Gənclər üçün peşə seçimini etmək hər zaman çətin bir aşama olduğunu bilməyən yoxdur. Bu çətin prosesi daha da gərgin və çıxılmaz vəziyyətə salan həmçinin valideynlərdir. Onların uşaqlarına dair öz xəyalları, arzuları var. Bu təbii ki, heç də pis bir şey deyil. Lakin gözdən yayındırdıqları bəzi məsələlər var. Onlardan biri də öz keçmişlərində bacarmadıqları, imkanlarının (istər zehni, istərsə də fiziki) yetmədiyi pillələri çətinliklə və məcburiyyətlə öz övladlarında tətbiq etmək istəyirlər. Həm də övladlarının zehni və fiziki imkanlarını nəzərə almadan. Bəzən isə başqa cür olur bu. Övladı ilə bağlı hansı peşəni seçəcəklərini bilmirlər. Çətinliklə və ya məcburiyyətlə edilən yanlış seçimlər övladları üçün uğursuzluqla nəticələnir. Bu məsələdə həm də övladın istəklərinin nəzərə alınmaması da var. Amma hər zaman çıxış yolu var. Təbii ki, çıxış yollarını gec olmadan araşdırmaq lazımdır. Övladının imkanlarını, istəklərini psixoloji testlərlə, anket sorğuları ilə də təhlil etmək mümkündür. Vaxtınızı almadan, aşağıdakı psixoloji anket sorğusu ilə yeniyetmə yaşlarındakı övladınızın sənət seçiminə yardımçı ola bilərsiniz. Testi etməzdən öncə sorğulara rahat və güvənli şəkildə cavablar yazması üçün əlverişli şərait təmin etmək lazımdır. Psixi cəhətdən yorğun olmamalı, zehni və fiziki yorğun, eyni zamanda yüksək enerjili olmamalıdır. Digər tərəfədən isə, övladınızın hansı cavablar verib-verməməsindən asılı olmayaraq sərbəst olmasına dair güvənc hissi verməlisiniz. Bu aşamadan sonra testi təqdim edə bilərsiniz. Testdən sonra isə övladınızla suallar üzərində şifahi mühakimələr yürüdə bilərsiniz. Bu test zamanı övladınızın (şagirdin) psixotipini də müşahidə edə biləcəksiniz.
Həmçinin, bu test ümumtəhsil məktəblərində psixoloji xidmət işinin təşkilində diaqnostik yoxlamalar zamanı orta məktəb psixoloqları, sinif rəhbərləri istifadə edə bilərlər.
#psixolojitest #senetseçimi #peşeseçimi #peşenineceseçim #anketsorgu #anket #sorgu #diaqnostiktestler #testler
Həmçinin, bu test ümumtəhsil məktəblərində psixoloji xidmət işinin təşkilində diaqnostik yoxlamalar zamanı orta məktəb psixoloqları, sinif rəhbərləri istifadə edə bilərlər.
Şagirdin
adı_________________________
Soyadı____________________________
“ Sənə sənət seçməkdə necə kömək etməli ? ”
(IX-XI siniflər üzrə anket sorğu)
1.Sən özünə sənət
seçmisənmi ?__________________________________
2.Bu sənət səni
niyə cəlb edir ?
______________________________________________________________________
3.Seçdiyin sənətin
mütəxəssislərini hansı təhsil ocaqları tanıyır ?
______________________________________________________________________
4.Seçdiyin sənətə
yiyələnib yaxşı mütəxəssis olmaq üçün səndə hansı keyfiyyətlər var? ________________________________________________________________________________________________________________________________________
5.Seçdiyin sənətə
yiyələnmək üçün hansı fənləri daha yaxşı bilmək lazımdır ?
_____________________________________________________________________
6.Seçilmiş əmək
sferasında təlimata başlamaq üçün sən öz bilik səviyyəni kifayət qədər olduğunu
sayırsanmı ?
____________________________________________________________________________________________________________________________________________
7. Necə
düşünürsən, sənin seçimlərinə nə mane olur ?
____________________________________________________________________________________________________________________________________________
8.Öz peşə gələcəyinə
hazırlaşırsanmı? (kurslara, mühazirələrə gedib məşğul olursan ?)
______________________________________________________________________
9. Sənin sənət
seçiminə ən çox nə təsir edib ? (Sənətə maraq, müəllimlərin məsləhəti)
______________________________________________________________________
10. Seçdiyin
sənətə valideynlərin – müəllimlərin razıdırlarmı ?
______________________________________________________________________
#psixolojitest #senetseçimi #peşeseçimi #peşenineceseçim #anketsorgu #anket #sorgu #diaqnostiktestler #testler
Комментарии
Отправить комментарий