Obsessiv - Kompulsiv Pozuntu Nədir (OKP)?, Göstəriciləri / Başvermə səbəbləri / Müalicə Yolları Nələrdir ?
Çağımızın ən sıx rastlanan xəstəliklərindən biri də obsessiv - kompulsiv pozuntu yəni asılılıq xəstələyidir. Ümumilikdə bir əndişə (təşviş) pozğunluğu
olaraq adlandırılan bu xəstəliyin səbəbləri, əlamətləri, çeşidləri və müalicə yolları yazımızda izah olunmuşdur.
Həyəcanlılıq və psixoloji rahatsızlıqlar tibbi xəstəliklər içərisində baş etməsi olduqca çətin durumlardır. Çünki bu rahatsızlıqlıqlarda insanın hər hansı bir yeri ağrımaz, yara salmaz, əməliyyat gərəkdirməz. Fəqət yaşam keyfiyyətini aşağı salar, insanı bədbinliyə və rahatsızlığa sürükləyər. Müalicəsi isə səbr və uzun bir müddət tələb edir.
Təşviş doğuran xəstəliklərdən biri də obsessiv – kompulsiv pozuntudur (OKP).
Obsessivlik xəstəliyi olan insanlar, əllərindəki bir mövzunu açıqlığa qovuşdurmadan, çözümədən rahat etməzlər və bu durumu yuxularına qədər daşıyarlar. Belə insanlar məsuliyyətsiz ola bilmirlər.
Obsessiv– kompulsiv pozuntu daha öncələri çok nadirən görülməkdə idi. Ancaq aparılan araşdırmalar bu rahatsızlığın görülmə faizində son illərdə böyük artım olduğunu göstərməktədir. Özəlliklə əhalinin sıx olduğu şəhərlərdə hər 100 adamdan 2 – 3 nəfərinin obsessiv – kompulsiv pozğunluq yaşadığı bilinməkdədir.
Əsasən yeniyetməlik (ərgənlik )çağında və ya 20 yaşlarında görülən bu xəstəlik, qadınlarda daha sıx rastlanarkən, kişilərdə nadir də olsa erkən yaşlarda görülə bilməkdədir.

Obsessiv – Kompulsiv Pozğunluq Nədir?
Obsessiv – Kompulsiv pozğunluq yəni asılılıq xəstəliyi təşviş (anxiety) sindromlu bir xəstəlikdir. Sanki insanı düşüncə və davranışlar təkrarlanma halqasına həbs edər. Sürəkli bir tədirginlik, şübhə və rahatsızlıq halının olduğu bir xəstəlikdir.
Ən Sıx Görülən Obsessivlik Çeşidləri
- Təmizlik düşkünlüyü: Belə insanlarda təmizlik düşkünlüyü vardır. Bəlli bir sahənin təmizliyi ya da fərdi təmizlikləri barədə problemləri vardır.
- Şübhə düşkünlüyü: Belə insanlar, qarşılarındakı insanlardan sürəkli şüpbhə duyma halindadırlar. Güvən problemi yaşarlar.
- Səliqə düşkünlüyü: Səliqə-sahmanlı olan insanlar, yaşadıqları ortamda hər daim düzən istərlər. Əyri duran, assimmetrik görünən, yerində durmayan obyektlər (əşyalar) insanlarda gərginliyə nədən olur.
- Təcavüzkarlıq düşkünlüyü: İnsanlar sürəkli olaraq bir gərginlik, sərt cavablar vermə, fiziki olaraq hücuma keçmək durumunda olurlar.
- Dini düşkünlük: Din barəsində düşkün insanlar, əks düşüncələrə qarşı aşırı təpki verirlər. Günlük həyatlarını aşırı məhdud və problemli keçirirlər.
- Sayma düşkünlüyü: İnsanlar sürəkli olaraq saymaq istərlər. Dirəkləri, stol üzərindəki əşyaları, rəfdəki kitabları və.s Və bu sayma ardıcıllığına müdaxilə edildiyində anında təcavüzkarlaşırlar.
Kompulsiv Nədir?
Asılılığı olan insanlar sıxıntılarını yox etmək üçün bəzi uyğun olmayan və özlərini əngəlləyə bilmədikləri, özlərinin də absurd bildikləri hərəkətləri edərlər. Sürəkli edilən, qəlibləşmiş, heç bir məqsədi və nəticəsi olmayan, insana kef ve ya başqa olumlu bir hiss verməyən davranışların bütünüdür.
Obsessiv Düşüncələrdən Bəziləri
Obsessiv insanlar sağlıqlı insanlardan fərqli olaraq sürəkli bir tədirginlik və rahatsızlıq halında olarlar. Bu da insanların narahat (rahatsız) hiss etməsinə yol açan bəzi düşüncələr;
- Sevdiklərimin, ailəmin başına pis bir şey gələrsə?
- Sevdiyim insanlara zərər verə bilərəmmi?
- Dua əsnasında istəmədən olaraq Allaha küfr edirəm.
- Yolda ya da çöldə təmas etdiyim insanlardan mənə mikrob keçə bilərmi?
- Maşını divara çarpmaq içimdən keçir.
- Ocağı söndürməyi də, ütünü cərəyandan ayırmağı da unutmuş ola bilərəm.
Комментарии
Отправить комментарий