Daun Sindromu nədir?
Daun sindromlu uşaq sahibi olan ailələrin ən böyük uğursuzluğu məlumat əskikliyidir. Buna görə bugünkü məqaləmizdə "Daun sindromu nədir ? ” sualını cavablandırmağa çalışacağıq.
Daun
sindromu 21- ci xromosomlarda baş verən anomaliya zamanı trisomiyanın
əmələ gəlməsidir. Belə ki, hər insan hüceyrəsində 46 ədəd yəni 23 cüt
xromosom olur. Daun sindromlu insanlarda isə 47 ədəd yəni 21- ci
cütlükdə 2 xromosom yerinə 3 xromosom olur ki, bu anomaliya tibb
elmində trisomiya adlanır. Bu da onu göstərir ki, daun sindromu bir xəstəlik deyil, genetik bir fərqlilikdir. Ümumiyyətlə, insanların heç olmasa bu gün Daun sindromunun nə olduğu haqqında düşünməsi çox vacibdir. Bu genetik bir təsadüfdür, anomaliyadır. Bu cür uşaq hər bir ailədə doğula bilər.
Valideynlərin daun sindromlu uşaqların
doğulmasında heç bir günahı yoxdur. Daun sindromlu oğlanlar və qızlar
eyni əlamətlərlə doğulur. Onların səhhətində bir sıra problemlər -
eşitmə və görmə zəifliyi, mədə - bağırsaq sistemində pozuntular, ürək
qusurları, əqli inkişaf geriliyi müşahidə olunur. Daun sindromlu uşaqlar
üçün əsas təhlükəni yaradan onların sağlamlığındakı problemlər deyil,
əsas onlar haqqında cəmiyyətdə mövcud olan mənfi rəylərdir. Məhz
cəmiyyətin münasibəti baryer yaradır, uşaqlara lazımi dəstəyi almağa
mane olur. Lakin bir artıq xromosomlu insanların da inkişaf etməyə və
yaratmağa haqqı var. Onlara yalnız ailə və cəmiyyət tərəfindən daha çox
kömək, diqqət və qayğı lazımdır.
Daun sindromu ilə bağlı iki şeyi dəqiq bilməlisiniz:
Birincisi: Daun
sindromlu uşağın doğulma səbəbi ana-ata deyil - genlərdir. Həmçinin
hamiləlikdən əvvəl və ya hamiləlik zamanı olan heç bir şey uşağın daun
sindromlu doğulmasına gətirib çıxarmaz.
İkincisi: Digər
uşaqlar kimi daun sindromlu uşaqların da özlərinə xas şəxsiyyətləri,
qabiliyyətləri və düşüncələri var. Digər uşaqlar kimi onlar da fərqli
şəxsiyyətə sahib bir fərd olaraq böyüyəcəklər.
Daun sindromu xromosom fərqliliyindən başqa digər səbəbləri necə meydana gəlir?
Daun sindromu
genetik xəstəlikdir. Buna səbəb olan təsir edici faktorlar - ananın
yaşı, radiasiya, troit antibodies, narkotik və spirt istifadəsi kimi
müxtəlif səbəblər göstərilsə də bunların içində qətilik qazanmış olan
səbəb hələ ki yoxdur. Son araşdırmalar göstərir ki, sindromun yaranma
səbəbləri kimi spermatazoidin də tərkib hissəsi önəmlidir.
- Qeyd : Bir ananın təcrübəsi
“ Üçüncü uşağımızın doğumuna yaxşı hazırlanmışdıq və iki uşaqdan sonra bu körpəmizin baxımıyla əlaqədar heç bir problem yaşamayacağımızı düşünmüşdük. Lakin hər şey çox fərqli inkişaf etdi. Doğumdan yarım saat sonra oğlumun daun sindromlu olduğunu öyrəndik. Bu bizim üçün bir şok idi. İki sağlam uşaqdan sonra belə bir problemlə qarşı-qarşıya qala biləcəyimiz ağılımızın ucundan belə keçməmişdi”, - deyə ana etiraf edir ki, digər uşaqları əmizdirdiyi üçün oğlunu əmizdirmək qədər onun üçün təbii bir şey yox idi. Lakin xəstəxanada həkimlər belə bir uşağın əmizdirilməsinin son dərəcə çətin olduğunu düşünürdülər. Lakin ana südü onun həyatı
üçün çox əhəmiyyətli idi. Beləliklə, südümü süni yolla sağıb uşağımı
ana südü ilə bəsləməyə başladım. Xüsusilə onu qəbul edə bilmədiyim üçün
hiss etdiyim günahkarlıq duyğusundan sonra uşağımın böyüməsinə kömək
etmək mənim üçün çox gözəl bir hiss idi. Sinədən əmməyi oğlum ancaq 4
həftə sonra bacara bilmişdi. İnfeksiyalara qarşı ana südünün köməyi ilə
qorunmuşdu. Ağız və çənə əzələləri ana sinəsini əmdiyindən
qüvvətlənmişdi. Əmizdirmə zamanı mənimlə yaxın əlaqə nəticəsində bizi
çox yaxın zamanda qəbul etdi və 10 həftədən sonra bizə gülməyə başladı.
Indi mənim oğlumun 6 yaşı var. Düzdü o başqa usaqlardan fərqlidir, amma
xəstə deyil. Sadəcə başqalarından fərqlənir…”, - deyə ana öz hissləri
ilə bölüşür.
Əmizdirmək,
bütün körpələr üçün olduğu kimi daun sindromlu uşaqlar üçün də son
dərəcə əhəmiyyətlidir. Bu uşaqların ana südü ilə bəslənmələri, çənə
aparatının qüvvətlənməsini təmin edir. Qüvvətli şəkildə əmmək, normal
bir ağız quruluşunun meydana gəlməsinin ən yaxşı yoludur. Əmizdirmə ilə
alt çənənin inkişafı və dil hərəkəti nəticəsində ağızın bağlanılmasının
öyrənilməsi daha asandır. Çünki daun sindromlu uşaqlarda ağızın tam
olaraq bağlı saxlanması çətin olur.
Daun sindromlu uşaqlar necə inkişaf edər?
Daun sindromlu
usaqların xarici görünüşündəki ən önəmli dəyişiklik gözlərinin çəkik
olmalarıdır.Onlar hər zaman gülərüz olurlar. İlk gösdərici zəka
geriliyinin olmasıdır. Onların boyu nisbətən alçaq olur. Normal uşağın 3
- 4 ilə göstərdiyi inkişafı onlar 9 -10 ilə göstərirlər. Belə uşaqların
əzələləri və oynaqları zəif inkişaf etmiş olur. Dişlərinə gəldikdə,
Daun sindromu ilə doğulan uşaqlarda dişlər ə
yri olur və normal
ardıcıllığa uyğun çıxmır. Onlarda ağız boşluğu normada olduğundan
nisbətən kiçik, dil isə böyükdür. Bu sindromla doğulan uşaqların
ovucları enli, barmaqları qısa, çeçələ barmaq bir az içəriyə doğru
bükülmüş olur. Bir çox uşaqlarda göstərici barmaqla baş barmaq
arasındakı məsafənin çox böyük olmasındadır. Daun sindromu ilə doğulan
uşaqlarla bağlı verilən məlumatlarda qeyd olunur ki, belə uşaqlarda
məhdud anlama bacarığı, böyük və kiçik motor problemləri var. Onların
yadda saxlama qabiliyyəti azdır, diqqətləri dağınıqdır, nitqləri təmiz
deyil, amma güclü təqlid bacarıqları var. Çox xromosom uşağın inkişafına
mənfi təsir edir. Bu vəziyyət çox təəssüf ki, belə olacaq. Çünki
xromosomu dəyişmək mümkün deyil. Lakin unutmamalıyıq ki, bir uşağın
inkişafı yalnız genetik faktorlara bağlı deyil. Ətraf və öyrənmə
faktorları da uşağın inkişafına çox təsir edir. Evdə yaxşı təlim keçən
daunlar özləri geyinib soyuna bilər, yemək və su içə bilər, öz gigiyenik
ehtiyaclarını təmin edə bilərlər. Bəzi daunlar hətta məktəbə və
universitetə gedir, təlimə yiyələnə bilirlər. Daun sindromlu uşaqların
ehtiyacları digər uşaqların ehtiyaclarından fərqli deyil. Onlar da ana,
ata və qardaşlarıyla birlikdə olduqda xoşbəxt olurlar. Ətraflarını kəşf
etmək, oynamaq, öyrənmək, gülmək istəyirlər. Daun sindromlu bir uşağın
mümkün olduğu qədər ictimai mühitdə böyüdülməsi inkişafı üçün son dərəcə
faydalıdır.
Unutmayın ki, bəzi uşaqların sarı saçlı, bəzilərinin mavi gözlü olması
kimi sizin uşağınızın da daun sindromlu olması bir genetik fərqlilikdir.
Müəllif : Psixoloq
Teymurova Esmira
Комментарии
Отправить комментарий