Əsəbi olmaqla hirsli olmağı bir – birinə qarışdırmaq olmaz. Hirs adətən müəyyən bir maneə olduqda ortaya çıxır və səbəb ortadan qalxdıqda o da ortadan qalxır. Əsəbilik isə ümumi haldır və belə hallarda daha çox mütəxəssis köməyinə ehtiyac var. Elə isə gəlin, əsəbi uşağı birlikdə tanımağa çalışaq :
- Əsasən arıq olurlar.
- Həddindən artıq həssasdırlar.
- Yüngül qaşınmalar belə dərilərində iz qalmasına səbəb olur.
- Həmişə “ sayıqdırlar ”.
- Güclü görünsələr də əslində zəifdirlər.
- Hər dediklərini etməyə çalışırlar.
- Tez-tez və dərin nəfəs alırlar.
- Tez küsürlər.
- Tez yorulurlar.
- Yuxu rejimləri yoxdur.
- Yemək problemləri var.
- Bəzən ən adi hadislərə də sərt reaksiya göstərirlər.
- İnsanlarla ünsiyyətdə çətinlik çəkirlər.
Əgər sizin uşağınızda da bu xüsusiyyətlər varsa o əsəbi uşaqdır. Belə uşaqlar üçün isə mütləq mütəxəssis köməyindən istifadə edin. Yeri gəlmişkən deyək ki, yuxarıda göstərilən xüsusiyyətlərə görə uşaqla sərt davranmaq və ya sıxışdırmaq olmaz. Çünki bu problemin daha da böyüməsinə səbəb ola bilər.
Комментарии
Отправить комментарий