Uşaqlar nağılları niyə sevir ? Və
ya valideyn, nənə - baba uşaqlara niyə nağıl danışmalıdır ? Bu çox
bəsit, adi bir şey kimi gələ bilər, amma mahiyyətinə vardıqda
bir çox açıqlama ilə nağıl danışmağın nə qədər faydalı olmasını
izah etmək olar. Nağıl bir terapiya üsuludur.
Nitq inkişafı, diqqətin toplanması, təfəkkür , təxəyyül formalaşır,
mədəni ünsiyyət qurmasını şərait yaradır, müqayisələr etməyi
bacarır, xeyir və şər anlamlarını qavrayır. Təbii nağılların məzmunu
da məqsədəuyğun şəkildə xüsusi olaraq seçilməlidir. Məsələn
şiddət üslublu nağıllar uşağın psixoloji ovqatına mənfi təsir edir,
qorxular, aqressiya, şiddət göstərmə istəyi, ünsiyyət pozğunluğu,
yoldaşları ilə yola gedə bilməmə, ailəsindən uzaqlaşma və hətta
iştah pozuntusu belə yaradır. Təhlükə yaradan nağıllar siyahısına " samizdat nağıllar " deyilir.
Bəzi nağıllar da var ki, orda cəzalandırma üslubunu görmək olur. Hər
bir aildə isterika yaradan, ərköyün böyüdülən, sözə baxmayan uşaq ola
bilər. Həmin cəzalandırma nağıllarında da şiddət olmadan hansı
formada cəzalandırıb onu mənfi əməllərdən çəkindirmək olar kimi
suallarına cavab tapmaq olar. Yəni hər bir uşaq mükafatlandırıldığı
kimi, nöqsanlarına görə cəzlandırılmalıdır da. Bəzən uşaqlar
məsləhəti sevmir , amma nağıllara qulaq asarkən hansısa mənfi əməlini
mütləq o nağılda tapa biləcək. Özünü o nağıldakı qəhrəman və ya obrazın
yerində hiss edəcək. Əməllərini götür - qoy edə biləcək.
Bundan başqa, müxtəlif duyğuları qavrayacaq, qarşısına çıxan məsələlər və ya çətinliklər zamanı həmin dinlədiyi nağıllar köməyinə gələcək. Hansı əməllərin zərərli, hansı əməllərin faydalı olduğunu öyərənəcək.
Terapiya - bildiyiniz kimi müalicə deməkdir. Nağıl terapiyası ilə aqressiv , qorxuları və ya fobiyaları olan, ünsiyyət çatışmazlığı sözə baxmayan - isterika çıxaran, həmçinin davranışında nöqsanlar, yaramazlıq edən uşaqlar üçün çox əhəmiyyətli vasitədir. Nağılda dinlədiyi nəticə istənilən nöqsanına səmərə verəcəkdir.
Ən sonda isə nağılı kimlərin danışmasının vacibliyi vardır ki, bunu da bilmək çox vacibdir.
Nənə - babalar artıq bəlli yaşında təcrübəli valideyn kimi , həmçinin xüsusi səbrə, nitqə və mülayim , asta, intonasiyalı səsə malik insanlar olduğu üçün əgər ailədə nənə - baba varsa, onların danışması daha təsiredici olar. Amma yalnız valideyn və övladlardan ibarət ailədirsə, hər iki valideyn növbə ilə nağıl danışması çox lazımlıdır. Nə üçün ?. Təbii ki, ilk növbədə valideynlər ev işləri, qazanc işləri ilə məğul olarkən bütün günlərini işə həsr edilər və uşaqla çox az ünsiyyət qurub, onlarla maraqlanırlar. Ən azı axşam vaxtı zamanınızı onlara, yəni uşaqlara ayıraraq onları özünüz yatızdırıb, nağıllar danışın. Nağılı sizin dilinizdən eşitməklə bərabər, sizi öz yanında görmək, sizə yaxın olmaq istəyinin olduğunu unutmayın ! Çünki nağıl danışmaqla bərabər, siz onlarla yaxın təmasda olacaqsınız. Nağıldakı qəhrəmanların simasını sizin simanızla canlandırmağa başlayacaq. Çünki siz onlar üçün qəhrəmansınız, sizə olan sevgisi, sizi incitdiyi anları xatırlayıb davranış qaydalarını düzəltməyə çalışacaqlar.
Öz yoldaşları ilə oynayarkən, oturarkən nağılı sərbəst olaraq danışmaq həvəsi yaranacaq, dünyagörüşünün formalaşmasına , gələcəkdə dərslərini daha yaxşı öyrənmə qabiliyyətinə müsbət təsir göstərəcəkdir. Digər saylarımızda buna nümunə olaraq siz valideynlərə nağıllar təqdim edəcəyik ki, bu nağıllardan istifadə edib övladlarınızın davranışını, ünsiyyət qurmasını, yoldaşlığı, çətin şəraitə uyğunlaşmaq kimi məsələləri öyrənməsini formalaşdıra bilərsiniz.

Hazırladı : Psixoloq
Teymurova Esmira
Комментарии
Отправить комментарий