Hər şeydən əvvəl bir uşağın nə üçün saatlarla televizor qarşısından qalxmadığını düşünək. Uşaqların məntiqləri və istəkləri əsasən eyni istiqamətdə formalaşır. Bir işi görmək istəyirlərsə, o işin xeyirli və ya ziyanlı olduğunu dərk edə bilmirlər. Əgər uşaq televizor qarşısından qalxmaq istəmirsə, deməli, onları maraqlandıran başqa alternativ yoxdur. Uşaqlar əsasən onları maraqlandıran şeylərə üstünlük verirlər. Buna görə də, hər bir valideyn evindəki şəraiti nəzərdən keçirməli və uşaqlarına bu alternativləri təqdim etməlidirlər. Unutmayın ki, burada əsas rolu uşağın hissləri oynamalıdır. Yoxsa, sizin üçün maraqlı olan bir şey uşağınız üçün maraqlı olmaya bilər.
Bundan başqa, televizor uşaqlar üçün passiv ünsiyyət vasitəsidir. Televizordakılarla birbaşa ünsiyyətdə olmasalar da, uşaqlar burada müxtəlif modellərinə şahid olurlar. Bu da uşağın ünsiyyətə ehtiyacı olduğunu göstərir. Yəni uşaq valideyni ilə kifayət qədər ünsiyyətdə olsa, televizora daha az ehtiyac hiss edər. Buna görə də, sizin də televizora meyilli uşağınız televizora meyilli uşağınız varsa, ona daha çox vaxt ayırmağa çalışın. Vaxt keçdikcə uşağınızın televizora marağının azalacağını görəcəksiniz.
Hazırladı : Psixoloq Teymurova Esmira
Комментарии
Отправить комментарий