К основному контенту

Uşağım normal danışa bildiyi halda evdən kənar digər mühitlərdə (bağçada, məktəbdə, həyətdə və.s) danışmır

Usaqlarda  Mutizm selektiv (secici) ve Total olmaqla 2 yerə bölünür. Bir uşağın normal danışa bildiyi halda evdən kənar digər mühitlərdə (bağçada, məktəbdə, həyətdə və.s) danışmayıb susması selektiv mutizm (seçici danışmama) adlanır. Onların ən mühüm xüsusiyyətləri aşagıdakılardır:
 - evdə ailə üzvləri ilə çox rahat dialoq qurur, gördüyü hadisələri danışır, hər detalına qədər izah edə bilirlər
 - çölə çıxdıqları zaman əgər onların səsini eşidə biləcək şəxslər varsa, kənarda valideynləri ilə belə danışmazlar hətta möhkəm şəkildə ağızlarını bağlayarlar
 - bəziləri ana - atasının qulağına heç kimin eşidə bilməyəcəyi şəkildə fısıltı ilə danışırlar
 - ağızlarını möhkəm bağlayıb və açmaya bilərlər, gülməz və ağlamazlar
 - onlara sual verildiyində baslarını önə əyərlər
 - sosial muhitdə olmaqdan, kollektiv fəaliyyətə qoşulmaqdan xoslanmazlar
 - yadlarla, qonşularla, hətta qohumlarla (xala, əmi, dayı və.s) təmasdan çəkinərlər
 - bəziləri məktəbdə yemək yeməz, gecələri tək yatmaqdan qorxar, alt islatma(enurez) kimi probləmlərlə üzləşə bilər və.s
        Total mutizm mutizmin ən ağır forması olmaqla yanaşı həm də selektiv mutizmlə müqayisədə nadir rast gəlinən növüdür.Total mutistik şəxslər valideynləri də daxil olmaqla ən yaxınları ilə belə ümumiyyətlə danışmazlar, onlar yalnız yazılı şəkildə ünsiyyət qurarlar. Total mutizmin uşaqlarda müşahidə olunması halı yox dərəcəsindədir. Adətən bu növ mutizm yetişgin şəxlərdə özünü göstərə bilir. Buna səbəb itkilər ve ciddi travmalar ola bilər. Selektiv mutizmin ən çox rast gəlinən növü məktəb mutizmidir. Belə ki, məktəb mühitində, müəllimlərinin, məktəb yoldaşlarının əhatəsində kəlmə kəsməyən uşaq məktəbin həyətindən çıxdığı andan danışmağa, gülməyə, şənlənməyə başlayar.
        Səbəblər nə ola bilər ?
  • nitq problemləri (artikulyar aparatda problem, tələffüz problemi, kəkələmə, gec danışma və.s)
  • ailənin mutizmə bənzər səssizliyə, utancaqlığa meylliliyi
  • bir yerdnə başqa yerə köçmək
  • ailədə gərgin abu - hava
  • həddən artıq qoruyucu, qayğılı ailə tipi
  • cinsi, fiziki təcavüzə məruz qalma
  • ətraf mühitdən təcrid edilmə, qapanma
  • özünə inamın zədələnməsi, ailə üzvlərindən birinin itirilməsi, anadan ayrılıq
  • iki dillilik
  • yadlardan çəkinmə
  • fiziki qüsurlar, yaralanmalar, xəstəliklər və.s
 - İlk öncə uşağı danışmağı ücün məcbur edilməməlidir, əks təsirlə üz – üzə  qalacaq və danışmamasını dəstəkləmiş olacaqsnız
-  Unutmayin onlar bilərəkdən bunu etməyir, sizi hirsləndirmək üçün etməyirlər
-  Niyə danışmırsan? , niyə susursan? kimi suallarla üstünə getməyin, "Bu gün mütləq danışacağam " kimi sözlər verdirtməyin. Onlara qalsa onlar da danışmaq istəyərlər.Verdiyi sözləri tuta bilməməklə özünə inamsızlıq daha da artmış olacaq
- Hədiyyə almaqla, oyuncaqlar vəd etməklə bir nəticəyə gəlmək olmayacaq
- Səbrli olub mövcud problemi birlikdə aradan qaldırmaqda ona dəstək olub cəsarətləndirin, ona zaman ayırın, tək olmadığına inandırın
- Ən qısa müddətdə bir mütəxəssisə baş vurun. Adətən 3 - 5 yaşlarda ortaya çıxan bu problem peşəkarın köməkliyi ilə asanlıqla aradan qalxa bilər.

Комментарии

Популярные сообщения из этого блога

İnsanın psixotipini necə ayırd etmək olar ?

Hər kəs  psixologiya baxımından insanlara onun psixotipi nöqteyi-nəzərindən yanaşır. Müsahibinin psixotipini bilərək, dediyiniz sözlərə münasibətini və gələcək davranışı haqda onun reaksiyasını proqnozlaşdıra bilərsiniz. Bu münasibət sizi əhatə edən ətrafınıza daha sürətlə uyğunlaşmağa imkan yaradacaq. Psixoloji tiplərinin sayı təxminən 20-dən çox olsa da, ancaq 5-nə daha tez-tez rast gəlinir:   Şizoid, isteroid, epileptoid, hipertim və astenik  Təlimat : ŞİZOİD TİP-  insanlar yüksək məsuliyyət və daimiliyi ilə fərqlənir. Onlar öz illüziyaları ilə dünyada yaşayır, öz həyatını yaxşılığa doğru dəyişmək tərəfindən ümidlər bəsləyirlər. Onlar ünsiyyətdə yüngülcə qurutəhər və formaldırlar, özləri haqda həvəssiz danışar və məsafə saxlamağa üstünlük verirlər. Onlar modanı təqib etmirlər - sərfəli, rahat geyimlərə üstünlük verirlər. Şizoidlər, yeknəsəq səsləri və rabitəsiz nitqində kobud hərəkətlərini görə bilmək olar. Adətən, mimika onlarda demək olar ki, yoxdur...

TEST: "MƏNDƏ DİSLEKSİYA PROBLEMİ VARMI?"

Tədqiqatlar göstərir ki, 10 şəxsdən birində disleksiya tapılmayıb, bunlardan əksəriyyətində  hətta düzgün fikir bildirmək mümkün olmayıb. Bütün fikirlərdə bu o deməkdir ki, bu adamlar vaxtında ixtisaslı dəstək almayıb. Üstəlik, onların bəziləri üçün diaqnoz qoyulmayanlarda "gizli əlillik" var ki, hansı ki, bu da tədris mühitinin korlanmasına gətirib çıxararaq iş və zehni fəaliyyətdə özünüqiymətləndirməni aşağı salır. Hətta müasir diaqnostik üsullarla yoxlananlarda da müxtəlif aspektlərdə həyat fəaliyyətində oxu və yazı çətinlikləri ola bilər.  Aydındır ki, disleksiya yazı və oxu funksiyasının spesifik pozulması deməkdir ki, bu da intellektin aşağı və ya zəif dərəcədə olduğunu göstərmir.  Disleksiyalı çox parlaq, yaradıcı istedadlı insanlar var, amma onlar öz intellekt səviyyəsindən yuxarı oxuya və ya yaza bilməyəcəklər. Siz necə düşünürsünüz, sizdə disleksiya əlamətləri varmı? Gəlin yoxlayaq. Zəhmət olmasa, cədvəli doldurun. BÖYÜKLƏRDƏ DİSLEKSİYA ÜÇÜN...

PSİXOLOQLAR ÜÇÜN: VALİDEYNLƏR ÜÇÜN ANKET SORĞU

                      VALİDEYNLƏR ÜÇÜN ANKET      ( UŞAĞINIZIN EMOSİONAL VƏZİYYƏTİ NECƏDİR? )  Valideynlər üçün anket “Uşağınızın emosional vəziyyəti nədir?” (Soyadı, adı, yaşı __________________________________________) 1.      Uşağınız necə yatır? Sürətlə ; Asta ; Sizinlə oturmağı tələb edir ; Tələb edir ki, yatarkən işığı söndürməyəsiniz; 2.      Necə yatır? Möhkəm, sakit; Narahat;   Qışqırır ; Ağlayır ; Yuxuda ağlayır; 3.      Yuxudan necə oyanır ? O saat ; Dərhal yox; 4.      Hansı əhval-ruhiyyədə oyanır? Şad, sakit ; Gərgin; Kədərli, üzgün ; Göz yaşları ilə .               5  .   Uşağınız necə yemək yeyir? Həvəslə, müstəqil, tez, yemək seçmir; Könülsüz, böyüklərin köməyi ilə...