Əsəbi olmaqla hirsli olmağı bir – birinə qarışdırmaq olmaz. Hirs adətən müəyyən bir maneə olduqda ortaya çıxır və səbəb ortadan qalxdıqda o da ortadan qalxır. Əsəbilik isə ümumi haldır və belə hallarda daha çox mütəxəssis köməyinə ehtiyac var. Elə isə gəlin, əsəbi uşağı birlikdə tanımağa çalışaq : Əsasən arıq olurlar. Həddindən artıq həssasdırlar. Yüngül qaşınmalar belə dərilərində iz qalmasına səbəb olur. Həmişə “ sayıqdırlar ”. Güclü görünsələr də əslində zəifdirlər. Hər dediklərini etməyə çalışırlar. Tez-tez və dərin nəfəs alırlar. Tez küsürlər. Tez yorulurlar. Yuxu rejimləri yoxdur. Yemək problemləri var. Bəz...