Sünnət və faydaları
- Sünnət olan uşaqlarda xəstəliklər, o cümlədən yoluxucu xəstəliklər daha az müşahidə olunur.
- Sünnət olan uşaqlarda sidik yolu infeksiyaları ehtimalı 20 faiz daha azdır.
- Uşaq 2 yaşına qədər və ya 6 yaşından sonra sünnət olunmalıdır. Ancaq tibbbi bir zərurət varsa, sünnət bütün yaşlarda həyata keçirilə bilər.
- Sünnət həkimlər, xüsusilə də , uşaq cərrahları və ya uroloqlar tərəfindən aparılmalıdır.
- Sünnət mümkün qədər 10-12 yaşı keçməməlidir.
- Uşağın ağrı hiss etməməsi üçün lokal anesteziya şərtdir.
- Sünnət gigiyenik qaydalara uyğun aparılmalıdır.
- Uşağa proses haqqında məlumat verilməli və təbii ki, “ bu işi “ qəbul edib etməmək hüququna malik olmalıdır.
- Uşağın sünnət prosesinə psixoloji hazır olub olmadığını müəyyənləşdirmək lazımdır. Bu işdə yalan danışmaq xüsusilə təhlükəlidir.
- Çoxları sünnətin sadə əməliyyat olduğunu düşünürlər. Halbuki sünnət tibbdə ən çətin əməliyyat sayılır.
- Uşağın yanında bu zaman yaxınlarından başqa , kənar şəxslər olmamalıdır.
- Sünnətdən qabaq uşaq ac olmamalıdır ( ən azı 4 saat ).
- Sünnətdə uşağa yanaşma tərzindən çox şey asılıdır. Hətta zarafatla deyilən sözlər psixoloji təsir edə bilər.
- Sünnətin tibbi faydasından əlavə, sosial faydaları da çoxdur. Bunlardan biri də uşağın cəmiyyətdə və yoldaşları arasında “ öz yerini tutmasıdır ”dır.
- Sünnətdən sonra yanmaların olması təbiidir.
- Sünnət edilən uşaqlar ilk gününü yataqda keçirməlidir.
Sünnət prosesində ortaya çıxan problemlər
Qanaxma : Ən çox rast gəlinən bir problemdir. Xüsusilə yeni doğulmuş uşaqlarda qan gec laxtalandığı üçün qanaxma halları daha çox rast gəlinir.
Nekroz ( çürümə ): Elektrik alətləri ilə edilən sünnətlərdən sonra yaranın sağalması gecikə və ya dəridə nekroz ola bilər.
Sarığın çox sıxılması : Sarığın sıxlığı sidik yığılmasına , sidik yolu infeksiyalarına , hətta böyrək xəstəliklərinə səbəb ola bilər.
Sünnət dərisinin az və ya çox kəsilməsi : Bu hallarda sünnət prosesində ortaya çıxan əsas problemlərdəndir. Hər iki halda növbəti cərrahi müdaxiləyə ehtiyac ola bilər.
İnfeksiya : Belə halların baş verməsinə səbəb steril mühitin olamamasıdır.
Anesteziya : Bu problem daha çox anestezik dərmanların təsiri ilə bağlıdır.
Комментарии
Отправить комментарий