Minimalizm son dönəmdə bir çox insanın
dilində çox istifadə etdiyi bir şey halına gəlmişdir. Minimalizm, daha az şeyə
sahib olmaq deyil, altında fəlsəfi bir anlam daşıyan bir düşüncə sistemidir.
Minimalizm nədir?
Minimalizm əslində xoşbəxtliyin arxasından getmə şansına sahib olma
düşüncəsidir. Bir insan olaraq sizi tamamlayan və bir şeyləri əldə etmək yerinə
tutqularınızın arxasından getmənizi yaradan bir düşüncə sistemidir. Bu düşüncə
sistemi, ənənəvi anlamda bir şeylərə sahib olmağı gərəktirə bilir. Yəni
hədəfiniz və şəxsi xoşbəxtliyiniz üçün gərəkli olduğu müddətcə bir şeylərə
sahib olmanın yanlış bir tərəfi yoxdur.
Daha artığına
sahib olmaq
daha yaxşı olduğu anlamına gəlməz
Ətrafınızdakı nəsnələr sizə gərəksiz görünməyə başladığında, orada minimalizm düşüncəsi dövrəyə girər. Günümüz dünyası bizləri daha xoşbəxt olmaq üçün bir şeyləri daha artıq satın almağa yönləndirir. Belə ki, minimalist bir yaşamı mənimsədiyinizdə, geyimlərə və ya sürətlə dəyişən stillərə pul xərcləmək yerinə öz maraq sahələrinizə pul xərcləməyə başlayırsınız.
Günümüz
toplumları bir çox məsələdə anlamı, bir şeydə nə qədər sahib olduğunuz və o şeyin nə qədər bahalı olduğunda axtarar. Yəni hədəflərimizi tamamlamağa fokuslanmaq yerinə, nə qədər pulu olduğuna və ya yeni çıxan şeylərə sahib olub- olmadığına fokuslanırıq.
"Az" ilə daha xoşbəxt
ola bilərsiniz
Sürətlə hazırlaşıb başqa bir yerə
gedə bilmə, yaşadığınız məkana bağlı olmama insana bir azadlıq təklif edir. Beləliklə, daha artıq səyahət edib,
daha artıq təcrübə qazanma şansı yaxalaya bilərsiniz. Ehtiyacınız olan hər şey
tək bir çiyin çantasına sığacaq qədərsə, dünyanı gəzib yeni təcrübə yaşamamaq üçün səbəbiniz yox deməkdir.
Necə minimalist
olmaq olar?
Yaxşı, demək bütün bunlardan sonra minimalist bir yaşama necə qovuşacağınızı bilirsinizmi? Bir neçə önərilərlə minimalist olmağın yollarını öyrənmiş olacaqsınız :
1. Düzənli olaraq pul və zaman xərclədiyiniz
şeyləri gözləmləyin. Özünüzə “Bu xərcləmələrdən
vaz keçmə şansım varmı ?” deyə soruşun.
2. Sizi gərgin edən şeylərin fərqinə varın. Gərginliyizini artıran, bir şeyləri beyninizdə dönüb dolaşdırmağın nədəni olan,
səbr edə bilmədiyiniz şeylər nələr? Bu şeyləri və durumları azalda bilirsinizmi? Ya
da bu şeylər və ya durumlarla maraqlanaraq tamamilə həyatınızdan çıxmasına şərait yarada bilərsinizmi?
3. Sizə zərər verən bir münasibətə davam etməyin. Əgər siz də bir çox insan kimisinizsə, qurduğunuz münasibətlərin yüzdə 10’u
sağlıqlı, geri qalan yüzdə 90’nı dramdır. Sizə yaxşı gəlməyən bu insanları fərq
edin və onlarla görüşməyi kəsin.
4. İşinizi bir neçə bəsit hədəfə kökləməyin. Gördüyünüz iş həqiqətən nə ilə əlaqəli? Göstərdiyiniz çabanı özünüzlə
özdeşleştirdiğinizde, işdən qaynaqlanan yükünüz yüzdə 50 ortalamasında azalır.
5. Bir şey satın alarkən çox məqsədli olmasına
diqqət edin. Saatınız bütün qiyafətlərinizlə uyumlu olsun.
Satın aldığınız köynəyin bütün şalvarlarınızla uyumlu olmasına diqqət edin.
Beləliklə, həm daha az pul xərcləmiş, həm də qarderobunuzun önündə daha az vaxt keçirmiş olarsınız.
6. Aldığınız elektron informasiya bildirişlərinin zaman
aralığını azaldın. Yeni gələn mesaj, mail,
Twitter bildirişləri, Facebook, yeni əlavə olan bir mahnı, dostluq istəyi, zəng edən bir tanış və s… Elektron bildirişlərin sayını azaldaraq daha sakit bir həyata qovuşa bilərsiniz.
7. Başladığınız bir şeyi bitirin. Eyni anda 6 kitab oxumaq yerinə əlinizə aldığınız kitabı bitirin, sonra
digərlərinə başlayın.
cox gozel melumatdir
ОтветитьУдалить