özlərini əngəlləyə bilmədikləri, özlərinin də absurd bildikləri hərəkətləri edərlər. Sürəkli edilən, qəlibləşmiş, heç bir məqsədi və nəticəsi olmayan, insana kef ve ya başqa olumlu bir hiss verməyən davranışların bütünüdür.

Obsessiv Düşüncələrdən Bəziləri

 Obsessiv insanlar sağlıqlı insanlardan fərqli olaraq sürəkli bir tədirginlik və rahatsızlıq halında olarlar. Bu da  insanların narahat (rahatsız) hiss etməsinə yol açan bəzi düşüncələr;

  • Sevdiklərimin, ailəmin başına pis bir şey gələrsə?
  • Sevdiyim insanlara zərər verə bilərəmmi?
  • Dua əsnasında istəmədən  olaraq Allaha küfr edirəm.
  • Yolda ya da çöldə təmas etdiyim insanlardan mənə mikrob keçə bilərmi?
  • Maşını divara çarpmaq içimdən keçir.
  • Ocağı söndürməyi də, ütünü cərəyandan ayırmağı da unutmuş ola bilərəm.

Obsessiv – Kompulsiv Pozğunluğun Əlamətləri Nələrdir?

Bəzi xəstələrdə xəstəlik həm obsessiv, həm də kompulsivlikləri ilə bərabər görülür. Ancaq qısa müddətdə kontrol altına alına bilər. Belə durumlarda bu insanlar (məktəbdə) topluluq içində xəstəliklərini gizləyə bilirlər. Şiddət artdıqca xəstəlik insanların günlük yaşamını zorlaşdırmağa başlayar. Asılılıqları yönündə yaşamağa başlarlar və beləcə toplum içində olmaqdan çətinlik çəkərlər. Xəstəlik bəzi durumlarda; depressiya, yemə-içmə pozuntuları, diqqət əksikliyi ilə birlikdə görülür. Bu şəkildə ilərləyən xəstəliklər illər keçdikdən sonra müalicə edilə bilmə şansı əldə edirlər. Durumun bir xəstəlik dərəcəsində olduğu çox gec fərq edilir.

Obsessiv – Kompulsiv Pozğunluğun Səbəbləri

Bu xəstəliyin altında yatan səbəblər hələ araşdırma aşamasındadır. Bəzi mütəxəssislərə  görə xəstəliyin, beyin bölgəsində olan duyğu duyumu və şüuraltı kontrolundakı bəzi səbəblərdə ola biləcəyi düşünülməkdədir. Bunlar arasında uşaqlıq çağında yaşanan travmalar, insanın özəllikləri və genetik törəmə yer almaqdadır.

Obsessiv – Kompulsiv Pozğunluğun Müalicəsi Necə Aparılır?

 Xəstəlik erkən dönəmlərdə diaqnoz qoyulması halında psixoterapiya və dərman dəstəyi ilə birlikdə qısa müddətdə və təsirli olaraq müalicə edilə bilir. Müalicələrdə xəstə qorxduğu, təhəmmül edə bilmədiyi bir duruma, nəsnəyə ya da düşüncəyə məruz buraxıla bilir. Günümüzdə aparılmış son çalışmalara görə serotonin üzərində təsiri olan dərmanların, obsessivik barəsində də faydalı olduğu və əlamətləri önəmli dərəcədə azaltdığı fərq edilmişdir. Klomipramin, fluvoksamin, sertralin kimi dərmanların hamısı obsessiv – kompulsiv pozğunluğu durumlarının müalicələrində istiafdəsinə keçmişdir. Xəstəliyin dərmanla və psixoterapiya ilə müalicəsi asanlıqla mümkündür, amma əlbəttə hər xəstəlikdə olduğu kimii gecikmələr mənfi təsir göstərir. Bu səbəblə əgər obsessiv olduğunuzu düşünmənizə səbəb olan bir durum varsa; təcili olaraq bir psixiatr mərkəzlərinə baş vurmalısınız.

QEYD : Dərmanlar psixiatr həkim, psixoterapvetlərin icazəsi ilə istifadə edilməlidir.

Комментарии

Популярные сообщения из этого блога

İnsanın psixotipini necə ayırd etmək olar ?

Hər kəs  psixologiya baxımından insanlara onun psixotipi nöqteyi-nəzərindən yanaşır. Müsahibinin psixotipini bilərək, dediyiniz sözlərə münasibətini və gələcək davranışı haqda onun reaksiyasını proqnozlaşdıra bilərsiniz. Bu münasibət sizi əhatə edən ətrafınıza daha sürətlə uyğunlaşmağa imkan yaradacaq. Psixoloji tiplərinin sayı təxminən 20-dən çox olsa da, ancaq 5-nə daha tez-tez rast gəlinir:   Şizoid, isteroid, epileptoid, hipertim və astenik  Təlimat : ŞİZOİD TİP-  insanlar yüksək məsuliyyət və daimiliyi ilə fərqlənir. Onlar öz illüziyaları ilə dünyada yaşayır, öz həyatını yaxşılığa doğru dəyişmək tərəfindən ümidlər bəsləyirlər. Onlar ünsiyyətdə yüngülcə qurutəhər və formaldırlar, özləri haqda həvəssiz danışar və məsafə saxlamağa üstünlük verirlər. Onlar modanı təqib etmirlər - sərfəli, rahat geyimlərə üstünlük verirlər. Şizoidlər, yeknəsəq səsləri və rabitəsiz nitqində kobud hərəkətlərini görə bilmək olar. Adətən, mimika onlarda demək olar ki, yoxdur. Dostlar dairəsi o

Nağıl terapiyası

Uşaqlar  nağılları  niyə  sevir ? Və ya valideyn, nənə - baba  uşaqlara  niyə nağıl danışmalıdır ?  Bu  çox  bəsit, adi  bir  şey  kimi  gələ  bilər, amma  mahiyyətinə  vardıqda  bir  çox  açıqlama ilə  nağıl  danışmağın nə  qədər  faydalı  olmasını  izah  etmək  olar.  Nağıl bir  terapiya  üsuludur. Nitq  inkişafı,  diqqətin  toplanması, təfəkkür , təxəyyül  formalaşır, mədəni ünsiyyət qurmasını  şərait  yaradır, müqayisələr  etməyi  bacarır, xeyir  və şər anlamlarını qavrayır. Təbii  nağılların  məzmunu  da məqsədəuyğun  şəkildə  xüsusi  olaraq  seçilməlidir. Məsələn  şiddət  üslublu  nağıllar uşağın  psixoloji ovqatına mənfi təsir edir, qorxular, aqressiya, şiddət  göstərmə  istəyi, ünsiyyət  pozğunluğu, yoldaşları  ilə  yola  gedə bilməmə, ailəsindən  uzaqlaşma  və  hətta  iştah  pozuntusu belə yaradır. Təhlükə yaradan nağıllar siyahısına   " samizdat nağıllar "  deyilir. Bəzi nağıllar da var ki, orda cəzalandırma üslubunu  görmək  olur.  Hər bir  aild

PSİXOLOQLAR ÜÇÜN: VALİDEYNLƏR ÜÇÜN ANKET SORĞU

                      VALİDEYNLƏR ÜÇÜN ANKET      ( UŞAĞINIZIN EMOSİONAL VƏZİYYƏTİ NECƏDİR? )  Valideynlər üçün anket “Uşağınızın emosional vəziyyəti nədir?” (Soyadı, adı, yaşı __________________________________________) 1.      Uşağınız necə yatır? Sürətlə ; Asta ; Sizinlə oturmağı tələb edir ; Tələb edir ki, yatarkən işığı söndürməyəsiniz; 2.      Necə yatır? Möhkəm, sakit; Narahat;   Qışqırır ; Ağlayır ; Yuxuda ağlayır; 3.      Yuxudan necə oyanır ? O saat ; Dərhal yox; 4.      Hansı əhval-ruhiyyədə oyanır? Şad, sakit ; Gərgin; Kədərli, üzgün ; Göz yaşları ilə .               5  .   Uşağınız necə yemək yeyir? Həvəslə, müstəqil, tez, yemək seçmir; Könülsüz, böyüklərin köməyi ilə, yavaş-yavaş, yemək seçir.          6.      Uşağınızda qorxuya meyilli hərəkətlərini görürüsünüzmü?   Bəli ; Bəzən ; Xeyr . 7.   Əgər varsa, hansı şəraitdə hiss edirsiniz? ·         Qaranlıq otaqda; ·         Cəzalandıran zaman, qış