Oyun, uşaqlar üçün təbiidir. Onlar doğulduqları gündən etibarən hər şeylə
oyun oynaya bilirlər; əlləri və ayaqları ilə, səslərlə, geyimləri ilə və
oyuncaqlarla, hətta içəri girən günəş şüaları ilə belə. Yetişkinlər də
vaxt keçirmək üçün, işdən qaçmaq üçün, sosiallaşmaq üçün, ya da sadəcə əylənmək
üçün oyun oynayarlar. Amma uşaqlar vaxt keçirmək üçün oyun oynamazlar.
Oyun oynamaq uşağın işidir və çox önəmli bir işləmə mexanizmi vardır. Oyun,
uşağın ehtiyac duyduğu bacarıqları öyrənməsini və həyatı boyunca girəcəyi
rolları təmsil edər. Oyun, uşağın fiziki, sosial, zehinli və duyğusal baxımdan
inkişafına yardımçı olur. Bu sahələrin hər birini motivasiya edər və inkişafına
imkan verər.
Sərbəstcəsinə oynama imkanı verilən uşaq, fiziki
baxımdan limitlərini sınayar. "Nə
qədər yüksəyə dırmaşa bilərəm, nə qədər sürətli qaça bilərəm, əlimdəkini nə
qədər uzağa ata bilərəm"in cavabını axtarmağa çalışır. Bu
sayədə cəsarətini də test edər və özünə güvəni artırar.
Sosial baxımdan, iş
birliyinə girməyi, paylaşmağı, liderliyi, uzlaşmağı, dostluq qurmağı və
öz çıxarlarını qorumağı öyrənir.
Zehni baxımdan, oyun
oynarkən yaradıcılıq, məntiq (səbəb-nəticə münasibəti qurma) və problem çözmə
bacarıqları inkişaf edir. Oyun, uşağın araşdırmasını, təcrübələr aparıb
yeni şeylər kəşf etməsini yaradar.
Duyğusal tərəfdən də
keyf alma, bərabər olma və başarma duyğusunu yaşayan uşaq özü ilə bağlı müsbət
qüvvə alır. Oyun, uşağa dəyişən və çətinliklərlə dolu olan dünyada, yaşama
coşqusu verir.
Oyun ilə inkişaf arasındakı bağın fərqinə varan bir çox ana-ata uşaqları
üçün oyun qrupları düzəltməyə çalışarlar. Uşaqların öncədən bəlirlənmiş bir
zaman və yerdə bir araya gələrək oyun oynamalarını yarada bilirlər. Ancaq
yetişkinlər çox zaman qaydalı oyunları (gizlənpaç,
top oyunları, stula kim tez hakim oldu və.s kimi) ya da sərhədli oyunları (puzzle, şahmat, hafizə kartları kimi) məsləhət görürlər. Bu tərz oyunların uşağın inkişafına qatqısı olduğu qətidir amma "yaradıcı oyun"un yerini tutmazlar.
top oyunları, stula kim tez hakim oldu və.s kimi) ya da sərhədli oyunları (puzzle, şahmat, hafizə kartları kimi) məsləhət görürlər. Bu tərz oyunların uşağın inkişafına qatqısı olduğu qətidir amma "yaradıcı oyun"un yerini tutmazlar.
Yaradıcı oyunda, məqsədi və istifadə olunacaq oyuncaqlara tamamilə uşaq
qərar verər. Bəzən də uşaqlar heç bir məqsəd olmadan sadəcə oynayarlar. Öz
qaydalarını qoyarlar ya da qayda qoymamağı seçə bilərlər. İstifadə olunan
oyuncaqların çox zaman vəziyyətə görə dəyişən fərqli işləmə qaydaları olur.
Buna misal, qazan, bəzən baraban, bazen stul üzərində, bəzən də masa ola bilr.
Masaların altı çadır ya da mağara, oxlov isə bir at ola bilir. Uşaq ikən
parçalardan çadır qurduğunu ya da jileti başınıza keçirib uzun saç etdiyini
bəlkə xatırlaya bilirsiniz.
Uşaqların inkişafı üçün çox qiymətli olan yaradıcı oyun, yetişkinlərə dərd
ola bilər. Çoxlu oyuncağı durarkən qazanlarla oynamaq istəyən uşaq
ana-atalarını təəccübləndirə bilir. Nəsnələri ətrafa fırladan uşağın anası,
ortalığı dağıtdığı üçün uşağına hirslənə bilir. Araşdırmalar, uşaqların "ətrafı dağıdarkən" ya da eyni anlamsız davranışı "təkrar təkrar" edərkən çox şey
öyrəndiklərini göstərməktədir. Yaradıcı oyunda heç bir sərhəd yoxdur, onsuzda
uşaqlar üçün hər yer oyun sahəsi, hər şey oyuncaqdır. Yaradıcı oyun, uşağın
böyüyüb özünə güvənən, yaşamağı sevən, uğurlu bir insan olması üçün ilk və
təməl addımdır.
Uşağınızın yaradıcı oyun oynamasına mütləq fürsət verin. Sizin xoşunuza
getməyən durumlar üçün zaman ve məkan sərhədləşməsi qoyaraq "qazan-qazan" çözümləri tapa
bilərsiniz. Örnəyin, uyğun bir saatda sadəcə otağında qazanlarla musiqi
çalmasına ya da həftədə bir dəfə 1-2 saat müddətinə salonda çadır qurmasına izn
verə bilərsiniz. Yaradıcı oyunun ən gözəl örnəyi evcilik
oyunudur. Bu oyun təkcə qız uşaqlarına deyil, həm də oğlanlar üçün faydalıdır.
Evcilik, həkimlik, müəllimlik kimi xəyali oyunlarda "mış kimi ", yəni belə imiş
kimi, ya da "guya"
yöntəmi ilə hər şey hər şeyə dönə bilər.
Uşağın öz başına oyunu qura bilmədiyinin fərqinə varırsınızsa, yardım edə bilərsiniz. "Bura məktəbdir, sən də müəllimsən,gəl indi gəlinciklərin və digər oyuncaqlarınla ,ya da maşınlarına dərs izah et." - deyərək yaradıcı oyunu başladıb uşağınızın öz-özünə davam etməsinə şərait yarada bilərsiniz. Uşağınızın üzgün ya da təhlükədə (xəstə, narahatedici vəziyyət və.s) olduğunu fərq etdiyiniz vəziyyətlər xaricində oyuna müdaxilə etmənizə gərək yoxdur. Amma zaman - zaman uşağınızın yaradıcı oyununa qatılmanız əminəm ki, uşağınızın çox, həm də lap çox xoşuna gedəcəkdir.
Mənbələr:
Early Years Play & Learning/ Pat Broadhead
Çocuklarımızı Büyütürken Nerede Yanlış Yapıyoruz?/ Erdal Atabek
Uşaq Yetiştirmədə Oyunun Önəmi/ Stevanne Auerbach
Nature and Young Children/ Ruth Wilson
Çocuklarımızı Büyütürken Nerede Yanlış Yapıyoruz?/ Erdal Atabek
Uşaq Yetiştirmədə Oyunun Önəmi/ Stevanne Auerbach
Nature and Young Children/ Ruth Wilson
#oyun
#oyunlar #oyunoynamaq #oyunoynamaginpsixolojiterefleri
#oyunpsixologiyasI
#oyun #oyunlar #oyunoynamaq #oyunoynamaginpsixolojiterefleri #oyunpsixologiyasI
ОтветитьУдалить