Stress keçirən qadınlar adətən danışır, kişilər susurlar. Kişi qadını məzəmmət edir ki, nə dır-dır salıbsan, imkan ver fikirləşib çıxış yolu tapaq. Qadın isə kişini məzəmmət edir ki, nə susmusan, danış, görək nə var, nə yox, nə etmək olar. Mütəxəssis lər nə deyir bu barədə? Kişi və qadın beyni stressli vəziyyətlərdə fərqli funksional rejimlərlə çalışır. Stress zamanı qadınlarda nitq aparatı aktivləşir, kişilərdə isə əksinə, nitq aparatı qapanır, məntiqi təəfəkkür funksiyaları akt ivləşir. Buna görə, stress keçirən kişilərdə eyni zamanda həm danışmaq, həm düşünmək alınmır. Susqun halda düşünməlidirlər vəziyyətdən çıxış tapmaq üçün. Qadınlarda alınır. Onlar stress keçirərkən eyni zamanda həm danışa, həm düşünə bilirlər. Yeni fikirlər, çıxış yolları onların ağlına danışarkən gəlir. Sakit durduqda sıxıntı artır, buna görə təfəkkür funksiyaları da zəifləyir.