Dünya praktikasında məktəb psixoloqunun fəaliyyəti, ümumiyyətlə
bütün sahələrdə psixoloji xidmət sahəsi, xüsusən də cəmiyyətin
sağlam psixoloji səfərbərliyinin nizamlanmasında önəmli yeri var. Ölkəmizdə də
son vaxtlar psixoloji xidmət işi və ya psixoloji yanaşma təfəkkürü əvvəlki illərdən
daha çox nəzərə çarpır. Lakin bu işdə hələ tam nailiyyətlərin əldə olunması
üçün məktəb psixoloqunun işini innovativ, daha təkmilləşdirilmiş şəkildə tənzimlənməsinə
böyük ehtiyac var. Bəlkə fikirlər şablon
təsiri bağışlayır. Artıq bu məsələ ilə yaxından tanış olan insanların nəzərini bu fikirlər əvvəlki
kimi cəlb etmir. Onlarca yazılan, deyilən problemlərdən nəticə əldə edilmədiyini düşünənlər vardır.
Bəzən məktəb psixoloqları üçün müxtəlif kurslar təşkil
edilir, bəli, müsbət addımlardan biri kimi qiymətləndirilir, amma kurs keçdikdən
sonrakı proseslər izlənilmir və ya kursdan əldə edilən biliklər psixoloqlar tərəfindən
istifadə edilmir. Düşünürəm bu sahənin məhz elə orta məktəb psixoloqları, özləri
inkişaf etdirməli, vacib funksional missioner olduqlarını göstərməlidirlər. Müəyyən addımları məhz özləri atmalıdırlar.Bunun üçün mütləq məktəb tədbirləri fəaliyyətində əks olunan tədbirlərdə fəal,
hətta aparıcı şəkildə iştirak etmələri vacibdir.
Bu hardasa “Hər kəs mənim
gördüyüm işin nə qədər vacib olduğunu artıq dərk edir; Bütün təhsil və tərbiyə
prosesinin əhəmiyyətli hərəkətverici qüvvəsiyəm! ” fikirlərini təbliğ etməyə yönəlir.
Şagirdlərlə psixoloji dəstək işini gücləndirmək üçün müxtəlif aktual məsələlərin
müzakirəsini təşkil etmək, qrup işləri, təqdimatlar, yeri gəldikcə şagirdlərin
maraq dairəsini artırmaq üçün texnoloji innovasiyadan da istifadə etmək gərəklidir.
Ola bilər ki, qeyd olunan işlərin əhəmiyyətli olduğunu anlayırsınız, lakin bu
prosesləri hərəkətə gətimədikcə psixoloq nüfuzunu artırmaqdan söhbət belə gedə
bilməz.
Həmçinin müəllim kolleqası ilə bərabər, dərslərin təşkilini qurmaq məqsədyönlü
effekt verir. Bu baxımdan öz təcrübəmi paylaşmaq istərdim, dərsin şagirdlər tərəfindən
mənimsənilməsi, mövzuya xüsusi marağı cəlb etmək, yadda saxlamanı gücləndirmək üçün istənilən fənn müəllimləri ilə hər hansı
mövzunu dərs zamanı bərabər şəkildə şagirdlərə tədris etməsi maraqlı və keyfiyyətlidir.
Eləcə də dərs dinləmələrdə iştirak etmək müəllim və şagirdlərin birgə ünsiyyətliliyini, əməkdaşlığını,
dərsi qavrama proseslərini yaxından izləməyə imkan yaradır. Psixoloq
vəzifəsinə etimadı artırmaq üçün mütləq sizə olan ehtiyacı təmin etməlisiniz. Müşahidələriniz, qeydləriniz, fikirləriniz onlar üçün həm ehtiyac halına gələcək, həm də sizin bu işə məsuluyyətiniz, onların öz peşəsinə olan məsuliyyətini artırmış olacaq.
Psixloq üçün ən önəmli tərəfkeşlərdən biri də
valideynlərdir. Valideynlərlə işləmək, onları özlərinə inandırmaq psixoloq fəaliyyətində nüfuz sahibi
olmağa xidmət edir. Valideynlərlə bir neçə formatlı görüşlər təşkil edilməsi məqsədəuyğundur;
istər həm fərdi görüşlər, istərsə də seminar xarakterli görüşləri, o cümlədən
şagirdlərlə müxtəlif maarifləndirici mövzular üzrə qrup təqdimatlarında
valideynlərin müşahidəsini təşkil etmək valideynlərin aktiv şəkildə psixoloqa
olan münasibətini önəmli şəkildə dəyərli etməsinə şərait yaradacaqdır.
Başqa bir mühüm faktorlardan biri də TN, o cümlədən
BŞTİ-si tərəfindən təşkil edilən tədbirlərdə, layihələrdə iştirak edərək, öz
yaradıcı fəaliyyətlərini təbliğ etmiş olarlar. Virtual sosiallaşmanı da
unutmaq olmaz. Kifayət qədər tanınmış ziyalılarla virtual əməkdaşlıq etmək, təşkil edilən müxtəlif seminarlarda,görüşlərdə iştirak etməklə şəxsi inkişaflarını təmin etməlidirlər. Həmçinin zamanın tələbləri ilə ayaqlaşmalıdırlar. Özlərini məktəb hüdudları ilə çərçivələməməlidirlər. Onların işləri virtual sektordan da izlənilməlidir. Bu sektorda həm çalışdıqları məktəblə bağlı insanlar, yaşadıqları ərazinin sakinləri, həm də istənilən məkandan onlara olan münasibət dəyərləndiriləcək və tanıtdıracaqdır. Məktəb psixoloqu sosial video çarxların hazırlanmasında, gördükləri işləri paylaşılmasında, həmçinin video materiallar halında izlənilməsinə şərait yaratmaları onlar üçün çox əhəmiyyətlidir. Hətta bu görülən işləri fəaliyyət planına daxil edə bilərlər.
Məktəb psixoloqlarının yanlış davranışları nələrdir:
Ø
Fəaliyyət
planını düzgün tərtib etməmələri - ( Burada planda göstərilən işlərin qətiyyən hansısa
səbəblərdən keçirməyəcəklərini bildikləri halda planda öz əksini tapması )
Ø
Öz
problemlərini hər kəslə xüsusilə tabe olduqları rəhbərlik, psixoloqlara nəzarət
edən aidiyyatı qurumları yanında, hətta virtual və vizual münasibət qurduqları ilə daha çox qabartmaları; - ( Problemlər: Maddi təminolunma, təchizat, müəllimlərlə qurula
bilinməyən əməkdaşlıqlar və s. kimi səbəblər)
Ø
“Nəyimə
lazım”, “Bu mənim işim deyil”, “Nə vaxta qədər” və s kimi fikirlərdən və ya
düşüncələrdən çox istifadə etmələri;
Ø
Şagirdlərlə,
xüsusilə yetkinlik yaşında olan və yeniyetmələrlə psixoloji testlər işləyərkən
nəticələri təhlil edib onlarla paylaşmamaları;- ( Şagirdlər nəticələri ilə tanış olmaq marağını əsas
gətirərək həvəslə çalışırlar, lakin nəticələr istər fərdi, istərsə də qrup
halında onlara bildirilmədikdə artıq testlər dəyərsizləşir, görülən işə etimad
göstərmirlər. Bu da psixoloji testin əhəmiyyətini, o cümlədən psixoloqa olan
inamın səviyyəsini aşağı salır.)
Ø
Yalnız
test formasından istifadə etmələri - (Qrup təqdimatları,
müzakirələr şagirdlərin psixoloqun iş funksiyasının əhəmiyyətli olmasını daha
çox görməsinə imkan verir;)
Ø
İbtidai
siniflərdə rollu psixoloji oyunlardan ya az, ya da ümumiyyətlə istifadə etməmələri;
Ø
Test,
müzakirə, rollu-psixoloji oyunlar zamanı sinif müəllimi, fənn müəllimin iştirakını
təmin etməmələri;
( Müəllimlərin iştirakı ilə şagirdini yaxından tanımasına, şagirdin davranışını, həmçinin testlə işləmə
bacarığını, testə yanaşma tərzini müşahidə etməsi psixoloqa olan müraciətin əhəmiyyətini
bir daha göz önünə sərmiş olur.)
Ø
Verilən
tapşırıqları icra etməkdən yayınmaları və ya maraqsız olmaları; Ø Ünsiyyət zamanı düzgün olmayan, normalardan kənar ifadələr (məişət üslubunda) işlətmələri;
Təbii problemlər bu sahədə kifayət qədərdir. Lakin heç bir iş görmədən bu sahənin haqqını vermək də düzgün olmaz. Siz özünüzü bu sahənin peşəkarı kimi göstərməlisiniz, bu sahənin cəmiyyət üçün olduqca ehtiyac duyulan bir sahəyə çevirməli və sizinlə münasibət quran hər kəsə güvən hissini aşılamalısınız. İşinizə qiymət verməlisiniz ki, iş sizi qiymətli etsin.Və hər şeydən öncə millət üçün çalışan hər bir şəxsin, fərq etməz, hansı sahədə olursa- olsun vicdanla
öz vəzifəsini yetirmək onun borcu olmalıdır. Psixoloq da bu məsuliyyətli işin
icrasında həmçinin nüfuzunu, maddi rifahını bərqərar etmək üçün sağlam şəkildə, bu kimi mənəvi-ictimai və hüquqi borcu unutmayaraq işini aparmalıdır.
Müəllif: Esmira Teymurova
#psioxologiya #psixoloq #mektebpsixoloqu #fealiyyetplani #mekteb #cemiyyet #aktualxeber #uşaq #uşaqpsixologiyasi #uşaqpsixoloqu #testler #psixolojitestler #rolluoyunlar #muzakire
Комментарии
Отправить комментарий