К основному контенту
“ Gələcək bilikli, elmli insanların çiyinləri üstündə qurulacaqdır 
      Ulu öndərmiz Heydər Əliyevin bu fikrini rəhbər tutaraq məhz gələcəyimiz olan bügünkü şagirdlərlə bağlı bir məsələni araşdırmağa çalışdıq. O,məsələ ki,daim diqqət mərkəzində olub və olacaq. Gələcəyimizin savadlı kadrların yetişdirilməsində mühüm faktor rolunu oynayan bu məsələ isə valideyn – məktəb əməkdaşlığıdır .Heç şübhəsiz ki, valideynlər uşaqların təhsilində müəllimlərin birbaşa pertnyoru ( tərəfdaşı ) kimi çıxış edirlər. Və təbii haldır ki, ilkin olaraq öz ailəsi tərəfindən üzərində xüsusi diqqət və nəzarət görən şagird , ən azından bu öhdəliyi hiss edər və onu doğrultmaq üçün təhsilində uğur qazanmağa çalşar. Təəsüflər olsun ki, valideynlər bütün məsuliyyəti məktəb üzərinə atmaqla özünü “ sığortalanmış ” hiss edir. Nəticədə də, genetik və ya fərdi istedad kimi istisna halları çıxmaqla, bu cür diqqət və nəzarətdən kənar qalan şagirdlərin təhsilində geriləmə müşahidə olunur .Necə deyərlər,“Bağa baxarsan bağ olar ,baxmazsan dağ !”-  Mən bir psixoloq olaraq məktəblərdə müəllim, şagird və valideynlər arasında araşdırma aparıb, kimin “ öz bağına necə baxması ” ilə maraqlandım. Nəticələrə keçməzdən öncə dünya ölkələri üzrə mövcud valideyn – məktəb münasibətlərinə nəzər salaq.
        Amerika Birləşmiş Ştatlarında məktəb-valideyn və cəmiyyət münasibətləri mühüm amillərdən biri hesab olunur. Bu məqsədlə ölkədə valideyn-məktəb dərnəkləri yaradılıb. Həmin dərnəklər isə milli valideyn –müəllim dərnəkləri konfederasiyasına tabedir.Dərnəklərin fəaliyyətinin əsas məqsədi təhsilin keyfiyyətini yüksəldilməsidir.ABŞ-da şagirdlərə pedaqoji rəhbər təyin edilməsi üçün valideynlərə xüsusi təhsil verilir,bu isə özlüyündə yalnız savadlı valideynlər bilikli rəhbəri seçə bilərlər anlamı daşıyır. Həmçinin şagirdlərin sağlam yetişdirilməsi üçün ailə dərnəkləri də fəaliyyət göstərir.
        Qonşu və qardaş ölkə olan Türkiyədə valideyn – müəllim əlaqələrinə xüsusi əhəmiyyət verilir.Bunun üçün ildə iki dəfə valideyn-müəllim görüşü təşkil edilir, bu görüşlərdə isə şagirdlər iştirak edə bilməzlər.Görüş öncədən müəyyənləşən vaxtda və məktəbdəki sinif otaqlarının birində baş tutur .Hər valideyn övladının müəllimləri ilə 2 yaxud 3 dəqiqə müddətində təkbətək söhbət edir. Digər valideynlər də həmin söhbət zamanı sinifdə ola bilərlər.Görüş zamanı şagirdlə bağlı  fikir mübadiləsi aparılır.Bununla yanaşı, ayda bir dəfə də olmaqla müəllim-şagirdin fərdi ayda 2 dəfə isə şagird –valideyn –müəllim görüşü təşkil edilir.
   Valideyn-məktəb əlaqələrini araşdıran əksər tədqiqatçıların fikrincə, şagirdin təhsilində əldə etdiyi uğur ailəni təhsilə verdiyi önəmlə əlaqəlidir.Bunun iki üstünlüyü var.1-ci , ailənin məktəbə və şagirdə göstərdiyi diqqət gələcək uğura zəmin yaradır.2-ci isə məktəbin fəaliyyətini üstünlüklərini mövcud standartlarına ailələrə uşaqlarını gələcəyə daha yönləndirə bilərlər.
            Şagirdin ehtiyaclarını müəyyənləşdirmək və buna uyğun düzgün təhsil proqramı seçmək üçün ailənin məktəblə sıx əlaqəsi vacibdir. Valideynlərin övladlarına qarşı məsuliyyətini dərk etdirmək məqsədi ilə onları müəllimlər tərəfindən xüsusi dərsləri keçirilməsi də vacib hal kimi qiymətləndirilir.
    Sözü gedən məsələni araşdırmaq üçün dəfələrlə “ dəyirmi masa” arxasında müəllimlərlə müzakirələr aparılıb. Müzakirə zamanı belə fikir əldə olunub ki, onlar valideyn-məktəb əlaqələrini möhkəmlənməsinin tərfdarıdırlar. Müəllimlərin fikrincə, hər bir valideyn övladını təhsili ilə mütəmadi olaraq maraqlanmalıdır. Lakin müəllimlər də çox yaxşı oxuyan şagirdlərin valideynlərini məktəb və müəllimlərlə sıx əlaqə qurduğunu söylədilər.Bununla yanaşı, daha çox aşağı sinif şagirdlərinin valideynlərini bu sahədə fəal olduqları, yuxarı siniflərə doğru isə şagirdlərə qarşı ailə tərəfindən diqqətin azaldığı bildirildi.Bəlli oldu ki, daha çox bu iş müəllimlər tərəfindən həyata keçirilir. Yəni valideyn maraqlandı-maraqlanmadı, davamiyyət, dərsə hazırlıq və bu kimi məsələlərlə bağlı məlumatları daha çox müəllimlər telefon vasitəsi ilə də olsa, valideynlərə çatdırmağa çalışır, onları öz övladları ilə maraqlanmağa sövq edirlər.
        Doğrudur, bu baxımdan valideynlərin də ürəkdolusu danışan həm aşağı , həm də yuxarı sinif şagirdlərini müəllimləri də oldu.Həmsöhbətlərimiz məktəbə gəlib-getmək imkanı olmadığı təqdirdə mütəmadi olaraq valideynləri onlayın formada övladlarını təlim-tədrisi ilə maraqlandıqların da söylədilər.
       Valideynləri məktəblə mütəmadi əlaqə qurduğunu və onların təlim-tədrisi və bütün psixoloji davranışlarını (bura daxildir, aqressivliyi ,əxlaqi davranışları,ictimai işlərdə fəallığı , utancaqlığı, müəllimlə rəftar qaydaları,sinif yoldaşları ilə münasibətləri və.s. ) ilə yaxından maraqlandığını söyləyən şagirdlərə də rast gəldik.Hətta şagirdlərin dediyinə görə, dərs prosesinin izləyən valideynlər də var. Bəzilərinin ailəsində isə,ata-ananın vaxtı olmadığı təqdirdə, bu missiyanı evin böyük qardaşı yaxud dayı ,nənə kimi yaxın qohumlar öz üzərinə götürür.Təbii ki, bu cür diqqət və qayğını hər ailədə müşahidə  etmək çətin məsələdir.
       Valideynlərə gəlincə isə onlar mövcud problemi əsas səbəb kimi vaxt çatışmazlığını göstərdilər.Onların dili ilə desək : “ Biz də övladlarımıza yaxşı təhsil almasını və onlarla daha çox vaxt keçirməyi istərdik. Amma hər gün evdən səhər çıxıb axşam qayıdırıq .Bunun üçün də onlar kifayət qədər vaxt ayıra bilmirik.”
         Zənnimizcə, valideynlərin bu fikri ilə razılaşmaq düzgün olmazdı.Ən azından nə qədər mə.ğul olsa da övladına qarşı məsuliyyətini dərk edən valideyn digərləri kimi maraqlanmağın da bir yolunu tapaq.Bu problem əsasında isə elə müəllimlərin də dediyi kimi, valideynlərin maarifləndirilməsi durur.
Hər bir valideyn mütəmadi olaraq məktəblə sıx əlaqə qurmalı,şagirdin   təlim-tərbiyəsi ilə maraqlanmalı,məktəbin idarə olunmasında iştirak etməlidir.
     Valideyn övladının aldığı biliyə və evdə gözünə çarpmayan xarakter və davranışları ilə tam əmin olmalıdır.Yaxşı olar ki, vəzifəsindən, maddi imkanlardan asılı olmayaraq valideyn özü şəxsən məktəbə gedib hər şeyi öz gözləri ilə müşahidə etsin.Bu,mümkün olmadığı halda, heç olmasa onlayn surətdə müəllimlə sıx əlaqə saxlayaraq övladının məktəb həyatına nəzarət etmək hər bir valideynin borcudur. Nümunə kimi, ulu öndər heydər Əliyevin adını çəkmək olar.O cür yüksək vəzifəni icra etməsinə baxmayaraq, ümumilli lider Heydər Əliyev indiki bəzi vəzifə sahibləri kimi məktəbə dayə yaxud sürücüsünü göndərməz, şəxsən özü gedər,övladlarının təlim-tədrisi ilə yaxından maraqlanardı.
     Mövcud problemdən çıxış yollarından da danışarkən bunları qeyd etmək olar :
     Problemin ən birinci həlli yolu valideynlərin maarifləndirilməsidir.Burada isə qəzet,televiziya və.s. bu kimi kütləvi-informasiya vasitələrinin üzərində böyük iş düşür. Həmçinin valideynlərlə ictimai görüşlər təşkil edilməli, bu sahədə onlarda düzgün fikir formalaşdırmalıdır.Bununla yanaşı,cəmiyyətdə valideyn-məktəb əlaqələrində maraqlı olmalı və dəstəyini əsirgəməməlidir.
     Xüsusən yeniyetməlik çağlarında adaptasiya dövründə şagirdlərdə xəstələnmə halları müşahidə olunur və psixosomatik xarakter daşıyır .Məs buna görə də adaptasiya dövründə müəllim və valideynlər şagirdə qarşı daha diqqətli, qayğıkeş olmalıdır.Onlar üçün mümkün qədər rahat şərait yaradılmalıdır.Hiss etməlidirlər ki, böyüklər də onların qayğısına qalır. Bəs,yeni şəraitə uyğunlaşmağa mane olan amillər hansılardır ? Orqanizmin özündə gedən fizioloji dəyişikliklər,cinsi yetişkinliyin 2-ci mərhələsi başlaması bununla bağlı qızlarda qadınlıq,oğlanlarda kişilik hissinin güclənməsi hisslərin yeni məzmun kəsb etməsi və bütün komplekt şəkildə təsiri, psixofizioloji dəyişiklik başlıca amil hesab olunur.
Zahirən, “ xırda ” hesab olunan amillər kompleks halda şagird üçün böyük problemlər hesab olunur. Lakin digər tərəfdən belə rəngarənglik fəqrli yanaşmalar həm də şagird üçün, onun mətinləşməsi üçün həyatın mürəkkəb hadisələrini hazırlaşdırmaq üçün imkan yaradır.Bunlar isə müəllim – valideyn tərəfindən izah olunduqda müxtəlif treninq və işgüzar oyunlarla reallaşdıqda yüngül formada qəbul olunur.
     Məktəb psixoloqu valideynlərə övladlarının böyük olmaq böyük görsənmək tələbatı mahiyyətini izah etməlidir.inandırmalıdır ki, bu sahədə valideyn əlindən gələn köməyi  əsirgəməməlidir.
     Məktəb psixoloqu eyni zamanda , valideynlərə övladları ilə davranış prosesində aşağıdakılara əməl etməyi tövsiyə etməlidir. Vaxtaşırı övladınızdan soruşun : “- Məktəbdə işlərin necədir ? ”,mümkün qədər çalışın ki, onların məktəb həyatı barədə söhbət edəsiniz .Bu zaman söhbətə maraq göstərin, suallar verin.Təcrübə göstərir ki, valideynləri əsasən  övladlarınıntəlim müvəfəqqiyyəti maraqlandırır. Hətta onların necə oxumalarını uyğun olaraq davranışlarını, şəxsiyyətlərini qiymətləndirirlər.
       Valideyn övladını yalnız təlim fəaliyyətini, qiymətlərlə yox və hətta yoldaşlarla münasibəti, maraqları, müəllimləri haqqında onun fikirləri ilə maraqlanmalıdırlar. Valideyn heç vaxt övladını müəllimi haqqında mənfi fikir söyləməmilidir. Övladınızın danışdığı hadisə, epizodları yadınızda saxlayın.müəyyən müddətdən sonra o hadisəni necə başa çatdığını soruşun.Övlad bilməlidir ki, valideyn onun məktəb həyatı ,yoldaşlarını arzuları ilə maraqlanır, bu yöndə ona kömək etməyə çalışır.
      Problemli ailələri araşdırıb ara-sıra həmin valideynlərlə həm ayrılıqda ,həm də birlikdə onlarla söhbət etmək , ayrılıq və mübahisələrini uşaqların gözü önündə etməsilə uşaqlarını aqressiyaya, mühitini dəyişərək yanlış uşaqlar və mühitdə olmasına, dərsə davamiyyətin zəifləməsinə və bir neçə neqativ faktorlu davranışlarına gətirib çıxarmamaları üçün daha məsuliyyətli olmaları barədə söhbətlər aparmaq lazımdır.
     Boşanmış ailələrdə uşaqların arzularına və bacarıqlarına etinasız yanaşmaqla uşağın gələcəyini təhlükə altında qoymuş oluruq.  Odur ki, müəllimlər və psxoloqlar bu məsələdə xüsusi plan və proqramlarla belə münasibətləri göz ardına vurmamalıdır.
     Ölkəmiz gündən günə inkişaf edir.Kənd ,şəhər,qəsəbə demədən bu gün gözlə görünən və dünyaya da göstərilən istər abadlıq yönündə,istər elm,təhsil ,istər siaysət-iqtisadiyyat,istər incəsənət,istərsə də idman yönündə böyük işlər görülür. Bu inkişafda  əlbət yeni təhsil islahatlarının,  innovasiyaların, yeni işlənmiş psixolopji proqramların köməyi var. Və düşünürəm ki, hələ görüləsi işlər çoxdur. Ən əsası isə cəmiyyətə normal insanlar yetişdirməkdə  milli dəyərlərimizə söykənərək görüləcək işlərin sayını artırmaqdır. Çünki soyunu-kökünü unudan heç vaxt cəmiyyət üçün yararlı vətəndaş arzusunda olmaq istəməyəcək. Azərbaycanda xoşbəxt  uşaqların  çoxalması  həm  də  xoşbəxt  ailənin  təməlindən  yaranır.http://ailepsixoloqu.com/Article/View/3268

Комментарии

Популярные сообщения из этого блога

İnsanın psixotipini necə ayırd etmək olar ?

Hər kəs  psixologiya baxımından insanlara onun psixotipi nöqteyi-nəzərindən yanaşır. Müsahibinin psixotipini bilərək, dediyiniz sözlərə münasibətini və gələcək davranışı haqda onun reaksiyasını proqnozlaşdıra bilərsiniz. Bu münasibət sizi əhatə edən ətrafınıza daha sürətlə uyğunlaşmağa imkan yaradacaq. Psixoloji tiplərinin sayı təxminən 20-dən çox olsa da, ancaq 5-nə daha tez-tez rast gəlinir:   Şizoid, isteroid, epileptoid, hipertim və astenik  Təlimat : ŞİZOİD TİP-  insanlar yüksək məsuliyyət və daimiliyi ilə fərqlənir. Onlar öz illüziyaları ilə dünyada yaşayır, öz həyatını yaxşılığa doğru dəyişmək tərəfindən ümidlər bəsləyirlər. Onlar ünsiyyətdə yüngülcə qurutəhər və formaldırlar, özləri haqda həvəssiz danışar və məsafə saxlamağa üstünlük verirlər. Onlar modanı təqib etmirlər - sərfəli, rahat geyimlərə üstünlük verirlər. Şizoidlər, yeknəsəq səsləri və rabitəsiz nitqində kobud hərəkətlərini görə bilmək olar. Adətən, mimika onlarda demək olar ki, yoxdur. Dostlar dairəsi o

Nağıl terapiyası

Uşaqlar  nağılları  niyə  sevir ? Və ya valideyn, nənə - baba  uşaqlara  niyə nağıl danışmalıdır ?  Bu  çox  bəsit, adi  bir  şey  kimi  gələ  bilər, amma  mahiyyətinə  vardıqda  bir  çox  açıqlama ilə  nağıl  danışmağın nə  qədər  faydalı  olmasını  izah  etmək  olar.  Nağıl bir  terapiya  üsuludur. Nitq  inkişafı,  diqqətin  toplanması, təfəkkür , təxəyyül  formalaşır, mədəni ünsiyyət qurmasını  şərait  yaradır, müqayisələr  etməyi  bacarır, xeyir  və şər anlamlarını qavrayır. Təbii  nağılların  məzmunu  da məqsədəuyğun  şəkildə  xüsusi  olaraq  seçilməlidir. Məsələn  şiddət  üslublu  nağıllar uşağın  psixoloji ovqatına mənfi təsir edir, qorxular, aqressiya, şiddət  göstərmə  istəyi, ünsiyyət  pozğunluğu, yoldaşları  ilə  yola  gedə bilməmə, ailəsindən  uzaqlaşma  və  hətta  iştah  pozuntusu belə yaradır. Təhlükə yaradan nağıllar siyahısına   " samizdat nağıllar "  deyilir. Bəzi nağıllar da var ki, orda cəzalandırma üslubunu  görmək  olur.  Hər bir  aild

PSİXOLOQLAR ÜÇÜN: VALİDEYNLƏR ÜÇÜN ANKET SORĞU

                      VALİDEYNLƏR ÜÇÜN ANKET      ( UŞAĞINIZIN EMOSİONAL VƏZİYYƏTİ NECƏDİR? )  Valideynlər üçün anket “Uşağınızın emosional vəziyyəti nədir?” (Soyadı, adı, yaşı __________________________________________) 1.      Uşağınız necə yatır? Sürətlə ; Asta ; Sizinlə oturmağı tələb edir ; Tələb edir ki, yatarkən işığı söndürməyəsiniz; 2.      Necə yatır? Möhkəm, sakit; Narahat;   Qışqırır ; Ağlayır ; Yuxuda ağlayır; 3.      Yuxudan necə oyanır ? O saat ; Dərhal yox; 4.      Hansı əhval-ruhiyyədə oyanır? Şad, sakit ; Gərgin; Kədərli, üzgün ; Göz yaşları ilə .               5  .   Uşağınız necə yemək yeyir? Həvəslə, müstəqil, tez, yemək seçmir; Könülsüz, böyüklərin köməyi ilə, yavaş-yavaş, yemək seçir.          6.      Uşağınızda qorxuya meyilli hərəkətlərini görürüsünüzmü?   Bəli ; Bəzən ; Xeyr . 7.   Əgər varsa, hansı şəraitdə hiss edirsiniz? ·         Qaranlıq otaqda; ·         Cəzalandıran zaman, qış