Bəzən
uşağımızın pis sözlər danışdığını, ətrafındakıları təhqir
etdiyini, söyüş söydüyünü görürük. Elə isə nə etməli ? Bunun
qarşısını almaq üçün hansı addımları atmalı ?...
Bu məsələdə yol verdiyiniz ən böyük
səhvlərdən biri də uşağın ağzından pis söz eşidən kimi sərt
reaksiya verməyimizdir : “ Bir daha bu sözü səndən
eşitməyim, yoxsa pis olar ”, “Ağzına bibər sürtərəm ”, “ Bu
sözləri həyətdə öyrənirsən, bir də məndən icazəsiz həyətə
düşməyəcəksən ”, “ Sən bu bu sözləri bağçada öyrənmisən ? ”və s. Bu
sözlər, bəlkə də problemin müvəqqəti həll etməyə kömək edə bilər.
Ancaq uşaq valideynin yanında söyüş söyməsə də, buna mane
olmayan hər hansı bir mühitə düşdükdə yenə söyüş söyməkdə
davam edəcək.Yəni, burada əsas məsələ uşağın söyüş söyməyi ata-
anasından qorxduğu üçün yox, pis hərəkət olduğunu başa düşdüyü
üçün tərgitməsidir. İndi isə bu problemin qarşısını almaq üçün
lazım olan tədbirləri nəzərdən keçirək. Hər şeydən əvvəl uşağı söyüş
söyməyə və ya ümumiyyətlə pis söz danışmağa sövq edən
səbəblər araşdırımalıdır. Buna səbəb dostlardırmı ? Yoxsa, diqqəti
cəlb etmək üçün belə edir ? Bəlkə bu şəkildə daha güclü
olacağını düşünür ? Yoxsa sadəcə olaraq ona maraqlı olduğu üçün
söyür ?... Əgər səbəbin uşağınızın dostları
olduğunu düşünürsünüzsə, onun dostları ilə əlaqələrini tamamilə
kəsməyin. Əvəzində alternativ “ dostlar ” təklif edin və ya
uşağınızın vaxt keçirmək imkanlarını artıraraq “ mühitini ”
dəyişdirin. Beləliklə, uşaq dostlarını uzun müddət görə bilmədiyi
üçün tədricən bu sözləri unudacaq. Səbəbin diqqəti cəlb etmək üçün
olduğunu düşünürsünüzsə, uşağınız söyüş söyərkən sərt reaksiya
verməyin. Əks halda uşaq bununla diqqəti özünə cəlb etdiyini
düşünəcək və söyüşlərinin sayını artıracaq. Ən yaxşısı, məsələni
böyütməyin və uşağınız söyüş söydükdə mümkün qədər rahat
davranmağa çalışın. Bununla yanaşı uşağınızın söyüş söydükdə
mümkün qədər rahat dav ranmağa çalışın. Bununla bərabər
uşağınızın söyüş söymədiyi vaxtları müəyyənləşdirin və bu
vaxtlarda ona diqqətinizi artırın.Hər dəfə nəsihət vermək
əvəzinə onunla söyüşə bağlı keçmişdə yaşadığınız hadisələri
bölüşün. Əgər uşağınızın söyüş söyməsinin səbəblərini
bilmirsinizsə, və ya müəyyən etdiyiniz səbəbin qarşısını almaqda
çətinlik çəkirsinizsə, bir mütəxəssislə məsləhətləşin.
Psixoloq Esmira Teymurova
Комментарии
Отправить комментарий