Uşağım normal danışa bildiyi halda evdən kənar digər mühitlərdə (bağçada, məktəbdə, həyətdə və.s) danışmır
Usaqlarda Mutizm selektiv (secici) ve Total olmaqla 2 yerə bölünür. Bir uşağın normal danışa bildiyi halda evdən kənar digər mühitlərdə (bağçada, məktəbdə, həyətdə və.s) danışmayıb susması selektiv mutizm (seçici danışmama) adlanır. Onların ən mühüm xüsusiyyətləri aşagıdakılardır: - evdə ailə üzvləri ilə çox rahat dialoq qurur, gördüyü hadisələri danışır, hər detalına qədər izah edə bilirlər - çölə çıxdıqları zaman əgər onların səsini eşidə biləcək şəxslər varsa, kənarda valideynləri ilə belə danışmazlar hətta möhkəm şəkildə ağızlarını bağlayarlar - bəziləri ana - atasının qulağına heç kimin eşidə bilməyəcəyi şəkildə fısıltı ilə danışırlar - ağızlarını möhkəm bağlayıb və açmaya bilərlər, gülməz və ağlamazlar - onlara sual verildiyində baslarını önə əyərlər - sosial muhitdə olmaqdan, kollektiv fəaliyyətə qoşulmaqdan xoslanmazlar - yadlarla, qonşularla, hətta qohumlarla (xala, əmi, dayı və.s) təmasdan çəkinərlər...