Müəllif : Teymurova Esmira
MÜƏLLİMİ TƏNQİD ETMƏK NƏLƏRƏ SƏBƏB OLUR ?
Son zamanlar ailələrin nəticə düşünmədən
etdiyi səhvlərdən biri də övladının yanında onun müəllimin
az ya da çox tapşırıq verməsindən, kifayət qədər şagirdlərlə maraqlanmamağından, dərsi
yaxşı izah etməməyindən
şikayətlənirlər. Hətta müəllimə
işini necə qurmalı olduğunu göstəriş
verənlər də az deyil. Bildiyimiz kimi, müəllim təlim – tərbiyə prosesinin ən əhəmiyyətli
faktordur. Müəllimin davranışı,
metodikası, problemlərə və ya
şagirdlərlərə yanaşma üsulu dərs prosesinin məhsuldarlığı üçün olduqca
əhəmiyyətlidir. Bunlardan əlavə, müəllim – şagird münasibətlərdəkində səmimilik
də təhsilin keyfiyyəti üçün vacib şərtlərdən biridir. Müəllim şagirdin
gözündə doğrunu bilən, yol göstərən,
səhv etməyən, nümunə götürülməsi lazım olan bir insan olmalıdır. Çünki məktəb
şagirdlərin ailələri qədər
vaxt keçirdiyi bir
mühitdir. Bu mühitdə də daima müəllimləri ilə dialoq
qurmaq məcburiyyətindədirlər. Əgər
müəllim ilə şagird arasında sevgi və ya
səmimi ünsiyyət olmazsa, o zaman münasibətlərdə müəyyən problemlər meydana gələr.
Ailələrin uşaqların
yanında tez – tez onların müəllimlərini
tənqid etmələri şagirdin gözündə müəllimini daima
tənqid etmələri şagirdin
gözündə müəllimin imicini
zədələyər. Əgər şagirdin gözündə müəllimini daima tənqid
edərək dəyərsizləşdirsəniz, artıq
o, müəllimini ciddiyə almaz. Və
bunu tamamilə ana – ataların sözlərinə görə
edərlər. Daima müəllimdə nöqsan
axtarışında olar, öz səhvlərində belə
yalnız müəllimi günahkar
tutarlar. Bundan sonra “ müəllim yaxşı izah
etmir, müəllim mənimlə
maraqlanmır, müəllim
tapşırıq vermədi, müəllim mənim
etdiyimi bəyənmir ” kimi cümlələri
şagird evdə eşitdiyi üçün
öz düşüncələrini valideynlərinə qəbul
etdirməkdə çətinlik çəkməz. Təbii ki, müəllimə və onun sözlərinə
ciddi yanaşmayan şagirdin
olduğu mühitdə keyfiyyətli təhsildən, təsirli öyrətmədən və
öyrənmədən söz belə gedə
bilməz. Çünki insanlar dəyər
verdikləri adamların sözlərini daha diqqətlə və məsuliyyətlə dinləyirlər.
Bunu gündəlik həyatda da müşahidə edə bilərsiniz. Sevdiyiniz insanların söylədikləri
sizdə daha davamlı təsir yaradarkən sevmədiyiniz
və ya razılaşa bilmədiyiniz
insanların söylədiklərini ciddi qəbul etməz, bəzən doğru belə olsa da
söylədiklərinə inanmazsız. Bu keyfiyyətlər eyni ilə
kiçik uşaqlar üçün də keçərlidir.
Xüsusilə tənqidi düşünmə
bacarıqları inkişaf etmədiyi
üçün ailələrinə inanmaq onlar
üçün prioritet təşkil
edir. Bunlardan bəhs edərkən, müəllimin səhvlərindən
heç danışmayın, hər söylədiyini doğru qəbul edin, ona
iradlarınızı bildirməyin demirik.
Səhv etmək insana məxsusdur və müəllimlər
də hər insan kimi səhvlər edə bilərlər.
Və ya müəllimin işi, etdikləri sizə yanlış gələ bilər. Əgər ortada
valideyni narahat edən səbəblər varsa,
bunun ən yaxşı çıxış yolu
birbaşa müəllimin özü ilə
danışmaq, məktəblə sıx əlaqədə olmaqdır. Övladınızın müəllimi ilə bağlı mövuzlarda
fikirlərinizi yalnız həmin müəllimin
özü ilə bölüşün. Bunu
qonşunuzun, övladınızın
yanında etməyin nə müəllimə, nə də
sizə heç bir faydası olmaz. Bir davranışın nə üçün
edildiyini həmin şəxsdən
soruşmaq yerinə başqalarının
yanında bunu öz anladığınız şəkildə
şərh etməniz yalnız övladınızın
məktəb həyatında böyük
problemlərə yol aça bilər.
Bu yalnız məktəb həyatında
deyil, gündəlik yaşamda da belədir. Uşaqların yanında sözlərinizə
və davranışlarınıza hər
zaman diqqət yetirmək məcburiyyətindəyik. Onlar
böyüklərinin təqlid edərək
və nümunə götürərək
öyrənərlər. Qeybət edən ailənin
uşağının gələcəkdə qeybət etməsi və ya
kitab oxuyan ailədə böyüyən
bir uşağın bol kitab oxuması
tam normal haldır. Bəzən valideynlərin uşaqlarını öz şəxsi malı və ya mülkü kimi dərk etməsi istənilən hər
bir həyat addımında özünü göstərir. Bilməlidirlər ki, uşaq varsa ailədə demək məsuliyyətlə böyüdüb onu bizim cəmiyyətə təhvil verəcəklər .
#tenqid #müellimitenqidetmek #uşaqlar #düzgünterbiye #psixoloji #meqale
Комментарии
Отправить комментарий